Azərbaycan sovet hökumətinin təkidi ilə 1921-ci il iyunun 3-də RK(b)P MK Qafqaz bürosunun plenumu daĢnakların Zəngəzurdakı qruplaĢmasının tezliklə ləğv olunması haqqında qərar qəbul etdi və "taktiki mülahizələri" əsas tutaraq, erməni hökumətinə bir vəzifə olaraq tapĢırdı ki, öz bəyannaməsində Dağlıq Qarabağın Ermənistana guya məxsus olduğunu göstərsin. 1921-ci il iyunun 19-da Ermənistan SSR hökuməti XKS sədri A. Myasnikovun və XKS-nin bütün üzvlərinin imzaladıqları bəyannamə ilə mətbuatda çıxıĢ edərək, Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" elan etdilər"159. Ġyunun 30-da Ġrəvanda "Qərbi Ermənistandan" olan ermənilərin geniĢ mitinqində "YaĢasın sovet Zəngəzuru və Qarabağı! YaĢasın bütün zəhmətkeĢ ermənilərin sosialist respublikası!" Ģüarı ilə qətnamə qəbul olundu.
1921-ci il iyulun 4-də RK(b)P MK Qafqaz bürosu plenumunun iclasında büronun səkkiz üzvünün (Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Nazaretyan, Kirov, OraxelaĢvili, Fiqatner) və RK(b)P MK üzvü Stalinin, komsomolun Qafqaz bürosunun katibi Breytmanın və Gürcüstan KP MK-nın üç üzvünün iĢtirakı ilə Qarabağ məsələsi müzakirə olunarkən iki fikir aĢkar oldu. Bunların hər ikisi səsə qoyuldu (yalnız Qafqaz bürosunun üzvləri səs verirdilər). Qarabağ haqqında məsələyə dair səsvermədə səkkiz üzvdən yeddisi iĢtirak edirdi (OraxelaĢvili yox idi). Qarabağın Azərbaycanın tərkibində saxlanmasının lehinə Nərimanov, Maxaradze, Nazaretyan, əleyhinə Orconikidze, Myasnikov, Kirov, Fiqatner səs verdilər; erməni və müsəlman əhalisinin iĢtirakı ilə bütün Qarabağda rəy sorğusu keçirilməsinin lehinə Nərimanov, Maxaradze, Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə daxil edilməsinin lehinə Orconikidze, Myasnikov, Fiqatner, Kirov, Qarabağın təkcə dağlıq hissəsində, yəni ermənilər arasında rəy sorğusu keçirilməsinin lehinə Orconikidze, Myasnikov, Fiqatner, Kirov, Nazaretyan səs verdilər. Beləliklə, plenum qərara aldı: "Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin, rəy sorğusu yalnız Dağlıq Qarabağda keçirilsin". Belə olan halda N.N.Nərimanov bəyanatla çıxıĢ etdi: "Qarabağ məsələsi Azərbaycan üçün mühüm məsələ olduğuna görə, onun qəti həllinin RKP MK-ya çıxarılmasını zəruri sayıram"N.N.Nərimanovun qətiyyəti sayəsində Qafqaz bürosu məsələnin mahiyyətinə ciddi nüruz edərək və onun həllinin yüksək məsuliyyət tələb etdiyini nəzərə alaraq, Orconikidzenin və Nazaretyanın təklifi ilə ertəsi gün öz qərarına yenidən baxdı. 1921-ci il iyulun 5-də RK(b)P MK Qafqaz bürosu RK(b)P MK üzvü Stalinin və Azərbaycan SSR-in Xalq Xarici İşlər komissarı M.D.Hüseynovun iĢtirakı ilə tam tərkibdə toplaĢaraq, üç nəfər bitərəf qalmaqla qərara aldı: "Müsəlmanlarla ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və AĢağı Qarabağın iqtisadi əlaqələrini, onun Azərbaycanla daimi əlaqəsini əsas tutaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlansın, onun tərkibinə daxil olan ġuĢa Ģəhəri inzibati mərkəzi olmaqla geniĢ vilayət muxtariyyəti verilsin".Ertəsi gün AK(b)P MK-nın Siyasi və TəĢkilat bürosu Qarabağ haqqında Ə.H.Qarayevin məlumatmı dinləyərək, Qarabağın Konstitusiyasını hazırlamaq üçün komissiya yaratmağı qərara aldı. 1921-ci il avqustun 1-də keçirən fövqəladə qurultayında L.Ġ.Mirzoyan Qarabağ məsələsinə dai məruzə edərək demiĢdi ki, iqtisadi, mənəvi, siyasi və milli baxımdan Qarabağ Azərbaycanın mərkəzi ilə sıx bağlıdır. "Bu amillərin özü məsələni irəlicədən həll edir ki, biz Qarabağı hansı siyasi quruma aid etməliyik"172. Daha sonra L.Ġ.Mirzoyan Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması haqqında RK(b)P MK Qafqaz bürosu qərarının düzgün və məqsədəuyğun olduğunu bildirmiĢdi. 173 Lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında qərar Azərbaycanın hcç də hər yerində və ictimaiyyətin nümayəndələrinin hamısı tərəfındən razılıqla birmənalı qarĢılanmadı. Ona görə Qarabağ məsələsinə dair yeni materialları cəlb etməklə məsələni bundan sonra da öyrənmək üçün Ə.H.Qarayev, S.M.Əfəndiyev və D.X.Bünyadzadədən ibarət xüsusi komissiya yaratmaq qərara alındı. Komissiyaya dərhal Qarabağa yola düĢmək və orada olduğu müddətdə partiya vo sovet iĢinə rəhbərlik etmək tapĢırıldı1. Dağlıq Qarabağın muxtariyyəti haqqında məsələ 1922-ci ilin noyabrında AK(b)P MK-nın və Bakı Komitəsinin plenumunda məsul iĢçilərin iĢtirakı ilə müzakirə olundu. Plenum AK(b)P Rəyasət Heyətinə tapĢırdı ki, Dağlıq Qarabağın müzakirəsi haqqında məsələnin iĢlənib hazırlanmasına dair komissiyanın müvəqqəti tərkibini təsdiq etsin1.
Qarabağ haqqında məsələ 1922-ci il dekabrın əvvəlində RK(b)P Zaqafqaziya Ölkə Komitəsində müzakirə edildi. ZÖK sədrdən, yeddi üzvdən və ġuĢa, Cəbrayıl və CavanĢir qəzaları icraiyyə komitələrinin hərəsindən bir nümayəndədən ibarət tərkibdə Dağlıq Qarabağın iĢləri üzrə Mərkəzi komissiyanı təsdiq etməyi qərara aldı. Komissiyaya ali orqanlar və AK(b)P MK ilə müstəqil əlaqə saxlamaq hüququ verilirdi182. Bu qərara uyğun olaraq, 1922-ci il dekabrın 15-də AK(b)P MK-nın Rəyasət Heyəti S.M.Kirov baĢda olmaqla Azərbaycan SSR XKS yanında Dağlıq Qarabağın iĢləri üzrə Mərkəzi komissiyanın və A.N.Karakozovun sədrliyi ilə Dağlıq Qarabağın iĢləri üzrə komitənin tərkibini təsdiq etdi183. 1923-cü il iyunun 1-də AK(b)P MK-nın Rəyasət Heyəti Qarabağın muxtariyyəti barədə dekret verməyi qərara aldı186. 1923-cü il iyunun 20-də Rəyasət Heyəti komissiyasının təqdim etdiyi layihəni nəzərdən keçirib "istər dağlıq, istərsə də düzən Qarabağı bir inzibati vahid saymağı zəruri bildi" və Ə.H.Qarayevin sədrliyi ilə komissiyaya tapĢırdı ki, bu məsələni ətraflı iĢləyib hazırlasın və AK(b)P MK Rəyasət Heyətinin təsdiqinə versin. Lakin AK(b)P MK-nın Rəyasət Heyətində baĢqa rəy də söylənildi: Qarabağ məsələsinin qəti həlli üçün Dağlıq Qarabağın Muxtar vilayətə çevrilməsi haqqında Azərbaycan Xalq Komissarları Sovetinin dekreti lazımdır187. 1923-cü il iyunun 27-də Qarabağ komitəsinin məruzəsini müzakirə edən RK(b)P-nin Zaqafqaziya Ölkə Komitəsinin plenumu həmin rəyi təsdiq etdi1.
Nəhayət, 1923-cü il iyulun 1-də AK(b)P MK-nın Royasət Heyəti S.M.Kirovun sədrliyi və üzvlərin - Ə.H.Qarayevin, L.Ġ MirzoyanınQ.M.Musabəyovun, R.Ə.Axundovun iĢtirakı ilə Qarabağ haqqında məsələni müzakirə edərək qərara aldı: "Azərbaycan MĠK-ə (Rəyasət Heyətinin adından) Dağlıq Qarabağın muxtariyyəti barədə dekret verib mərkəzi Xankəndi olmaqla Ġcraiyyə Komitəsinin baĢçılıq etdiyi Qarabağ muxtar vilayəti yaradılsın". Ġcraiyyə Komitəsi təĢkil edilənə qədər Qarabağı idarə etmək üçün beĢ nəfərdən ibarət Ġnqilab Komitəsi və yenə beĢ nəfərdən ibarət vilayət partiya komitəsi yaratmaq təklif olunurdu. Ġnqilab komitəsı iki ay ərzində sovetlər qurultayı çağırmalı idi.
Ə.H.Qarayev (sədr), A.N.Karakozov, Ç.Ġ.Ġldırım, D.X.Bünyadzadə və Sviridovdan ibarət xüsusi komissiyaya tapĢırıldıBu vəzifəni yerinə yetirmək üçün Azərbaycan Sovetlərinin Mərkəzi Ġcraiyyə Komitəsi qərara aldı:
1. Dağlıq Qarabağın ermənilər yaĢayan hissəsində Xankəndi mərkəz olmaqla, Azərbaycan SSR-in tərkib hissəsi kimi, muxtar vilayət təĢkil edilsin.
2. Muxtar vilayətin idarəetmə orqanları Vilayət Ġcraiyyə Komitəsi və yerli sovetlərdir. 176 Beləliklə, 1923-cü il iyulun 7-də Azərbaycan MĠK-in dekreti və Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığı elan edildi.
Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra da, daĢnak silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik hələ də davam edirdi. RSFSR hökumətinin daĢnak hökuməti ilə danıĢıqlar vasitəsilə münaqiĢəni həll etmək cəhdi baĢ tutmadı. 1920-ci ilin iyulunda Naxçıvan, Culfa və Ordubad əhalisi N.N.Nərimanova və Q.K.Orconikidzeyə məktubla müraciət etdi. Məktubda deyilirdi; "Yerli əhali öz qüvvəsi ilə daĢnaklardan müdafiə olunur, Qızıl ordunun köməyi ilə bizim diyarı azad etməyi və Azərbaycanla birləĢdirməyi təmin etməyi təvəqqə edirik"115. 1920-ci il iyulun 28-də AK(b)P MK Siyasi Bürosu Naxçıvandakı vəziyyəti müzakirə edərək, Azərbaycan Ġnqilab Komitəsinə tapĢırdı ki, Naxçıvan məsələsini prinsipial Ģəkildə aydınlaĢdırsın. Ermənistan ilə Azərbaycan arasında sərhədləri müəyyənləĢdirsin və Naxçıvan diyarında sovet hakimiyyəti qurulmasına kömək göstərilməsi haqqında XI Qızıl ordunun Hərbi inqilab ġurası ilə danıĢıqlar aparsın". XI Qızıl ordu hissələrinə Naxçıvan ərazisini erməni-daşnak işğalçılarından təmizləmək əmri verildi. XI Qızıl ordunun 1-ci Qafqaz polku Gorus, ġahbuz və Cəhridən keçərək, 1920-ci il iyulun 28-də axĢamüstü Naxçıvan Ģəhərinə daxil oldu. Beləliklə, Naxçıvan diyarında da sovet hakimiyyəti quruldu. Naxçıvan Sovet Sosialist Respublikası elan edildi və1921-ci il yanvarın 12-də AK(b)P MK-nın Siyasi və TəĢkilat bürosıı B.A.ġahtaxtınskini HĠġ-in mandatı ilə Naxçıvana komissarı göndərməyi qərara aldı. 1921-ci ilin əvvəlində Naxçıvan respublikasında onun Azərbaycan SSR tərkibinə daxil olması barədə rəy sorğusu keçirildi. Rəy sorğusu nəticəsində respublika əhalisinin 90 faizi Naxçıvan diyarının Azərbaycan SSR tərkibində qalmasına tərəfdar çıxdım.
Naxçıvan diyarı o zaman böyük çətinliklər içində, daĢnak hissələrinin və Ġranın Ģimal əyalətində fəaliyyət göstərən əksinqilabi qüvvələrin əhatəsində qalmıĢdı. Bu qüvvələr Naxçıvanda sovet hakimiyyətini devirməyə dəfələrlə cəhd göstərdilər. Lakin 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında imzalanmıĢ dostluq müqaviləsi sayəsində, imperialistlər tərəfındən dəstəklənən erməni daĢnaklarının fitnələrinə son qoyuldu. 1922-ci il mayın 22-də AK(b)P MK-nın Rəyasət Heyəti Naxçıvan diyarı haqqında Əsasnamənin və Naxçıvan SSR Konstitusiyasının Azərbaycan MĠK tərəfindən təqdim olunmuĢ layihələrini müzakirə etdi. Naxçıvan diyarı haqqında Əsasnamədə deyilirdi: "Naxçıvan diyarı ASSR-in qəyyumluğu altında muxtar respublika elan edilərək Naxçıvan Sovet Sosialist Respublikası adlandırılsın"127. Əsasnamədə göstərilirdi ki, Naxçıvan diyarının dövlət hakimiyyəti Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq təĢkil edilir.
Naxçıvan SSR Konstitusiyasının layihəsində deyilirdi: "NSSR, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq vətəndaĢların bərabər hüquqlara malik olmalarını təsdiq edərək, bu zəmində hər hansı imtiyazların və ya üstünlüklərin müəyyən olunmasının, yaxud bunlara yol verilməsinin, eləcə də milli azlıqlara qarĢı hər cür zülmun və va onların hüquqbərabərliyinin məhdudlaĢdırılmasının respublikanın əsas qanununa zidd olduğunu elan edir. 1923-cü il yanvarın 21-də AK(b)P Mərkəzi Komitəsi həmin qərarı müzakirə edərək Naxçıvan MĠK və XKS-nin ləğv olunması və Naxçıvan diyarı Ġcraiyyə Komitəsinin yaradılmasını qərarlaĢdırdı. Naxçıvan Diyar Komitəsi AK(b)P Naxçıvan Diyar Komitəsi adlandırıldı132. Ertəsi gün AK(b)P MK-nın Rəyasət Heyəti bu məsələ ilə əlaqədar Diyar partiya konfransı çağırmağı və məsələni Naxçıvan diyarı sovetlər qurultayında müzakirə edib bəyannamə hazırlamağı tapĢırdı.
Naxçıvan SSR-in Naxçıvan diyarına çevrilməsi və onun muxtar vahid hüququnda Azərbaycan SSR tərkibinə daxil olması bölgənin əhalisi tərəfindən bəyənildi. 1923-cü il fevralın 27-də III Ümumnaxçıvan Sovetlər qurultayı bəyannamə verdi: "Hesab edərik ki, hizim möhkəmlənməyimiz - fəhlə və kəndlilərin hakimiyyətinin möhkəmlənməsi yalnız ümumi birgə iĢimizlə, Sovet Azərbaycanı ilə çiyin-çiyinə iĢləməklə mümkündür, Sovet Azərbaycanının ayrılmaz muxtar hissəsi kimi onun tərkibinə daxil olmağımızı zəruri sayırıq". Qurultay qərara aldı: "Bütün Naxçıvan diyarı özünün bütün aparatları ilə muxtar diyar hüququnda Azərbaycan SSR-in tərkibinə daxil olsun. "Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi" statusu RSFSR-in iĢtirakı ilə, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci ilin 13 oktyabrında Qarsda bağlanmıĢ 20 maddədən ibarət dostluq müqaviləsində təsbit edildi.
Naxçıvan diyarının çox mürəkkəb və gərgin siyasi ziddiyyətlər şəraitində muxtar dövlət statusunun 1921-ci ildə beynəlxalq müqavilələrdə "əks olunması həmin dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir". ("Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin Fərmanı. "Respublika" qəz., № 24, 5 fevral 1999-cu il).
Dostları ilə paylaş: |