Kurs: I
Fənn: Ana dili
Müəllim: Fəxriyyə Cəfərova
ceferova.fexriyye@mail.ru
LEKSİKOQRAFİYA
Plan:
Lüğət haqqında ümumi məlumat
Lüğətlərin quruluşu və tərtibi prinsipləri
Lüğətlərin əsas tipləri
Ədəbiyyat
A. Qurbanov. Müasir Azərbaycan ədəbi dili. B. 2003
Müasir Azərbaycan dili 1 hissə B.2007
N. Abdulzadə. Azərbaycan dili (milli kurrikulum)
H. Həsənov. Müasir Azərbaycan dilinin leksikası B. 1988
S. Cəfərov. Müasir Azərbaycan dili B.1982
Dilçiliyin leksikoqrafiya adlanan şöbəsi lüğətləri öyrənir. Leksikoqrafiya yunan mənşəli sözdür. Lexikos-lüğət, grafha-yazıram deməkdir. Dilimizdə leksikoqrafiya əvəzinə çox vaxt lüğətçilik termini işlədilir.
Lüğət nədir? Lüğət küll halında müxtəlif qrup dil vahidlərinin və məfhumların müəyyən qaydada düzülüb bu və ya digər cəhətdən şərh olunduğu əsərdir. Tarixən hər bir lüğət xalqın mədəni inkişaf və tələbatı əsasında meydana çıxmışdır. Lüğətçiliyin tarixi çox qədimdir. Lüğətlərin tərtibi ilə hələ eradan əvvəlki dövrlərdə də məşğul olmuşlar. Ilk lüğət nümunəsi qədim Yunanıstanda meydana çıxmışdır. Türk xalqlarının lüğətçilik tarixində isə bir sıra lüğətlərin böyük rolu olmuşdur. məc; XI \srin məşhur türkoloqu M.Kaşğarinin yazdığı “Divani-lüğət-it türk” əsəri, XIII əsrdə yazılmış İbn Mühənnanın “Kitabi-məcmueyi-tərcümani türki, farsi və monqoli” əsərləridir.
XIII əsrin sonlarında Fəzrəddin Hinduşah Naxçıvani tərəfindən yazılmış “Əs-sihah əl-əcəmiyyə” lüğəti xüsusi əhəmiyyət kəsb edir. Bu lüğətin yazılmasında əsas məqsəd ondan ibarət idi ki, türklərə fars dilində daha düzgün yazmaq qaydaları öyrədilsin.
XIV əsrdə 1328-ci ildə Məhəmməd Naxçıvaninin yazdığı “Sihah əl-fors” lüğətində fars dilində az işlənən 2300 izahı verilmişdir.
XV əsrdə özbək şairi Əlişir Nəvai “Mühakimətül lüğəteyn” adlı fars-türk lüğətini tərtib etmişdir. 1864-cü ildə L.M.Lazerev “Turetsko-tatarsko-russkiy slovar” lüğətini tərtib etmişdir. 1869-1871-cu illərdə Lazer Budaqov “Sravnitelnıy slovar turetsko-tatarskix nareçiy” lüğətini şap etdirmişdir. 1893-1911-ci illərdə V.V. Radlov “Opıt slovarya tyurkskix nareçiy” lüğətini çap etdirmişdir.
XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan lüğətçiliyi xüsusi bir sahə kimi inkişaf etməyə və qol-budaq atmağa başlayır. Azərbaycan dilinə aid Azərbaycanda nəşr edilən ilk lüğətlər məzmun və quruluşu etibarilə bir qədər bəsit şəkildə olsalar da, ancaq tərcümə lüğətləri xarakterini daşısalar da lüğətçilik tarixi baxımından çox qiymətlidir.
2. Lüğətlər quruluşuna görə bir-birindən fərqlənir. Belə ki, bəzi lüğətlərdə sözlər izah edilir. Bəzilərində onların düzgün yazılışı və tələffüzü göstərilir. Lüğətlərin tərtibində də fərqlər vardır. Onların tərtibində iki üsuldan geniş istifadə olunur. Bunlardan biri “yuva”, digəri isə “əlifba” üsuludur.
Yuva üsulu ilə tərtib olunmuş lüğətdə eyni kökdən olan sözlər bir baş söz ətrafında izah edilir. Buna yuva üsulu deyilir. Bunun müsbət cəhəti odur ki, sözlərin qohumluğu asanlıqla müəyyənləşdirilir. Mənfi cəhəti isə odur ki, bu lüğətlərdən istifadə edərkən lüğətlər üzərində saatlarla iş aparmaq lazım gəlir.
Yuva üsulu ilə tərtib olunmuş lüğətlərə Z. Budaqovun “Tatar-türk dillərinin müqayisəli lüğəti”ni, V.İ.Dalın “Rus dilinin izahlı lüğəti”ni misal göstərmək olar.
Dostları ilə paylaş: |