31. İnsan alveri qurbanlarının fiziki zorakılığa məruz qalması


İnsan alverinə cəmiyyətin müxtəlif qrupdan olan adamların cəlb olunması və tora salınması



Yüklə 243,96 Kb.
səhifə10/16
tarix09.01.2023
ölçüsü243,96 Kb.
#122093
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
insan alveri 31-60

53. İnsan alverinə cəmiyyətin müxtəlif qrupdan olan adamların cəlb olunması və tora salınması
İnsan alverinin qurbanlarını cəmiyyətin müxtəlif qrupları təşkil edirlər. Qurbanlıqlar əsasən qadınlardan, uşaqlardan, yeniyetmələrdən, evsiz-eşiksizlərdən ibarətdir. Onlar çətin həyat şəraitində yaşayırlar. Həmin adamlar çıxış yolunu getməkdə görürlər. İnsan alveri şəxsi tanışlıqlar vasitəsilə
Bu insan alverininən geniş yayılmış formasıdır. İnsan alverçisi şəxsi tanıçlıq yaratmağa çalışır ki, əldə edəcək qurbanı haqqında ətraflı məlumat toplasın. Qurbanı daha böyük gəlirlə satmaqüçün insan alverçisi bilməlidir ki, onun qurbanı aldadıldığını başa düşdükdə müqavimət göstərəcəkmi, hansı narahatlıqlar törədəcəkdir.
İctimai yerlərdə tanışlıq.
Belə yerlə adətən bar, kafe, gecə klubları hesab olunur. İnsan alverçiləri həmin yerdə görüşərkən onlar xaricdə işə düzəltmək imkanındam daşınır, potensial qurbanla tanış olmağa səy göstərir, onun inamını qazanmağa çalışması və s. İnsan alverçiləri əsasən seks sənayesində işləmək üçün qız axtaranda belə edirlər. Gənc oğlan qızı əvvəlcə qonaq edir, onu aparmağı təklif edir, onu əyləndirir, ona borc verir, onun xoşuna gəlməyə çalışır. Qurbanı borcu qaytarmağa məcbur etməmək də olar, onu pulun qiyməti ilə də tora salınmasıdı.İnsan alverçisi ona belə vəd verir ki, “pulun olarsa, yaxşı yaşayarsan”, mənim xaricdə dostum var, onlar sənə yaxşı pul qazandırmağa kömək edə bilərlər. Bu zaman bir qardaşın bacını, ərin arvadını, rəfiqənin ən yaxşı dostunu satması faktlarına rast gəlirik. İnsan alveri olmuş qıza təklif edilir ki, başqa qurbanlar tapsın ki, onun özü azad olunsun.
Kütləvi informasiya vasitələri ilə insan alverinin həyata keçirilməsi yolları.
Qəzetlərdə verilən elanlar – torasalmanın ən asan, uzun müddət fəaliyyət formasdır.
Alverçilər tərəfindən verilən şübhəli elanların aşağıdakı xarakterik cəhətləri vardır.
1.Tez həyata keçirilən xidmətin təklif olunması (“tez iş tapırıq”,”təcili qızlar lazımdır”).
2.Bu qəbildən olan elanların tez-tez təkrar olunması, hər şeyin təcili olunmasının qeyd edilməsi.
3.Etibarlılığa diqqət yetirilməsi, hər şeyin qanun və etibarlı olması haqqında məlumat verilməsi.
4.Anonimliyin saxlanılması, yalnız telefon, mobil telefonun qeyd olunması, çoxlu elektron pulsuz poçtun yaradılması.Anketin göndərilməsi və xidmət haqqının ödənilməsi üçün abonent qutusunun göstərilməsi, konkret ünvanın olmaması özünü göstərir.
5.Yüksək əmək haqqı ilə tora salınması, yaşadığı ölkəyə nisbətən yüksək maaş verilm’si, təhlükənin gizlədilm’si ehtimalının artırması.
6.Verilən bütün suallara “hə”cavabı verilməsi. Alverçi telefon danışığı zamanı qeyd edir ki, “gecələməyə yer var”,”maaş alandan sonra” borcu ödəyə bilər.
7.Təhsilə və potensial vərdişlərə tələbin böyük olmaması, “təhsil vacib deyil”, “yerindəcə təhsil”, “asan mənimsənilən iş”, bu şərtlə qurbanın tora salınması.
8.Görüşlərin barda, kafedə, küçədə təyin edilməsi.
9.Qurbanlarla xarici dilddə danışmağın tələb olunmaması. Xarici dil bilməyənlərin təcrübəçidən asılı olmasıdır.
İnternetdəki elan və tapşırıqlar
İnternetdə də verilən elanlarən mətbuatdakı kimi yayılması. İnsan alverçilərinin internetdə bəzi üstünlüklərinin olmasıdır. Elanın kim tərəfindən verilməsini öyrənmənin çətinlik yaratması, anonimliyin artmasıdır. Valideyinlərin övladlarının kimlə əlaqə qurduqlarını çox vaxt yoxlamaması, tora salmaq istəyənlərin özlərinə yaxşı imic yaratması, ən çox evində problemi olan oğlan və qızların alverə cəlb olunmasının özünü göstərməsidir.
Cəlbetmənin digər vasitələrindən biri agentliklər və müəssisələrdir. Seks ticarətinin bu xidmətin alıcılarının çox olduğu yerdə özünü daha çox göstərməsidir. Buna görə də bar, mehmanxana, restoran, turizm agentliklərini və başqa bu kimi müəssiəsələrin öz qurbanlarını normal görünən işə dəvət etməsidir. Məsələn, ofisiat, qardirobçu, rəqqas və s. İşə cəlb olunmasıdır. Sonra onları fahişəliklə məşğul olmağa razı salmalardır. Həmin müəssisələrin rəhbərləri borc verirlər ki, qız onu qaytara bilmir, ödəməyin yeganə yolu fahişəliklə məşğul olmasıdır.
Cəlbetmə nikah xidməti tərəfindən də aparılır. Bu cür xidmətlər vasitəsilə xarici kişilərlə yerli qadınlar arasında nigah təşkil olunur, qadının kişi ilə görüşməsindən sonra kişi onunla evlənmək əvəzinə qadını seks xidməti göstərən evə satmasıdır.


Yüklə 243,96 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin