2016-cı il Fənn proqramı (sillabusu) Kafedra



Yüklə 68.44 Kb.
tarix14.06.2018
ölçüsü68.44 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

Təsdiq edirəm:

Kafedra müdiri_____________

prof. Sərdarov B.S.

“___”____________2016-cı il



Fənn proqramı (sillabusu)

Kafedra“Yapışdırıcı matreriallar və betonlar texnologiyası”

Fənnin adı“Yeni inşaat materiallarının alınma texnologiyası”

1. Fənn haqqında məlumat:

Kodu 050601

Tədris ili 2016-2017 semestr VII (payız)

Fakültə “İnşaat-texnologiya”

Qrup 693 a

Tədris yükü: mühazirə 45 saat, seminar (məşğələ) - saat,

laboratoriya 15 saat. Cəmi 60 saat.

Kredit: 4

Auditoriya:

Saat:


2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi Sevinc Mirhəsən qızı Əkbərova, t.e.n

Kafedranın ünvanı: Ayna Sultanova 11

Məsləhət saatları: III-cü gün 1030-1150

E-mail ünvanı:sev10@rambler.ru

İş telefonu: (012) 539-10-25



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

  1. Османов Н.Н. Повышения эффективности строительных конгломератов активацией минеральных дисперсий. Баку. 1999.

  2. Сардаров Б.С., Меркин А.П., Зейфман М.И. Эффективные теплоизоляционные материалы в современном строительстве. Маариф. 1986

  3. Комар А.Г., Баженов Ю.М., Сулименко Л.М. Технология производства строительных материалов. Москва «Всшая школа». 1990

  4. Горяйнов К.Э., Дубенецкий К.Н., Василков С.Г., Папов Л.Н. Технология теплоизоляционных материалов и легких бетонов. Москва. 1986.

  5. Воробьев В.А., Андрианов Р.А. Технология полимеров. Москва. 1980.

  6. İsmayılov Z. İnşaatmaterialları. Bakı 2000

  7. Sərdarov B.S., Quvalov A.A., Ağayeva S.İ. Yapışdırıcımaterillarınkimyəvitexnologiyası. Bakı 2000

  8. Sərdarov B.S., Osmanov N.N., Qurbanova R.A., Ağayeva S.İ. Çətinəriyən, qeyri-metalvəsilikatmateriallarınıntexnologiyasınınəsasları. Bakı 1997

  9. Yusufov İ.M. Betonvədəmir-betonməmulatlarınıntexnologiyası. Bakı 1998

  10. Sərdarov B.S., Həsənzadə Ə.B., Haqverdiyeva T.A. Yığmadəmir-betonmüəssisələrininlayihələndirilməsi. Bakı 2000

  11. Sərdarov B.S., Xəlilov Y.X., Əhmədov M.İ., Xəlilova M.İ. Keramikadivarmateriallarınıntexnologiyası. Bakı 2000

  12. B.S.Sərdarov, T.A.Haqverdiyeva, S.M.Əkbərova. “Yeni inşaat materiallarının alınma texnologiyası” – dərslik, Bakı-2009.


4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)


Yeni inşaat materiallarının alınma texnologiyası” fənni 050601 - “Materialşünaslıq mühəndisliyi” ixtisası üzrəmühəndis texnoloq hazırlığı üçün nəzərdə tutulmuşdur.İnşaat materiallarının istehsalı mühüm və dövlət əhəmiyyətli məsələdir. Tikintinin bütün istiqamətlərində tətbiq və istifadə olunan inşaat materialları müasir dövrün tələblərinə cavab verməlidir. İnşaat materialları istehsalının inkişaf etdirilməsi, xüsusilə sement, oduncaq və metal materiallarına qənaət edilməsi, inşaat materiallarının alınma texnologiyasının təkmilləşdirilməsi, xüsusilə yerli xammal və materiallardan istifadə edilərək yeni inşaat materiallarının alınması texnologiyasının öyrənilməsi kursun əsas məqsəd və vəzifəsidir. Kursun tədrisi iki semestr müddətində aparılacaq və mühazirə, məşğələ, laboratoriya işlərinin və kurs layihəsinin yerinə yetirilməsi nəzərdə tutulur.
5. Fənnin təqvim planı:

  1. Süni məsaməli doldurucular

  2. Polimer inşaat materiallarının istehsal üsulları

  3. Şüşə ərintisi əsasında hazırlanan inşaat materialları

  4. Süxurların əridilməsi ilə alınan tökmə daş materiallar

  5. Mineral yapışdırıcılar əsasında hazırlanan betonlar

  6. Keramika materialları və məmulatları

  7. Klinkersiz yapışdırıcıların alınmasının yeni texnikası

  8. Akustik materialların istehsal texnologiyası

  9. Bitum və qatranlar əsasında yeni inşaat materiallarının alınma texnologiyası

  10. Lak və boyaq materialları



5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Giriş.İnşaat materialları sənayesinin inkişafı haqqında. İstehsal sənayesinin əsas istiqamətləri. Respublikamızda olan effektiv inşaat materialları



2

16.09.16

2

Mövzu№2

Süni məsaməli doldurucular. İstehsal üsulları. Doldurucuların təsnifatı. Süni məsaməli doldurucuların təsnifatı. Keramzit və onun istehsal üsulları



2

23.09.16

3

Mövzu№3

Yerli xammal və texnogen tullantılar əsasında hazırlanan xüsusi yüngül doldurucular. Azərit və onun istehsal texnoloji xüsusiyyətləri



2

26.09.16

4

Mövzu№4

Trasporit və onun istehsal xüsusiyyətləri. Gəncəporit və onun istehsalının texnoloji xüsusiyyətləri



2

30.09.16

5

Mövzu№5

Polimer inşaat materialları. Polimer inşaat materiallarının alınma üsulları. Polimer inşaat materiallarının əsas təsnifatı



2

07.10.16

6

Mövzu№6

Polimer inşaat materiallarının istehsalı zamanı əsas əməliyyatlar. Əsas polimer inşaat materialları və onların istehsal texnologiyası



2

10.10.16

7

Mövzu№7

Polistirol əsasında penoplast istehsalı. Penopolistirolun əsas istehsal üsulları



2

14.10.16

8

Mövzu№8

Bəzək və konstruktiv-bəzək plastik kütlələri. Daxili divar üzlük məmulatlar. Xarici divar üzlük məmulatlar



2

21.10.16

9

Mövzu№9

Mozaik keramik tavacıqlar. Fasad tavacıqları



2

24.10.16

10

Mövzu№10

Şüşə ərintisi əsasında hazırlanan inşaat məmulatları. Şüşə və şüşə məmulatların istehsal üsulları



2

28.10.16

11

Mövzu№11

Memarlıq inşaat şüşə məmulatlarının təsnifatı. Şüşə məmulatları istehsalı zamanı yerinə yetirilən əməliyyatlar



2

04.11.16

12

Mövzu№12

Süni daş materiallar. Süxurların əridilməsi ilə alınan yeni tökmə daş materiallar.Tökmə daş materialları üçün əsas xammallar.



2

07.11.16

13

Mövzu№13

Tökmə daş materialları istehsalı zamanı yerinə yetirilən əməliyyatlar. Tökmə daş materiallarının tətbiq sahələri



2

11.11.16

14

Mövzu№14

Mineral yapışdırıcılar əsasında hazırlanan betonlar. Mineral yapışdırıcılar əsasında betonlar üçün istifadə olunan əsas komponentlər



2

18.11.16

15

Mövzu№15

Beton qarışığının əsas xassələri. Betonun tətbiq sahələri



2

21.11.16

16

Mövzu№16

Beton divar daşları və xırda bloklar. Beton divar daşları və xırda bloklar haqqında ümumi məlumat



2

25.11.16

17

Mövzu№17

Silikat beton məmulatlar. Silikat beton məmulatların istehsalı. Silikat beton məmulatları istehsalı üçün əsas komponentlər



2

02.12.16

18

Mövzu№18

Silikat beton məmulatlarının spesifik xüsusiyyətləri. Silikat betonların təsnifatı və onların istehsal texnologiyası



2

05.12.16

19

Mövzu№19

Keramika və odadavamlı materiallar. Keramika divar materialları istehsalında istifadə olunan xammal və materiallar



2

09.12.16

20

Mövzu№20

Kərpic və keramik daşlar. Kərpic və keramik daşlara olan texniki tələblər



2

16.12.16

21

Mövzu№21

Keramika divar materialları istehsalında istifadə olunan xammal və materiallar. Odadavamlı materialların təsnifatı və əsas tətbiq sahələri



2

16.12.16

22

Mövzu№22

İnşaat keramikasının istehsal üsulları. Üzlük-bəzək keramika materialları. Daxili divar üzlük materiallar



2

19.12.16

23

Mövzu№23

Xarici divar üzlük materiallar. Divar, üzlük materialların istehsalının texnoloji xüsusiyyətləri



2

23.12.16


5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Süni məsaməli doldurucuların keyfiyyətinin öyrənilməsi



4

19.09.16

03.10.16


2

Mövzu№2

Polimer materialların fiziki-mexaniki xassələrinin təyini



4

17.10.16

31.10.16


3

Mövzu№3

Şüşə materialların keyfiyyətinin öyrənilməsi



2

14.11.16

4

Mövzu№4

Silikat beton məmulatların fiziki-mexaniki xassələrinin təyini



2

28.11.16

5

Mövzu№5

Xüsusi təyinatlı betonların fiziki-mexaniki xassələrinin təyini



4

12.12.16

26.12.16


5.3. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1

Mövzu№1

Məsaməli doldurucular. Yerli xammal və texnogen tullantılar əsasında yüngül doldurucular



2

Mövzu№2

Polimer inşaat materialları, alınma üsulları



3

Mövzu№3

Şüşə və şüşə məmulatların istehsalı



4

Mövzu№4

Mineral yapışdırıcılar əsasında betonlar. Beton və dəmir-beton məmulatların istehsal texnologiyası



5

Mövzu№5

Silikat materialların istehsal texnologiyası



6

Mövzu№6

Keramika və odadavamlı materiallar. İstifadə olunan xammal və materiallar. İstehsal texnologiyası



7

Mövzu№7

Keramik divar materialların istehsalı



8

Mövzu№8

Xarici və daxili divar üzlük materialların istehsalının spesifik xüsusiyyətləri




6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal; laborator dərslərin nəticələrinə görə - 30 bal.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

__________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

________________________________________________________________________________________________________________________________________

Mühazirə rəhbəri: ____________ dos. Əkbərova S.M.
Laboratoriya işlərinin rəhbəri: ______________ass. Əzimi M.Z.
_____”______________ 2016-cı il

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə