Şəkil 1 Şəkil 2
Düzləndiricilərin vəzifəsi və struktur sxemi Dəyişən cərəyanı sabit cərəyana çevirən statik çevricilərə düzləndirici deyilir. Düzləndiricilər televiziya, radiorabitə, radioyayım, müasir diskret yarımkeçirici və mikroelektron və sair elektronika qurğularını qidalandıran əsas sabit cərəyan mənbəyidir. İlkin qida mənbəyinin fazalar sayından asılı olaraq düzləndiricilər birfazalı və üçfazalı olurlar. Düzləndiricilər idarəolunmayan və idarəolunan düzləndiricilərə bölünürlər. İdarəolunmayan düzləndiricilərin çıxışında gərginliyin qiyməti sabit qalır. İdarəolunan düzləndiricilərdən çıxış gərginliyinin və ya cərəyanının qiymətinin dəyişilməsi tələb olunanda istifadə olunur. Düzlənmiş gərginliyin formasından asılı olaraq düzləndiricilər biryarımperiodlu və ikiyarımperiodlu olurlar Düzləndiricinin struktur sxemi aşagıdakı kimidir.
1-transformator; 2- ventil; 3- hamarlayıcı süzgəc; 4-yük
Sxemdə ilkin qida mənbəyi rolunu sənaye müəssisəsinin elektrik şəbəkəsi oynayır. Transformator (1) müəyyən göstəriciyə malik giriş dəyişən cərəyan elektrik enerjisini digər göstəricilərə malik dəyişən cərəyan elektrik enerjisinə çevirir. Ventillərin ( düzləndirici diodların) (2) köməyilə ilkin dəyişən gərginlik döyünən sabit gərginliyə çevrilir. Düzləndirici element kimi ventil xüsusiyyətinə malik olan yarımkeçirici diodlardan istifadə edilir. Ventillərin sayı düzləndiricinin sxemindən asılı olur. Hamarlayıcı süzgəc (3) düzləndiricinin çıxışındakı gərginliyin döyünmələrini azaldır, hamarlayır və yükə (4) ötürür. Hamarlayıcı süzgəclər əsasən induktivlik və tutumdan ibarət olur. Yuxarıda göstərilən elementlərdən başqa düzləndiricinin sxeminə cərəyan və gərginlik stabilizatorları daxil edilə bilər. Stabilizatorun vəzifəsi yük müqavimətinin və şəbəkə gərginliyinin qimətinin dəyişməsi hallarında düzlənmiş gərginliyin (cərəyanın) qiymətini müəyyən dəqiqliklə sabit saxlamaqdır.
Bundan başqa düzləndiricinin tərkibində gərginlik tənzimləyiciləri , mühafizə kommutasiya və nəzarət qurğuları da ola bilər.
Düzləndiricinin iş rejimləri
Düzləndiricinin iş rejimi onun yükünün xarakterindən asılıdır.Yükün xarakterinə görə düzləndiricilərin aşağıdakı növləri var:
1. Aktiv yükə işləyən düzləndiricilər;
2. Tutum xarakterli yükə işləyən düzləndiricilər;
3. İnduktiv xarakterli yükə işləyən düzləndiricilər;
4. LC vəR-dən ibarət yükə işləyən düzləndiricilər;
5. Əks e.h.q-nə işləyən düzləndiricilər.
Düzləndiricinin ideal aktiv yükü nadir hallarda olub, ancaq düzlənmiş gərgin- liyin dəyişən təşkiledicisinin məhdudlanması tələb olmayan dövrələr üçün xarakterikdir.
Tutum xarakterli yük alcaq güclü düzləndiricilərdə istifadə olunur . Tutum düzləndiricinin çıxışında yükə paralel qoşulur və vəzifəsi düzlənmiş gərginliyin dəyişən təşkiledicisini azaltmaqdır.
İnduktiv, LC və R xarakterli yüklər əsasən orta və böyük güclü düzləndiricilər- də istifadə olunur.
Əks e.h.q-nə ίişləyən düzləndiricilərdən akkumlyatorların doldurulması vəə sabit cərəyan mühərriklərini qidalandırılması üçün istifadə olunur.
İş rejimindən asılı olmayaraq düzləndiricilər aşağıdakı göstəricilərə malikdir:
1. Düzləndiricinin çıxış göstəriciləri;
2. Ventilin iş rejimini xarakterizə edən göstəricilər; 3. Transformatorun göstəriciləri
Dostları ilə paylaş: |