3. SSRİ-nin təşkili
SSRİ- nin yaradılması. Vətəndaş müharibəsi başa çatdıqdan sonra bolşeviklər keçmiş Rusiya imperiyasını bərpa etməK xəttini davam etdirirlər. Sovet rejimli respublikaların formal müstəqilliyi əllərindən alındı. Onlar vahid dövlətdə - Sovet Sosialist Respublikalari lttifaqında (SSRİ) birləşdirildilər.
SSRİ yardılmasında 1922 dekabrın 27 də RSFSR Ukrayna SSR Belarusiya SSR və ZSFSR arasında bağlanmış müqavilə mühüm addım oldu. Qeyd edim ki, *Rusiya Sovet Federativ Sosialist Respublikası*-SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biridir. 7 noyabr 1917-ci ildə təşkil olunmuşdur.
*Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası* 12 mart 1922-ci ildən 5 dekabr 1936-cı ilə qədər mövcud olmuş federativ ittifaq respublikasıdır. Tərkibinə Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR daxil olmuşdur.
1922- ci il SSRİ- nin I Sovetlər qurultayı ittifaq dövləti yaratmaq barədə Müqavilə və Bəvannaməni təsdiq etdi. Həmin sənədlərə əsasən respublikaların beynəlxalq nümayəndəlik, müdafiə, sərhədlərə yenidən baxma, dövlət təhlükəsizliyi, xarici ticarət, nəqliyyat, büdcə, rabitə, pul dövriyyəsi kimi səlahiyyətləri mərkəzi orqanlara verildi. Bunlar əslində müttəfiq respublikaların suveren hüquqlarının əlindən alınması, onların SSRİ adı altında Sovet imperiyasının tərkibinə daxil edilməsi demək idi. SSRİ Xalq Komissarları Şurası (hökumət) və Xalq Komissarları (Nazirliklər) 6 iyul 1923-cü ildə yaradıldı. 1924-cü il yanvarın 31-də SSRİ-nin birinci Konstitusiyası qəbul olundu.
SSRİ rəhbərləri
* Vladimir İliç Lenin (1922-1924)
* İosif Stalin (1924-1953)
* Georgi Maksimilianoviç Malenkov (1953-1955)
* Nikita Sergeyeviç Xruşşov (1955-1964)
* Leonid İliç Brejnev (1964-1982)
* Yuri Vladimiroviç Andropov (1982-1984)
* Konstantin Ustinoviç Çernenko (1984-1985)
* Mixail Serqeyeviç Qorbaçov (1985-1991)
Dostları ilə paylaş: |