34. Hansı obyektlərə təbii qazın verilməsi qəti qadağandır?
Dövlət komissiyası və Baş idarələrin müvafiq komissiyası tərəfindən qəbul
olunmamış, həmçinin Dövlət Qaz Nəzarəti İdarəsindən Xüsusi icazə verilməmiş
obyektlərə qazın verilməsi və ya onun avadanlıqlarının istismara buraxılması qəti
qadağandır.
35. Qaz kəmərlərində və onun avadanlıqlarında, hər hansı bir tikinti,
yenidən qurma və təmir işləri başa çatdırılaraq istismara veriləndən sonra
istismar təşkilatı necə gün ərzində lazımi qeydləri aparmalıdır?
Qaz kəmərlərində və onun avadanlıqlarında, hər hansı bir tikinti, yenidənqurma
və təmir işləri başa çatdırılaraq istismara veriləndən sonra 3 gün ərzində, istismar
təşkilatı mövcud qaz avadanlıqlarının texniki pasportlarında görülmüş
dəyişikliklər haqqında lazımi qeydiyyatlar aparmalıdır.
Obyekt istismara qəbul edildikdən sonra tikintiyə aid olan bütün layihə və texniki
icra sənədləri, o cümlədən təsdiq olunmuş qəbul aktının bir nüsxəsi (akta əlavə
olunan sənədlərlə birlikdə) istismarçı təşkilatda (Qaz təchizatı müəssisələrində)
mütləq saxlanılmalıdır.
Dostları ilə paylaş: |