MUSİQİ DİNLƏMƏK
Mahnı (Şer) – Bir şer, nəsir və ya ona yaxın bir şeylə səsi yüksəltmək, ucaltmaq, davam etdirmək, yerli və ya yersiz olaraq dəfələrlə təkrar edərək əyləndirmək və coşdurmaq deməkdir. Bu da musiqi ilə birlikdə və ya musiqi olmadan da ola bilər876. İbnul Əsir – rahmətullahi aleyhi - deyir ki: «Səsini yüksəldən və onu davam etdirən hər kəsin səsinə ərəblər mahnı deyirlər»877.
Musiqi – Yunan sözü olub Ud, Kamança, Tabur, Klarnet və s. kimi çalğı alətlərilə çalınan sənət növlərinə ümumilikdə verilən addır.
Musiqinin Dindəki İsimləri – əl-Ləhv (əyləncə, vaxtı boşa keçirmək), əl-Ləğv (boş söz), əl-Batil (boş, dəyərsiz), əz-Zur (yalan), əs-Sumud (boş şeylə əylənmək), əl-Muka (fit çalmaq), ət-Tasdiyə (əl çalmaq), Ruqyətuz Zina (zinanın dəvətçisi), Savtuş Şeytan (şeytanın səsi), Məzmuruş Şeytan (şeytanın qavalı), Quranuş Şeytan (şeytanın Quranı), Muəzzinuş Şeytan (şeytanın müəzzini), Munbitun Nifaq (nifaq çıxaran, yetişdirən), Səvtul Ahmaq (axmaq səs), Savtul Facir (yalançı, rəzil səs)878.
Dostları ilə paylaş: |