A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Matris 4.1 "Bazarın artan pay" matrisi



Yüklə 3,11 Mb.
səhifə46/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   42   43   44   45   46   47   48   49   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Matris 4.1
"Bazarın artan pay" matrisi



U lduz



Sual işarəsi




Sağılan inək




İt

Çəkilmiş matrisdə yerləşən oxlardakı "Bazarın artan payı" məhsulun vəziyyətini göstərir. Dairənin diametri bu məhsulun satış həcminə mütənasibdir. Kvadrat matris pul hərəkətinin müxtəlif vəziyyətlərini əks etdirir. Onların bazarda aşağıdakı təsnifatı təqdm olunur:



  • Sual işarəsi - yüksək artım tempi, aşağı bazarın payı. Payı artırmaq üçün məhsulu ulduza çevirə bilən böyük investisiyaların tələbi;

  • Ulduzun - yüksək artım tempi çərçivəsində, bazarın yüksək payı. Maliyyə çətinlikləri ilə üzləşməyinə baxmayaraq məhsul öz mövcudluğunu saxlamaq üçün şirkət kifayət qədər pul verə bilər.

  • Sağılan inək - aşağı artım tempi, yüksək bazarın payı. Sual işarələrinin hazırlanması və ulduzların yetişdirilməsi üçün məhsulun mövcudluğu çoxlu pulların daxil olmasına imkan verir;

  • İt - aşağı artım tempi, bazarın aşağı payı. Məhsula rəhbərlik tərəfindən böyük diqqət və səy tələb edir. Eyni zamanda o, pul və qazanc gətirmir, ya da çox aşağı maliyyə gəliri verir.

"Bazarın artan payı" matrisi vasitəsilə məhsul portfelinin iyerarxiyasının təhlilini apararaq rəhbərlik, onun nə qədər tarazlaşdırılmış olduğuna görə və məhsulların gələcək taleyi barədə (onların istehsalının genişləndirilməsinə başlamaq və ya əksinə istehsalı dayandırmaq və s) müvafiq olaraq məhsulların hər biri üzrə investisiya qoyuluşu haqqında qərar qəbul edə bilər.
Boston məsləhət qrupunun "Bazarın artan payı" matrisi onun işlənməsindən sonra biznesin inkişaf strategiyasının idarə olunması təcrübəsində fəal tətbiq edilir. Lakin yaddan çıxarmaq lazım deyil ki, bu metodun tətbiqi zamanı, çatışmayan cəhətləri ilə bağlı əziyyət çəkilə bilər. Bu zaman xüsusilə, çatışmayan cəhədlərə aşağıdakıları aid etmək olar:

  • Matrisə müəyyən strategiyalar aid edilmir;

  • Bəzi şirkətlər onun konsepsiyasını istifadə edə bilərlər;

  • Əgər artım imkanı yoxdursa, matris mənasını itirir;

  • Mənfəət şirkət üçün çox böyük rol oynayır, nəinki daxil olmuş pul balansı.

İstifadə edə biləcəyimiz digər matris "Sahənin cəlbediciliyi - rəqabətdə mövqey" matrisi adlanır. Biznesin inkişaf portfelinin iyerarxiyasının təhlili geniş tanınan daha bir matrisi "Ümumi Elektrik" şirkətləri üçün MakKinzi məsləhət şirkəti tərəfindən hazırlanmış "Sahənin cəlbediciliyi - rəqabətdə mövqey" matrisi aiddir. Bu matris Boston məsləhət qrupunun "Bazarın artan payı" matrisindən fərqli olaraq daha çətin qurulur.
Matrisin adından göründüyü kimi, koordinat sistemində aparılan Steategiyanın Biznes Vahidinin (SBV) mövqeyləndirilməsində istifadə edilən oxlardan biri strategiyanın biznes vahidlərinin fəaliyyətini göstərən sahənin cəlbediciliyini göstərir. Lakin bu halda matrisdə digər ox - öz sahəsində strategiyanın biznes vahidlərinin rəqabət mövqeyini göstərir. Gəlin bu matrisin necə qurulduğuna baxaq.
Sahənin cəlbediciliyinin dərəcəsini müəyyən etmək üçün aşağıdakıları yerinə yetirmək lazımdır.
1. Sahənin cəlbediciliyini qiymətləndirəcək göstəricilər qurulur. Bu göstəricilər rəqabət intensivliyi, sahələrin mənfəətliliyi, sahələrin artımı, onun ölçüsü, texnoloji sabitliyi və s. ola bilər. Matrisi hazırlayanların özləri sahənin qiymətləndirilməsi zamanı hansı göstəricilərin nəzərə almasını, həm də ayrı-ayrı konkret göstəricilərin seçimi zamanı detallaşdırma dərəcəsinin hansı formada olduğunu müəyyən etmək lazımdır.
2. Matrisi hazırlayanlar şirkət üçün nisbi əhəmiyyətə malik hər bir göstəricini verir. Sahənin cəlbediciliyini qiymətləndirmək nöqteyi - nəzərdən şirkət üçün ən vacib göstəricilərə çöx böyük əhəmiyyət verilir. Müvafiq olaraq daha az vacib olanlara az əhəmiyyət verilir. Hesablaşmaların aparılmasında rahatlıq üçün onlar bərabər bölünür.
3. Qiymətləndirilən sahədə hər bir göstəriciyə şirkət üçün onun cəlbediciliyini müəyyənləşdirən qiymətləndirmə dərəcəsi verilir. Göstəricilərin belə qiymətləndirilməsi şirkətin məqsədlərinə nail olmaq üçün göstəricilərin özündə sahənin xüsusiyyətlərini daşıyan imkanların varlığından nə qədər asılıdırsa, o qədər də asılı olaraq aparılır. Qiymətləndirmə beşballıq şkala üzrə aparılır və burada, 5 - daha cəlbedici, 1 - daha az cəlbedici göstəricilər hesab olunur. Məsələn, əgər şirkət genişlənməyə can atırsa, ancaq sahəsi heç böyümürsə, bu zaman sahənin artım göstəricisi 1 qiyməti alacaq. Bu da şirkət üçün özündə təhlükə daşıdığı deməkdir.
4. Hər bir göstəricinin nisbi əhəmiyyətli qiyməti bu göstəricinin müvafiq cəlbedicilik qiymətinə vurulur və bütün bu hasillər toplanır. Cəmdə sahənin cəlbediciliyinin inteqral qiyməti alınır. Sahənin cəlbediciliyinin maksimum qiyməti 5, minimumu isə 1 ola bilər (cədvəl 4.1).

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin