1.Üçfazalı sistemlər haqqında ümumi məlumat



Yüklə 1,76 Mb.
səhifə21/30
tarix01.01.2022
ölçüsü1,76 Mb.
#104170
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
Stablitronlar. Stablitronlar və ya dayaq diodları elektrik sxemlərdə gərginliyi stabilləşdirmək (sabit saxlamaq) üçün istifadə olunur. Yarımkeçirici stablitronlar müstəvi diod olub, yüksək konsentrasiyalı aşqarlı Si-dan hazırlanır və elektrik deşilməsi rejimində işləyir. Stabilitronlar stabilizatorlarda, cərəyan və gərginliyin stabilləşdirmə sxemlərində istifadə olunur.


İdarəolunan ventillər

İki dayanıqlı vəziyyətə - alçaq keçiricilikli və yüksək keçiricilikli vəziyyətlərə malik, üç və daha artıq p-n keçiddən ibarət olan dördqatlı yarımkeçirici cihaza tiristorlar deyilir. Tiristorun bir vəziyyətdən digərinə keçirilməsi xarici təsir( gərginlik, cərəyan və ya işıq seli) nəticəsində həyata keçirilir. Onlar iki elektrodlu - dinistor və üç elektrodlu- tirinstorlara bölünürlər. Dinistorlar dördqatlı struktura malik idarəolunmayan diod, trinistor dördqatlı struktura malik idarəolunan trioddur.

Dinistorlar iki xarici elektroda malikdir: anod və katod. Onlar sabit qoşulma gərginliyinə malikdir. Dinistorlar qida gərginliyinin qiyməti və qütbü dəyişən zaman dövrəyə qoşulur. Dinistorların struktur sxemi və şərti işarəsi şəkil 1-də verilmişdir.

Dördqatlı strukturu olan p1-n1-p2-n2 tipli dinistor üç elektron-deşik keçidindən (EK1, KK və EK2) ibarətdir. EK1 və EK2 keçidlərinə emitter keçidləri, KK keçidinə isə kollektor keçidi deyilir.

Dinistora xarici mənbədən düz gərginlik veriləndə, EK1 və EK2 keçidləri düz istiqamətdə yerini dəyişir və bu səbəbdən çox kiçik müqavimətə malik olurlar. KK keçidi əks istiqamətdə qoşulur və onun müqaviməti böyükdür. Bu səbəbdən tristora verilən gərginliyin demək olar ki, hamısı kollektor keçidində düşür.

Trinistorlar anod və katoddan başqa üçüncü – idarəedici elektroda malikdir. Üçüncü elektrod anod gərginliyini dəyişmədən qoşulma gərginliyini dəyişməyə imkan verir. Trinistorların struktur sxemi və şərti işarəsi şəkil 2- də göstərilmişdir. İdarəedici elektroda idarəedici gərginliyin verilməsi və anoda düzünə gərginliyin verilməsi zamanı trinistor açılır. Bu halda EK2 kecidindən idarəedici cərəyan axır. Bu cərəyan baglı KK keçidini neytrallaşdırır. Qoşma gərginliyinin kiçik qiymətlərində trinistor açılır.

Anoddan katoda doğru düzünə cərəyan axır. Trinistor açıq vəziyyətə keçdikdən sonra idarəedici elektrod özünün idarəedicilik xüsusiyyətini itirir. İdarəedici cərəyan olmadıqda trinistor dinistora çevrilir.. Trinistorlar radioelektronika və sənaye elektronikası qurgularında istifadə olunur. Onlar əsasən müxtəlif düzləndirici sxemlərdə istifadə olunur.




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin