2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri


Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda hüquqi dövlət quruculuğu



Yüklə 267,88 Kb.
səhifə62/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   58   59   60   61   62   63   64   65   ...   73
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda hüquqi dövlət quruculuğu
Plan: 1.Hüquqi dövlət anlayışı, elmə gətirilməsi.

2. Hüquqi dövlətin əsas əlamətləri.

3. Azərbaycanda hüquqi dövlət quruculuğunda H.Əliyevin xidmətləri.
Hüquqi dövlət ideyası qədim dünyada meydana gəlmiş, XIX əsrdə isə Almaniyada elmə gətirilmişdir. Onun mahiyyəti konstitusiyalı və inzibati hakimiyyət orqanlarının hüquqa tabe olması, onların üzərində hüquqi nəzarətin olmasıdır. Hüquqi dövlət anlayışı dövlətlə bütün sosial birliklərin, o cümlədən ayrı-ayrı fərdlərin hüquqa hörmət etməsini, ona münasibətdə bərabər vəziyyətdə olduğunu göstərir. Hüquqi dövlət qanunun aliliyi, vətəndaş hüquqlarının müdafiəsi, dövlət hakimiyyəti həddinin müəyyən edilməsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarətinin olması, məhkəmə və qanun qarşısında hamının bərabərliyi, dövlətin vətəndaşlar, vətəndaşların dövlət qaşısında məsuliyyəti kimi prinsiplərə söykənir.

Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkə prezidenti Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın sivil dövlətçilik tarixində mühüm yer tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələri uğurla davam etdirilməyə başladı. Heydər Əliyev hələ 1990-cı ildə Naxçıvana rəhbərlik etdiyi ilk dövrdə Cümhuriyyət ənənələrinin davamı kimi müstəqilliyin ilk addımlarını atmışdı. Muxtar respublikanın adından «sovet» və « sosialist» sözləri çıxarılmış, Naxçıvan Ali soveti «Ali Məclis» adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmiş, Kommunist partiyasının yerli orqanlarının fəaliyyəti dayandırılmış, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edilmişdi(2,s.305).

1993-cü ildən sonrakı dövrdə Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan respublikasının qurulması, möhkəmləndirilməsi, Xalq Cümhuriyyəti demokratik ənənələrinin yeni məzmunda - hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində davam etdirilmiş, bu istiqamətdə xeyli iş görülmüşdür. Heydər Əliyevin sədrliyi altında Azərbaycan Respublikasının ilk Milli Konstitusiyası qəbul edilmiş. Əsas Qanunda İnsan hüquq və azadlıqlarına geniş yer verilmiş, Qanunun 159 maddəsindən üçdə biri, başqa sözlə desək 48-i insan hüquq və azadlıqları məsələsinə həsr olunmuşdu.

1995-ci ilin noyabrın 12-də Müstəqil Azərbaycan Respublikasının parlamentinə mojaritar və proporsional sistemlə ilk seçkilər keçirildi. Azərbaycan parlamenti dünyanın qabaqcıl ölkələri qanunverici orqanlarının təcrübəsini öyrənməyə başladı. Bu təcrübə əsasında siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar həyata keçirildi. Qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət quruculuğu ənənələrinə, beynəlxalq hüquq normalarına, Avropa Şurası və dünyanın demokratik təsisatlarının tələblərinə uyğun hazırlanması üçün 1996-cı ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti yanında xüsusi «Hüquqi islahatlar Komissiyası» yaradıldı.

Siyasi və və iqtisadi islahatlarla əlaqədar hüquqi aktların insan hüquqları və müdafiəsi haqqında Avropa Konvensiyasına uyğunluğu baxımından Avropa Şurasında ekspetiza olunması respublikada demokratik cəmiyyət quruculuğuna təsirli kömək etdi.

1998-ci il iyunun 18-də «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı» təsdiq olundu. 1998-ci ilin fevral ayında Azərbaycan prezidenti Heydər Əliyev «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» fərman verdi. Bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu yaradıldı. İnsan hüquqlarının təmin olunmasının hüquqi mexanizmi yaradılmağa başladı. «Kütləvi informasiya vasitələri haqqında», «Dini etiqad azadlığı haqqında», «Ölkədən getmək və ölkəyə gəlmək haqqında», «Sərbəst toplaşmaq azadlığı haqqında» və digər qanunlar qəbul edildi 1998-ci ilin oktyabr ayında «Vətəndaşlıq haqqında» yeni qanun qəbul olundu.

Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi illərdə Azərbaycan Respublikası təkcə insan hüquqları ilə bağlı 29 beynəlxalq konvensiyaya qoşuldu. 1998-ci il avqustun 18-də Azərbaycan hökuməti ilə BMT arasında «İnsan hüquqları və demokratiyanın dəstəklənməsi və müdafiəsi sahəsində birgə layihə haqqında memorandum» imzalandı.

Hüquqi dövlət quruculuğu prosesində ölkə rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən biri də mətbuat azadlığının genişləndirilməsi idi. Bununla əlaqədar 1998-ci il avqustun 6-da ölkə başçısı tərəfindən «Azərbaycan Respublikasında söz, fikir, mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» fərman verildi. Mətbuatda və digər informasiya vsitələrində dövlət sirrini qoruyan idarə senzura ləğv olundu.

1995-ci ilin may ayından respublikada əfetmə institutu fəaliyyətə başladı. 2000-ci ilin əvvəllərinə dək olan dövr ərzində 60 mindən çox adam cəzalardan tam və ya qismən azad edildi. 2001-ci ilin fevral ayında verilmiş amnistiya aktı ilə isə 8,5 min çox şəxs məhkumluqdan azad edildi(10). 1995-2003-cü illər ərzində ölkə başçısı tərəfindən 30 əfv fərmanı izalandı.

Ölkədə Məhkəmə - hüquq islahatları həyata keçirilməyə başladı. 2000-ci ilin aprel ayından respublikada hakimlərin imtahandan keçməsi institutu tətbiq olundu. Ölkənin qanunverici orqanı 1995-2000-ci illərdə 70-dən çox qanun hazırlayıb qəbul etdi. 2002-ci ilin sentyabr ayından Azərbaycanda üçpilləli məhkəmə sistemi formalaşdı. Yeni instansiya- apelyasiya məhkəməsi yarandı

Hüquqi dövlət quruculuğu prosesində qanunların Konstitusiya müddəalarına uyğunluğuna nəzarət funksiyasını həyata keçirən Konstitusiya Məhkəməsinin olması da mühüm əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar 1997-ci ilin oktyabr ayında «Konstitusiya Məhkəməsi haqqında» qanun qəbul edildi, 1998-ci ildə isə Konstitusiya Məhkəməsi fəaliyyətə başladı.

Ölkədə demokratik dövlət quruculuğunun aparılması kriminogen vəziyyətin aradan qaldırılmasını tələb edirdi. Bununla əlaqədar həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində 1993- 1998-ci illərdə 6500-dən çox cinayətçar qrup zərərsizləşdirildi, 14 000-dən çox odlu silah yığıldı. Odlu silahla törədilən cinayətlərin sayı 4 dəfə azaldı.2002-ci ilin avqustun 24-də Konstitusiyaya edilmiş dəyişikliklərlə hər bir vətəndaşın Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququ təmin edildi.

Azərbaycan Şərqdə ölüm cəzasını ləğv etmiş ilk respublika oldu. 1993-cü ildən ölüm cəzasına faktiki moratorium qoyuldu. 1996-cı ildə Prezident Heydər Əliyev Cinayət Məcəlləsinin 21-ci maddəsindən ölüm cəzasını götürmək təşəbbüsünü irəli sürdü. Qadınlara və 65 yaşından yuxarı kişilərə ölüm cəzası qadağan edildi. 1998-ci ilin fevral ayından isə ölkə başçısının təşəbbüsü ilə respublikada ölüm hökmü tamamilə ləğv olundu.

Hüquqi-demokratik dövlət qurculuğu prosesi ölkədə çoxpartiyalı sistemin fəaliyyətini zəruri edirdi. Ölkə rəhbərliyinin səyi ilə çoxpartiyalı sistemin fəaliyyəti təmin olundu. Belə ki, 1998-ci ildə Azərbaycanda 32 siyasi partiya 1000 çox ictimai birlik fəaliyyət göstərirdi.

Heydər Əliyev qadın hüquqlarının da genişləndirilməsinə öz töhfəsini verdi. 1995-ci ilin ortalarında Azərbaycan Respublikası «Qadın hüquqlarının pozulmasının bütün təzahürlərinin aradan qaldırılması haqqında» BMT Konvensiyasına qoşuldu. Həmin ilin oktyabrında «Azərbaycan Qadınlar Cəmiyyəti» «Ümumdünya Qadınlar Cəmiyyətinə» üzv qəbul olundu. 1998-ci ilin yanvarında isə ölkə başçısının fərmanı ilə «Qadın problemləri üzrə Dövlət Komitəsi» yaradıldı.Nəcib cinsin nümayəndələri dövlət idarəçiliyində geniş təmsil olunmağa başladılar.2001-ci ildə 41-ə yaxın qadın təşkilatı fəaliyyət göstərirdi. Bunların sırasında «Sevil qadınlar cəmiyyətini», « Qadın və İnkişaf Mərkəzini», «Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətini», «Bakı Qadınlar Assosiasiyasını», «Əsgər Anaları Cəmiyyətini» və digərlərinin adını qeyd etmək olar.

Demokratik hüquqi dövlət quruculuğu prosesi gənclərə olan qayğının artırılmasını da əsas məsələ kimi qarşıya qoymuşdu. Nəzərə alsaq ki, gənclər ölkə əhəalisinin 66 %-ni təşkil edir, onda bu məsələnin dövlət siyasətinin həyata keçirilməsində böyük əhəmiyyətini qeyd etmək olar. Gənclərə olan qayğının artırılması, onların, fiziki, mənəvi, intellektual səviyyəsinin yüksəldilməsi, dövlət quruculuğunda fəal iştirakının təmin edilməsi məqsədilə ölkə başçısı 1996-cı ildə xüsusi fərman verdi, 1999-cu il iyulun 29-da isə «Dövlət gənclər siyasəti haqqında» qanun və «Dövlət Proqramı» qəbul olundu. Respublika Gənclər Təşkilatı Milli şurası yaradıldı. Bu təşkilat «Avropa Gənclər Forumuna», «Dünya Türk Gənclər Birliyinə» üzv qəbul olundu.

Cəmiyyət həyatında plüarizmin inkişafına, mətbuat azadlığına qayğı artırıldı. 2002-ci il oktyabrın 5-də Milli Televiziya və Radio Şurası yaradıldı. Respublikada «Azərbaycan İnsan hüquqları və Demokratiya Komitəsi», «Azərbaycan Demokratiya Fondu», «Ruh jurnalistləri müdafiə fondu» və başqa ictimai təşkilatlar fəaliyyət göstərməyə başlamışdı.

Demokratik cəmiyyət əhalinin bütün təbəqələrinin o, cümlədən uşaqların hüquqnlarına qayğı ilə yanaşılmasını tələb edirdi. Bununla əlaqədar 1998-ci il mayın 19-da ölkə başçısı tərəfindən « Uşaq hüquqları haqqında» qanun və «Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında Dövlət Proqramı» qəbul edildi. BMT-nin YUNİSEF uşaq təşkilatı ilə birgə çətin şəraitdə yaşayan uşaqların problemlərinin həllinə dair layihələrin həyata keçirilməsinə başlanıldı.

Demokratik cəmiyyətin mühüm elementi kimi yerli özünüidarə orqanı olan Bələdiyyələr formalaşmağa başladı. Ölkə başçısının fərmanı ilə «Bələdiyyələrə sekçilər haqqında», «Bələdəiyyələrin statusu haqqında» qanunlar qəbul edildi. 1999-cu ilin dekabr ayında Azərbaycan Respublikasında ilk Bələdiyyə seçkiləri keçirildi. Azərbaycan Respublikası «Yerli özünüidarə haqqında» Avropa Xartiyasına qoşuldu.

2001-ci il ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1,4,6,7 saylı protokollarını təsdiq etmək və «Azərbaycan Respublikasında insan hüquqları üzrə müvəkkil Ambudsman haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu qəbul etdi

Göründüyü kimi Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövr sivil dövlətçilik tariximizdə mühüm yeri tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlətçilik ənənələrinin davam etdirilməsi və onun yeni məzmun alması, hüquqi dövlət quruculuğu prosesi kəsb etməsi ilə əlamətdar olmuşdur. Ölkədə qanunun aliliyi, hakimiyyət bölgüsü təmin olunmuş, insan hüquq və azadlıqlarına geniş yer verilmiş, ilk milli Konstitusiya qəbul olunmuş, Konstitusiya Məhkəməsi və İnsan hüquqları üzrə müvəkkil Ambudsman institutu fəaliyyətə başlamış, cəmiyyətdə çox partiyalı sistemin fəaliyyəti, mətbuat azadlığı, plüarizm təmin edilmiş, ölüm hökmü, senzura ləğv edilmiş, məhkəmə-hüquq islahatları keçirilmiş, Azərbaycan Respublikası bir çox beynəlxalq Konvensiya və Sazişlərə qoşulmuş, milli ordu yaradılmışdır. Bütün bu görülən tədbirlər sayəsində müstəqil dövlətimiz iqtisadi və siyasi cəhətdən möhkəmləndirilmiş, əhalinin sosial müdafiəsi təmin edilmiş, ölkəmiz dünyada tanınmış, regionun lider dövlətinə çevrilmiş, qlobal enerji və nəqliyyat layihələrində fəal iştirak etmiş, müasir dünyanın qlobal problemlərinin həllində, o cümlədən avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak etməyə başlamışdır.


Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin