31. İnsan alveri qurbanlarının fiziki zorakılığa məruz qalması


İnsan alveri şəxsiyyətin azadlığına qarşı çevrilmiş əməldir



Yüklə 243,96 Kb.
səhifə14/16
tarix09.01.2023
ölçüsü243,96 Kb.
#122093
1   ...   8   9   10   11   12   13   14   15   16
insan alveri 31-60

58. İnsan alveri şəxsiyyətin azadlığına qarşı çevrilmiş əməldir. Cəmiyyətdə şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə yönəlmiş əməllər nəinki təkcə hüquq elminin, eyni zamanda insan, cəmiyyət və onların qarşılıqlı əlaqədə və münasibətlərini öyrənən sosial fəlsəfənin aktual problemidir. Azadlıq problemi insan həyatının mənasıdır. İnsan alveri böyük kapital qoyuluşu tələb etməsi, köləliyin müasir bir növü, insan hüquq və azadlıqlarının pozulması, mütəşəkkil transmilli cinayətkarlığın xüsusi bir formasıdır. “İnsan alveri” dedikdə yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə, oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, ödəniş, mənfəət şəklində rüşvət, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, təhvil verilməsi, alınması və ya qəbul edilməsidir.İstismar ən azı digər şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarın digər formalarını, icbari əməyi və ya xidmətləri, köləliyi, köləliyə bənzər adətləri, asılılıq vəziyyətini və ya orqanların çıxarılmasını nəzərdə tutur. Yeri gəlmişkən onu qeyd etmək lazımdırki, insan alverinin cəmiyyətdə baş verməsi cəmiyyət üzvlərinin hüquq və azadlıqlarının pozulmasından başqa bir şey deyildir. Bu kimi, hallara qarşı mübarizə dövlətin qarşısında duran ən vacib məsələlərindən biridir.
İnsan alveri anlayışı üç tərkib ünsürdən ibarətdir və BMT-nin İnsan Alverinə dair Protokolunun pozulması hallarında bu ünsürlərdən hər biri olmalıdır.
Üç tərkib ünsür aşağıdakılardır:
(a) Əməllər: Şəxsin cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması fəaliyyəti[fəaliyyət – nəyin edildiyidir].
(b) Vasitələr: güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya digər formalarda məcburetmə, oğurlama, dələduzluq, aldatma, səlahiyyətdən və ya zəiflik vəziyyətindən sui-istifadə yolu ilə, yaxud da digər şəxsə nəzarət edən ödəniş və ya mənfəət verməklə və ya almaqla [vasitələr – bunun necə edilməsidir].
(c) İstismarın məqsədi: bura, ən azı, digərlərinin fahişəliyinin istismarı yaxud digər formalarda cinsi istismar, məcburi əmək və ya xidmətlər, köləlik, köləliyə oxşar hallar və orqanların çıxarılması [məqsəd – bunun nə üçün edilməsidir].
İnsan alveri cinayətləri kateqoriyasına, həmçinin, məcburi əmək, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər, fahişəliyə cəlb etmə, yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, əxlaqsızlıq yuvaları saxlama, seksual xarakterli hərəkətlərə məcbur etmə, insan orqanlarının və ya toxumaların alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, köləlik, qanunsuz olaraq övladlığa götürmə, insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma kimi cinayətlər aid edilir.
İnsan alverinin əlamətləri Başqa şəxs üçün maddi baxımdan sərfəli olan fəaliyyət insan alveridir. İnsan alveri – insan hüquqlarının kobud halda pozulmasıdır; İnsan alveri -insan üzərindəki fiziki, psixi zorakılıq və ya hədələr tətbiq etmədir; İnsan alveri – uzunmüddətli əsarətə cəlbetmədir;
İnsan alveri – insanın istismarıdır;
İnsan alveri – sərbəst hərəkətə məhdudiyyətin qoyulmasıdır;
İnsan alveri – yalan və inamdan sui-istifadədir;
İnsan alveri – şəxsə işkəncə vermək, qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan hərəkətlərə yol verməkdir;
İnsan alveri – şəxsdən, onun şəxsiyyətini təsdiq edən sənədlərin əlindən alınıb saxlanılmasıdır;
İnsan alveri – şəxsin şikəst olması və ya həyatı ilə vidalaşmasıdır.

Yüklə 243,96 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin