Dialektizmlər
Məhdud dairədə, ərazidə işlədilən dialekt və şivə sözlərinə dialektivmlər deyilir. Dilçilik ədəbiyyatında dialrktizmlər qeyri-ədəbi dil ünsürləri hesab olunur. Məs: çamır, təlis, pazı, ditdili.
Dialekt sözlərin ədəbi dildə qarşılığı olur.
Diakekr sözlər ədəbi dildəki qarşılığı
Girəvə fürsət
Lapdan birdən
Teyxa bütün
Yalaq yaltaq
Kora mismar
Dialektizmlərin aşağıdakı növləri var:
1.Fonetik dialektizmlər
2.Qrammatik dialektizmlər
3. Lüğəvi dialektizmlər
Fonetik dialektizmlər hər hansı bir dialektin fonetik xüsusiyyətlərini əks etdirir. Sana-sənə, ərəbə-araba, qərdəş-qardaş, bajı-bacı, ma-mənə və s.
Qrammatik dialektizmlər morfoloji və sintaktik xüsusiyyətləri özündə əks etdirir.
Anlamaq-annamaq, səndən-sənnən, odlar-oddar və s.
Lüğəvi dialektizmlər müxtəlif şivələrə aid dialekt xüsusiyyətlərini əks etdirir. Lüğəvi dialektizmlərin aşağıdakı növləri var:
1.Leksik dialektizmlərin ədəbi dildə qarşılığı olur. Becid-tez, bəgəm-məgər, qəhmər-kömək, ciyərli-ürəkli və s.
Lüğəvi dialektizmlərdən bədii əsərlərdə geniş istifadə edilir.
2.Leksik-semantik dialektizmlər. Müəyyən ərazidə, yaxud ərazilərdə yaşayan kütlə üçün xarakterik məfhumu bildirən sözlər leksik-semantik dialektizmlər adlanır. Bu cür dialektizmlərə müəyyən ərazi ilə bağlı geyim, hadisə, əşya və s. adlarını misal göstərmək olar. Leksik-semantik dialektizmlərə etnoqrafik dialektizmlər də deyilir.
Qəmə-bıçaq, dinəvər-1 kq, kəviz-32 kq
3.Ədəbi dildə olan bu və ya digər bir sözün dialektdə başqa mənada işlənməsi nəticəsində semantik dialektizm əmələ gəlir. Ədəbi dildə işlənən qara sözü dialekt və şivələrdə mürəkkəb, yaz, ey mənalarında işlənir.
4.Ədəbi dilə məxsus olmayan sabit ifadə və ibarələr isə frazeoloji dialektizm adlanır.
Dialektizmlər bədii əsərdə obrazların səciyyəvi keyfiyyətlərini və onların hansı dialekt və şivənin nümayəndəsi olmasını müəyyənləşdirməkdə mühüm rol oynayır. Dialekt və şivələr bədii ədəbiyyata yazıçıların vasitəsilə yol tapır.
Dostları ilə paylaş: |