7.6. Strategiyaya uyğun inkişafın əsasları
İdarəetmənin bütün növləri öz aralarında qarşılıqlı əlaqədə olur. İstənilən menecer inzibati funksiyaları yerinə yetirir, heyyətə rəhbərlik edir, öz fəaliyyətinin hədəflərinin və onun nailiyyətinin vasitələrinin seçimində iştirak edir. Kiçik müəssisənin direktoru, xüsusən özü fərdi sahibkar kimi idarəetmə funksiyalarının əksəriyyətini yerinə yetirir. Yalnız şirkətin ölçülərinin artırılması ilə ora müxtəlif əməkdaşlar və ya idarəetmə bölmələri əlavə olunur. Bütün hadisələri biri-birindən ayırmaq və idarəetmənin lazımı metodlarını təhlil etmək əlbəttə məqsədəuyğundur. Lakin yaddan çıxarmaq olmaz ki, şirkət üçün xüsusi idarəetmə metod və vasitələri tətbiq etmək üçün xsusi bacarıqlar lazımdır.
Strateji idarəetmə, şirkətin idarə olunmasının əsasını təşkil edir. Azərbaycanda rəqabət mühütünün daha da inkişaf etməsi ilə bağlı şirkətlərdə işgüzar münasıbətlər sürətlə müsbət istiqamətdə dəyişir. İnformasiya texnalogiyaları, biznesin qloballaşması və bir çox başqa amillər, strateji idarəetmənin əhəmiyyətinin artmasına səbəb olur.
Strateji idarəetmə bizə, şirkətin idarə olunmasının konsepsiyası kimi, baxmağa imkan verir, neçə ki, onu vahid tama uyğun, ümumi sistem mövqelərindən izah etmək lazımdır. Bu baxımdan, bəzim şirkət inkişaf edir və çiçəklənir, başqaları isə durğunluqdan narahat olur və ya müflislik onları aradan şıxarır. Sahibkarlıq fəaliyyəti şərtlərinin qeyri-sabit inkişaf səviyyəsinin olması, strateji idarəetməyə uyğunlaşması müasir ehtiyacdan yaranır.
Strateji idarəetmənin yaranmasının mənbələrinin əsasları çox önəmli məsələ olduğundan xüsusi diqqət tələb edir. "Strategiya" anlayışı strateji idarəetmə nəzəriyyəsinin mərkəzidir. Strategiya sözü çox qədimdir və o yunan mənşəli olmaqla, sərkərdə olmaq üçün elmli olmaq mənasında başa düşülür. Qədim Yunanıstanda sərkərdələrin qiyməti çox yüksək idi. Faktlar onu deməyə əsas verir ki, ən istedadlı və uğurlu sərkərdələr çox böyük əhəmiyyətli ordunun idarəedilməsini düzgün qurmasına verirdiyi önəm, qərarların nə vaxt və düzgün verilməsi, nə vaxt döyüşə daxil olmaq, nə vaxt xalqla danışıqlara getmək çox önəmli istedad hesab edilirdi. Onlar strategiyanın biliklərinə yiyələndiklərindən düzgün qərarlar verə bilirdilər.
Ancaq strategiya anlayışından istifadə qədim yunanların xüsusi müstəsna hüququ deyildi. Bizim eradan əvvəl qədim Çində 221-ci və 480-cı illərin arasında, artıq "Strategiya sənəti" adlı kitab yazılmışdı. Lakin bu kitabın kimə məxsus olması haqda mübahisələr, hələ də davam edir. Kim müəllifdir bir insan və ya bu belə adlandırılan xalq yaradıcılığıdır ki, bu günə qədər bizə gəlib çatmışdır.
Beləliklə, artıq strategiyanın qədim vaxtlarından hansı məna daşıdığı aydın oldu. Strategiyanı bu gün şirkətin və ya insanın optimal davranış norması adlandırmaq olar. Məsələn, Çində yaşamış Sun-szı bizim eradan əvvəl VI-cı əsrdə “Müharibə sənəti” adlı kitabında yazırdı, "Yüzlərlə münaqişələrdə, yüzlərlə qələbələr qazanılar, çətin ki, onlar yüksək bacarığa malikdirlər. Kimlər ki, strategiyadan istifadə edilməsi üçün bilik və bacarığa malikdirlər, başqalarını fəth edirlər, heç onlarla münaqişəyə daxil olmadan".
Bu anlayış o qədər hərtərəflidir ki, ona birmənalı təhlil vermək ifayət qədər çətindir.
1. Strategiya – bu son nəticədə nailiyyətin əldə edilməsi üçün bir vasitəsidir. Həmçinin, belə zamanlarda prosesləri vahid tama çevirməklə, şirkətin bütün hissələrini birləşdirməklə, bütün əsas aspektləri əhatə etmək olar.
2. Strategiya – bu şirkətlərin daha tam şəkildə missiyanı və nəzərdə tutduğu nailiyyətinin həyata keçirilməsini təmin edən uzunmüddətli hərtərəfli bir plandır. Strategiya - hədəfləri və onların əldə olunması nailiyyətinin əsas yollarını belə müəyyən edir, edəcəyi hərəkətlərin vahid istiqamətini müəyyənləşdirir.
3. Strategiya – bu şirkətin güclü və zəif tərəflərinin təhlilinin nəticəsidir. İmkanların müəyyən edilməsi və onun inkişafının maneələrini müəyyən etməklə strategiya, şirkətin və qəbul edilən idarəetmə qərarlarının mümkün hərəkətlərinin sərhədlərini müəyyən edir.
Biznes strategiyanın əsas məqsədi ondan ibarətdir ki, şirkəti indiki vəziyyətindən arzuolunan gələcəyə, indiki rəhbərlik ilə birgə daha yaxşı vəziyyətə aparsın.
Dostları ilə paylaş: |