31. İnsan alveri qurbanlarının fiziki zorakılığa məruz qalması


İnsan alverinin müxtəlif formaları zor tətbiq etmək, istismar etmək, məcburi əmək,cinsi istismar, köləlik və s



Yüklə 243,96 Kb.
səhifə12/16
tarix09.01.2023
ölçüsü243,96 Kb.
#122093
1   ...   8   9   10   11   12   13   14   15   16
insan alveri 31-60

56. İnsan alverinin müxtəlif formaları zor tətbiq etmək, istismar etmək, məcburi əmək,cinsi istismar, köləlik və s.
İstismar dedikdə ən azından başqalarının fahişəlik və ya cinsi istismarın digər formaları, məcburi əmək və ya xidmətlər, quldarlıq və ya buna oxşar praktikalar, qulluqçu kimi saxlama (servitude) və ya orqanların çıxarılması halları başa düşülür.
İnsan alverinin məqsədi qurbanın istismar edilməsidir və o, insan alveri əməlinin əsas ünsürüdür.
İnsan alveri əməli istismar baş verənədək yaranır, bu, insan alverçisinin niyyətidir, insan alveri cinayətinin üçüncü ünsürünü tamamlayan faktiki istismar deyildir, məsələn, insan alveriçisi istismar etmək niyyətindədir.
İstismarın formaları
Məcburi əmək (xidmət) – qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsi
Cinsi istismar – şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi
Köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti – şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətlərin tam və ya qismən həyata keçirilməsi;
İnsan orqanlarının və toxumalarının qanunsuz çıxarılması
Şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması
Qadının surroqat ana kimi istifadə edilməsi
Qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi
BƏT-in cinsi istismar üçün yaşlı insanların alveri ilə bağlı müəyyənləşdirdiyi əməli indikatorlar
İstismar indikatorları
Orta indikatorlar
• Pis yaşayış şəraiti;
• Həddən artıq iş günləri və vaxtı;
• Təhlükəli iş;
• Məvacibin aşağı olması və ya olmaması;
• Əmək qanunlarına və ya imzalanmış müqaviləyə riayət etməmə;
• Sosial müdafiənin olmaması (müqavilə, sosial sığorta və s.);
• Çox pis iş şəraiti;
• Məvacibin təhrif olunması.
Məcburi əmək
Üç əsas ünsür:


  1. Müvafiq şəxs tərəfindən müəyyən formada iş görülməli yaxud xidmət göstərilməlidir.

  2. İş fiziki, psixoloji, maliyyə və ya digər formalarda ola biləcək cəza hədəsi altında görülür.

  3. İş könüllü olaraq görülmür, yəni şəxs ya bu fəaliyyətlə öz istəyi ilə məşğul olmur, ya da məşğul olduqda bildirilən müəyyən müddətdən sonra (Konvensiyada özü deyilir) və ödəniş və ya digər hüquqlardan imtina etmədən işi tərk edə bilmədiyini görür.

Məcburi, yaxud icbari əmək cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmətdir ki, həmin şəxs özü bu iş üçün müraciət etməyib. O, əməkçilərin üzərinə fiziki zorakılıq və ya seksual təcavüz kimi ağır məhrum edilmələri zorla qoymaq istəyi və gücünə malik olan dövlət, yaxud özəl müəssisə və fərdlər tərəfindən əməyə məcbur edilmə yerlərində baş verir. Məcburi əmək özünə insanların hərəkət etməsini məhdudlaşdırmaq; iş yerində qalmağa məcbur etmək üçün əməkçilərin əmək haqqını və ya şəxsiyyəti bildirən sənədlərini özündə saxlamaq; yaxud, fırıldaq gəlməklə əməkçiləri canlarını qurtara bilməyəcək borca salmaq kimi təcrübələri də daxil edir. Məcburi əmək cinayət əməli və əsas insan hüquqlarının pozuntusudur.
Cinsi istismar
Cinsi istismar, əsasən, köləliyə bənzər şəraitdə saxlanan qurbanlara-qadınlara və uşaqlara təsir göstərir. İstismar edilən şəxslər öz insan hüquqlarının, o cümlədən azadlıq hüququnun, insan ləyaqətinin və təhlükəsizliyinin qorunması hüququnun, köləlikdə və ya kölə vəziyyətində saxlanılmamaq hüququnun, qəddar və qeyri-insani rəftara məruz qalmamaq hüququnun, zorakılığa məruz qalmamaq hüququnun və sağlamlığın qorunması hüququnun kəskin şəkildə pozulması halları ilə üzləşirlər.

Cinsi istismara barlarda, masaj otaqlarında, səyyar xidmətlərdə, özəl evlərdə, fahişəxanalarda və qonaq evlərində fahişəlik; pornoqrafiya və məcburi nigah aiddir.


İtaliyada BMqT qadınların istismarının dörd əsas sistemini müəyyənləşdirmişdir.
Alban modeli: məcburetmə və zorakılıq tətbiq olunur.
Nigeriya modeli: borc asılılığı (nəqliyyat, pasport və vizanın alınması xərclərini ödəməklə qurbanların xarici ölkələrə getmələrinə yardım etmə).
Şərqi Avropa modeli: yüksək şəkildə təşkil olunmuş və yüksək hərəkətli, müəyyən edilmiş müqavilə müddəti).
Latın Amerikası modeli: yarı-könüllü və qeyri-tam iş günü.
Köləlik
Köləliyin anlayışı 1926-cı il Köləlik haqqında Konvensiyada aşağıdakı kimi verilir:
“Şəxsin üzərində sahiblik hüquqlarına aid olan səlahiyyətlərdən hər hansı birinin və ya hamısının həyata keçirildiyi vəziyyət və ya şərait”.
Orqanların çıxarılması

Orqanların çıxarılması üçün insan alveri hallarının insan alveri anlayışının əhatə dairəsinə düşdüyünü sübuta yetirmək çətindir.Burada razılıq məsələləri vardır və iddia oluna bilər ki, donorlar öz orqanlarının çıxarılmasına razılıq vermişlər və razılıq həqiqətən verilmişdir və onlar buna görə ödəniş almış ola bilərlər. Qurbanlar bütün fəsadlar və prosesin təsiri barədə tam məlumatlı deyillərsə,demək olar ki, onlar ya buna məcbur edilmişlər, ya da müdafiəsiz vəziyyətdədirlər. Əksər dövlətlər orqanların çıxarılması üçün insan alverini öz insan alveri ilə mübarizə üzrə milli qanunlarına daxil etsələr də, təqiblər hələ də məhduddur.


Dilənçilik
“Dilənçiliyin” qurbanları çox vaxt dilənmək üçün təlim keçmiş uşaqlar olur. Onlar həm cinayətkar şəbəkələr, həm də öz ailələri tərəfindən istismar olunurlar. Uşaqlar 20.000 avroya satılmışlar və onlar ildə 100.000 avrodan çox gəlir gətirə bilərlər. Dilənçilik Aİ dövlətlərində yayılmaqda olan yeni hədələrdən biridir. Müstəqil Dövlətlər Birliyində uşaqlar uşaq evlərindən alınmış və insan alverçilərinə satılmışdır, yaşlı və zəiflər dilənçilik etməyə məcbur edilmişlər və qurbanların daha çox gəlir qazanmaq üçün şikəst edildiyi hallar da vardır.
Məcburi və ya köləcəsinə nikaha girmə
Məcburi və ya köləcəsinə nikaha girmə hər hansı bir beynəlxalq hüquqi sənəddə birbaşa nəzərdə tutulmur. Lakin məcburi nikahın insan alveri olub-olmamasını müəyyənləşdirən faktorlara güc tətbiqi, dələduzluq və məcburetmə (iqtisadi və / və ya cinsi), habelə müdafiəsizlik vəziyyətindən sui-istifadənin mümkünlüyü aiddir. Qurbanların cəlb oluna biləcəyi istismar hallarına köləlik, kölə vəziyyətinə salma, ev köləliyi və / və ya cinsi istismar aiddir.
Məcburi nikah, həmyaşıdları tərəfindən təzyiqə və müdafiəsizlik vəziyyətindən sui-istifadəyə məruz qalan qurbanlarla mədəni adətlərin nəticəsi ola bilər.Qurbanlar çox vaxtı yekun nəticədən xəbərsiz olurlar və məcburi nigah nəticəsində onu alan ailə tərəfindən ev qulluqçuları və cini kölələr kimi istismar olunurlar.
Qanunsuz övladlığa götürmə
Bir sıra dövlətlərdə “qanunsuz övladlığa götürmə” istismarın bir formasıdır. İnsan alverinin bir forması kimi uşaqları qanunsuz övladlığa götürmə bütün dünyada mütəşəkkil cinayətkar qruplar, uşaqların övladlığa götürülməsi ilə məşğul olan özəl şirkətlər və dövlət məmurları üçün yüksək gəlirli bir fəaliyyətə çevrilmişdir. Bu, müəyyən qədər, xüsusilə Avropada və ABŞ-da ölkələrarası övladlığa götürmə üçün tələbatdan irəli gəlir. Qanunsuz övladlığa götürmə tək transmilli səviyyədə deyil, eyni zamanda ölkə hüdudlarında da baş verə bilər. Oğurlama və ya övladlığa verilmə üçün icazələri saxtalaşdırmaqla, cinayətkarlar, qanunvericilik, hüquq-mühafizə, doğum qeydiyyatı və sosial təminat sistemlərindəki çatışmazlıqlardan yararlanırlar.

Yüklə 243,96 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin