2. Translyatorlar, kompilyatorlar haqqında ümumi məlumat. Yüksək səviyyəli dildə yazılmış proqramın müvafiq maşın proqramına çevrilməsi üçün dil prosessorlarından istifadə olunur. Dil prosessorlarının iki növü var: interpretator və translyatorlar. Proqramlaşdırma dili vasitəsilə hazır proqram yox, ancaq qurulmuş alqoritmi təsvir edən mətn yaradılır. Proqramçının başa düşdüyü dildə olan bu proqram maşının başa düşdüyü dilə çevrilməlidir. Bunun üçün kompüterdə translyatorlar və kompilyatorlar olur.
İnterpretator— ilkin proqramı qəbul edən proqram olub, giriş dilinin konstruksiyalarının tanınması daxilində həmin konstruksiyalarla təsvir edilən əməliyyatları reallaşdırır.
Translyator — ilkin proqramı qəbul edən proqram olub, çıxışda obyekt proqramlaşdırma dilində yazılan proqramı əmələ gətirir. Xüsusi hallarda obyekt dili qismində maşın dili çıxış edə bilər və translyatorun çıxışında alınmış proqramı dərhal yerinə yetirmək olar. Ümumiyyətlə, obyekt dilinin maşın və ya ona yaxın (avtokod) dil olmağı mütləq deyil. Obyekt dili qismində bəzi aralıq dillər də çıxış edə bilər.
Giriş dili kimi istifadə edilən və maşın dilinə yaxın translyator (avtokod və ya Assembler dili) ənənəvi olaraq Assembler adlanır. Yüksək səviyyəli dildəki translyator kompilyator adlandırılır.
Kompilyator— kompüter proqramı olub, proqramlaşdırma dilində yazılmış kodu kompüter dilinə çevirir. Proqramlaşdırma dilində yazılmış kodu çevirməkdə əsas məqsəd çağrıla bilən proqram almaqdır. Kompilyatorlar əsasən, yüksək səviyyəli proqramlaşdırma dilində yazılmış kodları aşağı səviyyəli proqramlaşdırma dilinə çevirir. Birdən çox əməliyyat sistemlərində çalışan kompilyatorlara kross-kompilyator deyilir.
Kompilyatorun proqramlaşdırma dilində yazılan koda yalnız 1 dəfə ehtiyacı var. Kompilyator həmin kodu bir dəfə oxuyur və hər dəfə kodu işə salanda yenidən oxumasına ehtiyac qalmır. C#, C, C++, Pascal, Delphi, Java və s. proqramlaşdırma dilləri kompilyatorlu dillərdir.
Proqram ancaq onların translyatorları olan halda icra oluna bilərlər. Translyatordan fərqli olaraq kompilyatorlar exe-faylların yaradılması üçün istifadə olunur ki, onlar da sərbəst icra oluna bilərlər (yəni, proqpamin yazildiğı mühitdən (sistemdən) asılı olmadan).