2 Translyatorlar, kompilyatorlar haqqında ümumi məlumat. İnterpretator haqqında ümumi məlumat


İnterpretator haqqında ümumi məlumat



Yüklə 42,74 Kb.
səhifə4/8
tarix29.10.2022
ölçüsü42,74 Kb.
#118793
1   2   3   4   5   6   7   8
Mövzu 1 Proqramlaşdırma dilləri və Kompüterdə məsələ həllinin mərhələləri

3. İnterpretator haqqında ümumi məlumat.
İnterpretatorlar–komandanın dekodlaşdırılması (translyasiya olunması) və yerinə yetirilməsi əməlini yerinə yetirir. İnterpretasiya zamanı proqramın hər bir komandası ayrıca translyasiya olunur və dərhal yerinə yetirilir, bundan sonra növbəti komanda translyasiya olunur və yerinə yetirilir və s. Bunun alternativ üsulu olan kompilyasiya, proqramın bütün deyimlərinin birdən icra koduna (obyekt koduna) çevrilməsini nəzərdə tutur; sonradan onun yerinə yetirilməsi isə ayrıca prosesdir.
Bu çevrilmə müxtəlif yollarla aparıla bilər: Birinci yol ilkin proqramın hər bir sətrini maşın koduna çevirən (translyasiya edən, ing. translate) proqramı başlatmaqdır. Bu proqram bir sətri çevirir və onu yerinə yetirilmək üçün mərkəzi prosessora verir, yalnız bundan sonra növbəti sətrin çevrilməsinə keçir. Belə proqrama interpretator deyilir.
Bu proqramı iki müxtəlif dilli şəxsin ünsiyyətinə kömək edən tərcüməçi ilə müqayisə etmək olar. Birinci şəxs nəsə deyir, tərcüməçi onun dediklərini tərcümə edir. İkinci şəxs cavab verir və onun cavabı birinci şəxsə tərcümə olunur. Bu proses bütün dialoq müddətində davam edir.
Bu yanaşmanın üstünlüyü onun istifadəçi üçün sadəliyindədir. Proqram yazılıb başladıldıqdan dərhal sonra kompüterin hər dəfə nə etdiyini görmək olur. Əgər proqramda nəyisə dəyişmək lazımdırsa, bu dəyişiklik edilir və proqram yenidən translyasiya olunur. Ancaq bu yolun bir çatışmazlığı var: proqram tam hazır olduqdan sonra da, hər dəfə icra olunmazdan qabaq onun hər bir sətri təzədən maşın koduna çevrilir və nəticədə proqramın ümumi icra müddəti uzanır.
İnterpretator ilkin proqramın cümlələrini (operatorlarım) bir-bir təhlil edib. kompüter dilinə çevirir və icra edir. Növbəti operatorun emalından sonra o birisinə kcçilir. Sonuncu operatorun emalından sonra interpretasiya prosesi və proqramm icrası başa çatır. İnterpretasiya üsulu ilə proqramın kompüter dilinə çevrilməsi və icıası ləng gedir. Bu onunla əlaqədardır ki, məsələn, dövri prosesin icrası dövrə daxil olan operatorlann dövrləriıı sayı qədər təhlilini və çevrilməsini tələb edir. Odur ki, translyasiyanın bu üsulu səmərəli deyil. Lakin inteıpretator proqraımn sazlanması üçün əlverişlidir. İnterpretator proqramı istənilən operatordan başlayaraq emal etməyə və proqıamın icrası zamanı dəyişənlərin aidıqları qiymətləri yoxlamağa imkan verir. Dialoq rejimiııdə proqramda istənilən düzəlişlər aparmaq və proqramı təkrarən icra etınək mümkündiir. Kompilyator, interpretatordan fərqli olaraq. ilkin proqraını bütövlükdə maşın dilinə çevirir. Proqramda morfoloji və sintaksis səhviər olarsa, onları aşkar edib, istifadəçiyə xəbər verir. Səhviər düzəldildikdən sonra kompilyasiya yenidən davam etdirilə bilər. ya da saxlanmaq üçün xarici yaddaşa köçürülə bilər. İlkin proqramın operatorlarının təhlili və çevrilınəsi bir dəfə aparıldığı üçün kompiiyatorun sürəti yüksək olur. İşçi proqraının icrası kompliyasiya prosesindən asılı olmadığı üçün, proqramın icrası zamanı kompilyatoaın ƏYQ-də olmasına ehtiyac olmur. Beləliklə, aşağıdakı nəticə çıxarıla bilər: proqramın sazlanması zamanı interpretatordan istifadə etmək, sazlanmış proqramı isə koınpilyator vasitəsilə emal etınək məqsədəuyğundur.


Yüklə 42,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin