1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi


Kurs: I Fənn: Ana dili



Yüklə 299 Kb.
səhifə39/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   ...   35   36   37   38   39   40   41   42   ...   45
Kurs: I

Fənn: Ana dili

Müəllim: Fəxriyyə Cəfərova

ceferova.fexriyye@mail.ru


Mövzu 10: Işlənmə dairəsinə görə fərqlənən söz qrupları
Plan:

1.Ümumişlək və poetik sözlər

2.Loru, vulqar, arqo və jarqon sözlər

3.Sənət-peşə sözləri

4.Ekzotik sözlər və varvarizmlər
Dilin leksik tərkibini təşkil edən bütün vahidlər hər cəhətdən bir-birinə ox­şa­mır. Dildəki hər bir leksik vahidin özünəməxsus xüsusiyyətləri və üslubi vəzifələri var­dır. Buna görə də bəzi sözlər dilin bütün üslublarında işlənə bildiyi halda, digər qrup sözlər müəyyən üslubi məqsəd üçün yalnız bir üslubda işlənir. Dildə bəzi sözlərdən az, bəzi sözlərdən isə çox isrifadə olunur. Azərbaycan ədəbi dilinin lek­si­ka­sı, əsasən, aşağıdakı söz qruplarına bölünür: ümumişlək sözlər, poetik sözlər, köhnəlmiş sözlər, neologizmlər, terminlər, dialektizmlər, loru sözlər, vulqr sözlər.

Ümumişlək sözlər hər bir azərbaycanlıya məlum olan sözlərdir. Ümumişlək sözlər hər bir dilin özülüdür. Dili bunlarsız təsəvvür etmək olmaz. əks təqdirdə dil quru görünər. Bu sözlər gündəlik tələblərə cavab verir. Məişət üçün zəruri anlayışı əhatə edir. Bütün üslublarda işlənir. Hamı üçün aydın və anlaşıqlıdır. Ümumişlək sözlər digər söz qrupları ilə müqayisədə daha çox işlətdiyimiz sözlərdir. Ümumişlək sözləri aşağıdakı qruplar üzrə təsnir etmək olar:

1.Ad bildirənlər: daş, torpaq, su, çay

2.Əlamət və keyfiyyər bildirənlər: ağ, qara, gözəl

3.miqdar bildirənlər: beş, üç

4.Əvəzliklər, yaxud bu və ya digər nitq hissələrinin yerində işlənənlər: mən, bütün

5.Hal-hərəkət bildirənlər: oxumaq, yatmaq

6. Məkan və zaman bildirənlər: axşam, irəli

Ümumişlək sözlər müxtəlif nitq hissələrinə aid ola bilir.

Yüksək obrazlılığa, emosionallığa və ifadəliliyə malik olan sözlər poetik sözlər adlanır. Poetik söz nitqə incəlik verir və onu bədiiləşdirir. Ədəbi dildə poerik sözlər müxtəlif yollarla meydana gəlir.

1.bəzi poetik sözlər xalq poeziyasından fəlir.

Düşüb can dara, yerdə,

Qalıb qanara yerdə.

Öldürdü canan məni,

Getdi can ara yerdə

2. Bəzi poetik sözlər ədəbi dilin yeni söz yaratmaq imkanları əsasında əmələ gəlir. Kəndciyəz yaşayır.

3.Başqa dillərdən keçmiş bəzi sözlər poetik xarakter almışdır.

Əcəba sən onu haradan aldın

Şübhəsiz, başqalarından çaldın.(H. Cavid)

4.Səs təqlidi sözlər müxtəlir işlənmə məqamlarında obrazlılıq yaradır.

Hərdən ürəyin qırıldı tıp-tıp

Canım zi həvəs edərdi gup-gup

2. Dildə ifadə etdiyi mənasına görə nisbətən elvari, saya xarakterli olan söz qrupları da vardır ki, bunlar loru sözlər adlanır. Məs: Nə deyim, Hacı, çəlalın məndə olaydı, görərdin lələşin nə lələşdir. Dilimizdə lələş, çibişdan, ləlimək, qanmaq, dartmaq, yollamaq, əkilmək və s. kimi sözlər loru xarakterlidir.

Loru sözlər, çox güman ki, öz yerlilik xüsusiyyətlərini get-gedə itirmiş olan dialekt ünsürlərdir. Lakin dialekrlərlə loru sözlər arasında fərq var. Belə ki, dialekt sözlər konkret bir dialektə aid ilsa da, loru sözləri isə hamı istifadə edir və mənasını başa düşür. Loru sözlərin ədəbi dildə sinonimləri olur.

Ləlimək-yalvarmaq

Qanmaq-başa düşmək

Daxma-ev

Loru sözlərdən bədii əsərlərin dilində hadisəni real və canlı təsvir etmək, surət nitqini fərdiləşdirmək və s. məqsədlər üçün istifadə edilir.

Kobud və qeyri-ədəbi sözlər vulqarizm, yaxud vulqar sözlər adlanır. Veyil­lən­mək, goplamaq, donquldanmaq və s.

Vulqar sözlər öz mənalarına görə iki qrupa bölünür: kobud sözlər, söyüş xarak­terli sözlər.

Kobud sözlər anlayışın az və ya çox dərəcədə kobud şəkildə ifadə olunmasına xidmət edir. Tıxmaq, zəvzək, heyvərə, boşboğaz, itil, hırıldamaq, cəhənnəmə vasil olmaq, ifritə, yekəbaş, yalan danışmaq, rədd ol və s. bu kimi sözlər kobud xarakterli sözlərdir.

Söyüş xarakterli sözlərin ifadə etdikləri mənada isə söyüş mövcud olur. Nadürüst, qurumsaq, nanəcib, bədbəxt oğlu, itin balası, axmaq oğlu axmaq və s. söyüş xarakterli vulqar sözlərdir.

Vulqar sözlərdən də bədii ədəbiyyatda istifadə olunur. Surətin nitqini fərdiləşdirmək, onun daxili aləmini açmaq üçün vulqar sözlərdən istifadə edilir.

Lakin şit və biədəb vulqar sözlərin ədəbi dildə işlənməsinə yol verilmir.

Arqo sözlər daha məhdud dairədə işlənən sözlərdir. Arqo sözü fransız sözüdür. Bu söz əvvəllər fransızların dilində oğrular, dilənçilər məmasında, sonra isə “oğru, dilənçi danəşəğı” kimi işlənib. Arqo gizli anlaşma vasitəsidir. Bu sözdən cəmiyyətin daha çox təbəqələri, ən çox isə aşağı təbəqələri istifadə edirlər. Məs: tələbələrin arasında işlənən quyruq “iki” mənasında, alverçilərin dilində işlənən kalan sözü isə varlı mənasında işlənməklə arqo sözdür.

Arqo sözlər əsasən üç yolla əmələ gəlir: milli dildə olan sözlərə şərti məna verməklə, qondarma sözlər hesabına, alınma sözlərin köməyi ilə.

Jarqon sözü də fransız sözüdür. Fransız dilində quş civiltisi, qarğa dili məna­sın­da işlənir. Jarqon sözlər məhdud sosial dairədə işlənən sözlərdir. Jarqon sözlər arqo sözlərə çox yaxın olsa da, bir-birindən fərqlənirlər. belə ki, larqon sözlərdən daha çox ali, yüksək zümrənin nümayəndələri istifadə edirlər. Onlar öz aralarında bu sözlərə əcnəbi danışıq dili kimi müraciət edirlər.

C. Məmmədquluzadə “Ölülər”, “Anamın kitabı” kimi əsərlərində, Ü. Hacıbəyov “O olmasın, bu olsun” əsərində jarqonlardan tipikləşdirmə vasitəsi kimi istifadə etmişlər.”Ölülər” əsərində Şeyx Nəsrullah deyir: dər Xəzaini qüdrət, çöhri şəriftət əz elm və nəfistət əz daniş nist.

Həm də bu müəlliflər başqa dillərdən jarqon kimi istifadə etmə hallarının özünü də ifşa etmişlər.

3.Peşə-sənətlə məşğul olan insanların nitqində və məhdud dairədə işlənən sözlərə peşə-sənət sözləri deyilir. Bu söz qrupları məhdud dairədə işlənən sözlərdir. Hər bir sənət və peşə sahəsində çalışanların dilində həmin sənət və peşə ilə bağlı spesifik sözlər olur. Bu növ sözlər adətən, sabit xarakterli olur və və tarixən az dəyişir. Sənət-peşə sözlərinin bir qismi ümumişlək, bir qismi isə məhdud dairədə işlənmək xüsusiyyətinə malik olur. Elə buna görə də müəyyən bir peşə və sənət ilə bağlı bir çox sözləri başqa prşənin və ya sənətin adamları bilmir. Necə ki neft sahəsində işlənən söz və birləşmələri çəkməçi bilmədiyi kimi, çəkməçinin də işlərdiyi söz və birləşmələri də təbii ki, neft sahəsində çalışanlar baş düşməyəcək.

Dildə heyvandarlıqla, üzümçülüklə, balıqçılıqla, arıçılıqla, çörəkçiliklə, dəmirçiliklə, tikişçiliklə və s. il. Bağlı əşya, hadisə və alətləri ifadə edən saysız-hesabsız sənət-peşə sözləri işlənməkdədir. Belə sözlər, əksərən dilin öz sözlərindən ibarət olur. Müasir dövrdə rlmin, texnikanın inkişafı ilə bağlı sənət-peşə sözləri də müntəzəm olaraq çoxalır və zənginləşir.

4.Dilin lüğət tərkibində müəyyən qrup sözlər vardır ki, onlara ekzotik sözlər deyilir. Ekzotik sözlər mənşəcə başqa dilə mənsub olub, xaiqın məişətini, adət-ənənəsini, milli xüsusiyyətlərini göstərən leksik vahidlərdir. Dildə ekzotizmlər müxtəlif səbəblərdən meydana çıxır. Hər şeydən əvvəl, ekzorik sözlər xalqlar, ölkələr arasında siyasi, iqtisadi, mədəni və dostluq əiaqələri əsasında yaranır.

Azərbaycan dilində ekzotik sözlərin meydana gəlməsinin xüsusi tarixi vardır. Bu qrup sözlər lap qədimdən, ilk dəfə qonşu xaiqlarla münasibət əsasında dilimizdə özünə yer tapmışdır. XIX əsrə qədər ərəb-fars mənşəli, sonrakı illərdə isə bu tip Avropa sözlərindən isrifadə edilmişdir. Müasir Azərbaycan dilində müşahidə olunan ekzotik sözləri aşağıdaki kimi qruplaşdırmaq olar:

1.Pul vahidlərinin adlarını bildirən sözlər: dollar, marka(Alm), frank(Fr), lirə(T), dinar(İrak, Yuq), rupi və s.

2.Musiqi alətlərinin adları: balalayka(rus simli m aləti), gitara(ispan), qonq(İndoneziya zərb m.a).

3.Rəqs adlarını bildirən sözlər: tanqo(İspan), menuet(fransız bal rəqsi) və s.

4. Xörək adları bildirənlər: xaş, tabaka, borş, xarço, xəngəl

5.Vəzifə adlarını bildirənlər: mer, ser, lord və s.

Ekzotik sözlər müasir mətbuat səhifələrində və bədii ədəbiyyatda da geniş müşahidə olunur. Bədi əsəbiyyatda bunlardan müəyyən üslubi təbəqələrlə bağlı istifadə edilir:

Amandu! Qardaşım ucalt səsini,

Sən ümid gözləmə kraldan, serdən(S.V.)

Varvarizmlər ekzotik sözlərə oxşasa da, ondan fərqlənir. Belə ki, varvarizmlərin hər birinin Azərbaycan dilində qarşılığı olur. Uçitel, şkol, madmuazel, prazdnik və s. varvarizmlər həm şifahi danışıq dilində, həm də yazılı ədəbi dildə işlənə bilir.

1.Müasir dözrdə istər savadlı, istərsə də az savadlı şəxslərin nitqlərində tez-tez varvarizmlərə rast gəlmək olur. Nitqdə belə sözlər işlənir: obşem, davay, paka, vaabşe və s. bu cür sözlərin dilimizdə işlənməsinə heç bir lüzum yoxdur. Yersiz olaraq bu cür sözlərin işlənməsi dili korlamaqdan başqa bir şey deyildir.

2.Yazılı ədəbiyyatda varvarizmlərdəm müəyyəm məqsədlər üçün istifadə edilir. Varvarizmlər vasitəsilə yerli kolorit yaradılır. Varvarizmlərdən satira yaratmaq, ifşa et­mək məqsədilə istifadə olunur.

Sabir satira yaratmaq məqsədilə öz şeirlərində varvarizmlərdən geniş istifadə et­miş­dir.Obrazın nitqini fərdiləşdirmək üçün də varvarizmlərdən istifadə edilir.

Varvarizmlərin dildə qarşılığı olmasına baxmayaraq, müəyyən növü tərcümə edilmədən dilin bərabərhüquqlu vahidləri kimi işlənir. Mətbuat adları buna misal ola bilər: “pravda”, “Literaturnaya qazeta”, “Sovetskiy sport”, “nauka i jizn” və s.

Nəşriyyat adları: “Nauka”, “Molodaya qvardiya”

Futbol klubu adları: Şaxtyor, Metallist.




Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin