Cədvəl 4.2
SBV-nin öz sahəsindəki rəqabət mövqeyinin hesablanması
Uğurun əsas amilləri
|
Nisbi çəki
|
Rəqabət gücünün qiyməti
|
Nəticə
|
1.Tədqiqat potensialı (nau-hau)
|
0,3
|
5
|
0,3 · 5 = 1,5
|
2.İstehsal məsrəfləri
|
0,2
|
2
|
0,2 · 2 = 0,4
|
3.Məhsulun keyfiyyəti
|
0,2
|
3
|
0,2 · 3 = 0,6
|
4.Bazar payı
|
0,3
|
1
|
0,3 · 1 = 0,3
|
Rəqabət mövqeyinin qiymətləndirilməsi
|
1,5+0,4+0,6+0,3= 2,8
|
|
|
|
|
Hər bir SBV sahəsinin cəlbediciliyinin və bu sahənin rəqabət mövqelərinin qiymətləndirilməsinin nəticəsini əldə etdikdən sonra SBV-nin mövqeləşdirilmiş matrisi qurulur. Üfüqi xətt üzrə konkret mövqe, şaquli xətt üzrə isə sahənin cəlbediciliyi qeyd edilir. Hər bir ox sahəsi cəlbedicilik dərəcəsini (yüksək, orta, aşağı) vəziyyəti və rəqabət mövqelərini (yaxşı, orta, pis) xarakterizə edən üç bərabər hissəyə bölünür. Matrisin daxilində SBV-nin məhsullar əsasında mövqeyləşdirlməsi zamanı gələcəkdə şirkətin biznesinin inkişaf strategiyasında onların hansı yeri tutmasını göstərən göstəricilər hesablanmış və əsaslandırılmış lazımi qeydlər edilmişdir (matris 4.2).
Matris 4.2
Sahənin cəlbediciliyi
Yaxşı Orta Pis
Uğur
|
Uğur
|
Sual işarəsi
|
Ugur
|
Ortabiznes
|
Məğlubiyyət
|
Gəlirli biznes
|
Məğlubiyyət
|
Məğlubiyyət
| Yüksək
Orta
Zəif
5-1
"Uğur" kvadratlarına düşən SBV-yə (məhsullara) münasibətdə şirkət gərək biznesinin inkişaf strategiyasını tətbiq etsin. Bu biznes cəlbedici sahələrdə yaxşı rəqabət mövqeyinə malikdir və buna görə də, gələcək onlara məxsusdur. "Sual işarəsi" kvadratında olan bizneslərin (məhsulların) yaxşı gələcəyi ola bilər, amma bunun üçün şirkət rəqabətli mövqeyini yaxşılaşdırmaq üzrə böyük səylər göstərməlidir. "Gəlirli biznes" kvadratında olan hər hansı biznes, pul qazanmaq mənbəyidir. Onlar şirkətin normal həyatının qorunması üçün çox vacibdir. Lakin onlar ölə bilər, belə ki, şirkətin yerləşdiyi sahələrin onlar üçün cəlbediciliyi aşağıdır.
"Orta biznes" kvadratına düşən isə SBV-in gələcək taleyi haqqında birmənalı mülahizə yürütməyə imkan vermir. Ona münasibətdə yalnız bütün biznesin portfelinin vəziyyətinin təhlilinin nəticələrinə görə qərar qəbul edilə bilər. Hərçənd, bu irad SBV-yə düşən baxılan üç tip kvadratların birinə xeyli dərəcədə aiddir.
"Məğlubiyyət" kvadratına düşən SBV-yə münasibətdə onun çox böyük arzuolunmaz mövqedə olduğu kimi başa düşmək lazımdır. Şirkətlər üçün, belə vəziyyətdə ciddi mümkün ola bilən mənfi nəticələrin qarşısını almaq məqsədilə kifayət qədər çevik və səmərəli müdaxilə tələb etməsi nəticəsini çıxarmaq lazımdır.
Biznesin inkişafı strategiyası zamanı Makkinzi matrisi biznes portfelinin iyerarxiyasının təhlili üçün yaxşı imkanlar yaranır. Tədqiqatçıların gəldiyi əsas nəticə ondan ibarətdir ki, balanslaşdırılmış portfel öz tərkibində "Uğur" kvadratında yerləşən əsasən biznesə, "sual işarəsi" kvadratında biznesin bir neçə istiqamətində və "Gəlirli biznes" kvadratında olan biznesin istiqamətlərində ciddi və müəyyən sayda imkanlara malik olmalıdır. Onların sayı "uğurlu" biznesin və "sual işarələrinin" saxlanılmasını təmin etmək üçün belə vəziyyətdə kifayət qədər olmalıdır.
Dostları ilə paylaş: |