A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


X FƏSIL. Biznesin inkişafının strateji planı



Yüklə 3,11 Mb.
səhifə140/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   136   137   138   139   140   141   142   143   ...   212
X FƏSIL.

Biznesin inkişafının strateji planı

10.1. Biznesin strateji planlaşdırılmasının

mahiyyəti

"Biznesin strateji planlaşdırılması" termini 1960-1970-ci illərdən iqtisadi termin kimi istifadə olunmağa başlanmışdır. İstehsalat səviyyəsində cari plan­laşdırmanın arasında fərqləri daxil etmək və planlaşdırmanı yüksək səviyyədə həyata keçirmək üçün istifadə edilməyə başlandı. Belə fərqə ehtiyacın yaran­ma­sı dəyişən mühit çərçivəsində şirkətin inkişafının yeni modelinə keçidlə əla­qə­dar olduğundan, səmərəli və möhkəm işin təminatı üçün gərəkli idi. Yeni ya­naş­manın aktuallığı növbəti amillər ilə müəyyən edilir:

- XX əsrin ikinci yarısında qoyulmuş məsələlərin sayı və xarici mühitdə dəyişikliklər dəfələrlə artdı. Onlardan bir çoxunu ənənəvi metodlarla həll etmək mümkün olmurdu.

- Milli iqtisadiyyatların fəaliyyətinin coğrafi çərçivələri genişləndikcə, biznes beynəlxalq xarakter əldə etdi.

- Xarici mühitin qeyri-sabitliyi gücləndi və qəfildən strateji dəyişik­lik­lə­rin ehtimalını yüksəltdi və onlar gözlənilməz oldu.

- Səhv aparılan strateji seçimin nəticələri ağır oldu, səhvlər və təş­kilat­lar­la qarşılaşmamaq üçün proqnozlaşdırma aparıldı və alternativ strategiyalar əsa­sında planlaşdırmalar aparılmağa başlandı.

Strateji planlaşdırma uzunmüddətli olduğundan onun üstünlükləri sonra­dan ortaya çıxdı və şirkətin fəaliyyətinin əsas sahəsi daha həcmli oldu, çünki daxili mühitin elementləri ilə planlaşdırmanın ənənəvi formaları ilə yanaşı strateji planlaşdırmaya əsaslanırdı və növbəti aspektləri özünə daxil edirdi. İqtisadi, siyasi və sosial amillər buraya daxil olduğu üçün alıcıların ehti­yac­ları ödənilməklə elmi-texnologiyalar əsasında rəqabət mühitində dəyişik­lik­lər və s. strateji planlaşdırmada önəmli əhəmiyyət daşıyır. Uzunmüddətli hə­dəf­ləri müəyyən etməklə şirkətlərin cari fəaliyyətləri, şərtlərin təsviri deyil, xarici və daxili mühit çərçivəsində dəyişikliklərin təhlilinin nəticəsi əsasında müəyyən edilməsi vacibdir.

Strateji planlaşdırmanın konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, tez də­yişən şərait və şərtlər şirkətlərin uyğunlaşmasını təmin edən metodların və va­sitələrin kompleksini hazırlamağa şərait yaratmaqla zamana uyğun reaksiya ver­məlidi.

Strateji planlaşdırmanın inkişafı prosesinə imkan verən çoxlu sayda mo­dellər yaradılmışdır ki, strateji təhlillər əsasında məsələlərin həllinə düzgün qərarının verilməsi mümkün olsun. Lakin 80-ci illərdə strateji planlaşdırmanın formal metodları yeni şəraitdə öz mahiyyətini göstərə bildi.

Bunun əsas səbəbləri aşağıdakılardan ibarətdir:

- birincisi, işgüzar mühitin çərçivəsi daxilində qeyri-müəyyənliyin öyrə­nil­məsinin gücləndirilməsidir ki, xarici mühitin dəyişikliklərinin əvvəlcədən söylənilə bilməsi mümkün olsun, çox hadisələr əgər strateji sxemlər biznesin yeni vəziyyətinə uyğun olmadıqda dayandırmaq mümkün olsun;

- ikincisi, nəzəriyyədə və işgüzar həyat təcrübəsində, 80-ci illərdən başlayaraq insan amilinin qiyməti gücləndi. Bu istiqamətdə yeni konsepsiyalar inkişaf etməyə başladı. Mədəniyyət adlandırılan yanaşma populyarlıq qazandı, "şirkətdaxili demokratiya" inkişaf etdirilməyə başlandı. Strateji planlaşdır­manın metodlarının idarə olunması üzrə mütəxəssislərin yeni axını başladı.

Hazırda strateji planlaşdırma idarəetmənin funksiyaları sırasında öz yerini möhkəm tutub, bir çox şeydə o yeni məzmununu əldə edib. Strateji planlaşdırma belə yanaşmanın bazarda icraçılara görə vaxta əsaslanan strateji məsələlərin icrasına tuşlanmış hərəkətlərin təsirinin alqoritmlərinin həyata keçirməsi prosesidir.

Azərbaycanda Sovet dövründə elmi cəhətdən belə yanaşma texniki-iqtisadi proqnozlaşdırma adlanırdı.

Son zamanlar biznesdə və dövlət idarəçiliyində tez-tez bəziləri "strateji planlaşdırma" sözündən istifadə etməyə başladılar. Lakin artıq o dövrdə belə yanaşma bir çox ölkələrin iqtisadiyyatının inkişafının arzuolunan vəziyyətini təmin edirdi və hətta 50 il qabağı proqnozlaşdırmaq mümkün idi. Strateji planlaşdırma əsasında milli ehtiyatların yaxşı istifadəsinin trayektoriyasını planlaşdıraraq hesablama nəticəsində indi arzuolunan istiqamətdə hərəkətin maksimal sürətlənməsi üçün şərait yarada bilər.

Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq strateji plan­laşdırmanın “Əsasları Haqqında", "Azərbaycan Respublikasının strateji plan­laşdırma”sı əsasında istiqamətlərin, üsulların və strategiyaların nailiyyətinin tə­min olunması üçün vasitələrin təyin edilməsi, Azərbaycan Respublikasının da­vamlı inkişafı və milli təhlükəsizliyin təminatı tam anlaşılır. Strateji nailiy­yət­lə­rin əsas üstünlükləri, davamlı inkişafdan və mil­li təhlükəsizliyin təminatından, ictimai-iqtisadi inkişafın prioritetləri daxil ol­maqla strateji milli maraqların həyata keçməsi üçün önəmli əhəmiyyət daşıyır. Strateji cəhətdən planlaşdırma və konsepsiyaların hazırlaması yolu ilə həyata keçirilən layihələr, milli təhlükəsizliyin təminatı məsələlərini nəzərə alaraq davamlı inkişafı təmin edir.

Strateji planlaşdırma - bu strateji idarənin (idarəetmənin) funksiyaların­dan biridir və şirkətin hədəflərinin seçiminin və onların nailiyyətli yollarının pro­sesini təşkil və təklif edir. Strateji planlaşdırma bütün idarəetmə qərarlarının həl­li üçün əsası təminatverici sənəddir. Şirkətin motivasiyası və nəzarət funksi­ya­ları strateji planların hazırlanmasına və daima təkmilləşdirməsinə yönəldil­mə­li­dir.

Strateji planlaşdırmanın üstünlüklərindən istifadə etmədən, şirkətlər bütövlükdə hədəfin qiymətləndirilməsinin dəqiq üsulundan və korporativ müəssisənin istiqamətlərinin müəyyən edilməsindən məhrum edilmiş hesab olunur. Strateji planlaşdırma prosesi şirkətin üzvlərinin düzgün idarə olunması üçün əsas təminat kimi hesab edilir.

Strateji planlaşdırma səhmdarların və şirkətlərin idarə olunmasında düzgün istiqamətdə biznesin inkişafını və sürətini müəyyən etməyə imkan verir. Bu baxımdan, bazarın qlobal tendensiyalarının çevrəsini müəyyən etməyə və anlamağa imkan verdiyindən, şirkətlər təşkilati və struktur dəyişikliklər aparmalıdır. Rəqabətə davam gətirmək məqsədilə üstünlüyü qazanmaq və əldə olan imkanlar vasitəsilə müvəffəqiyyəti daha da inkişaf etdirmək lazımdır.

Son dövrlərdə strateji planlaşdırma böyük beynəlxalq konsernlər əsasında müstəsna hüquqlara malikdir. Lakin sorğuların nəticəsi göstərir ki, daha çox orta biznesin nümayədələrini təmsil edən şirkətlər strateji planlaşdırma ilə məşğul olmağa başlayıb.

Şirkətlərdə strateji planlaşdırma prosesi bir neçə mərhələdən ibarətdir:

1. Missiyanın və təşkilatın hədəflərinin təyin olunması;

2. Məlumatın yığılması və bu məlumatı özündə əks edən mühitin təhlili şirkətin güclü və zəif tərəflərinin təhlili, həmçinin, əldə olan xarici və daxili informasiyaya əsasən potensial imkanlar;

3. Strategiyanın seçilməsi;

4. Strategiyanın həyata keçirilməsi;

5. Qiymətləndirilmə və strategiyanın yerinə yetirilməsinə nəzarət;

Missiyanın və şirkətin hədəflərinin təyin edilməsi, məqsədli funksiya fəl­sə­fəni və onun mövcudluğunun mənasını ifadə edən şirkətin missiyasının qu­rul­masından başlanır.

Missiya – bu konseptual niyyətin müəyyən istiqamətdə hərəkət etməsi de­mək­dir. Adətən, şirkətin statusu detallaşdırılır, onun işinin əsas prinsip­ləri təsvir edilir. Sonra rəhbərliyin həqiqi niyyəti, şirkətin ən əhəmiyyətli və qənaətli xarakteristikalarını təyin etməklə missiya seçilir. Missiya gələcəyə meyli ifadə edir və göstərir ki, şirkətin səyləri bu istiqamətə yönəldəcək və bu zaman hansı dəyərlər daha prioritetli olacaq. Buna görə missiya şirkətin cari vəziyyətindən asılı olmamalıdır, onda maliyyə problemləri əks olunmamalıdır.

Missiya şirkətin yaradılmasının əsas məqsədi kimi qəbul edilməlidir, hər­çənd, gəlirin haradan alınması o qədər də əsas olmadığından şirkətin fəaliy­yə­ti­nin ən əhəmiyyətli amili mənfəətdir.

Hədəf – bu şirkətdə missiyanın konkretləşdirməsinin formasıdır, onun həyata keçrilməsi prosesi idarəetmə üçün mümkündür. Strateji planlaş­dır­manın hədəfinin əsas xarakteristikaları belə nəticələnir:

- müəyyən zaman intervalında dəqiq uyğunlaşma;

- konkret şəraitdə ölçmə qabiliyyəti;

- başqa missiyalarla və resurslarla ziddiyətin olmaması və yekdillik;

- ünvanlı idarəetmə.

Missiyaya və təşkilatın mövcudluğunun hədəflərinə əsaslanaraq biznesin inkişaf strategiyaları qurulur və şirkətin siyasətinin istiqaməti təyin edilir.

Strategiyanın təhlilini bəzən “portfelin təhlili” adlandırırlar (şirkətin di­ver­si­fikasiyaedilmiş təhlili halında) hansı ki, bu strateji planlaşdırmanın əsas ele­men­tidir. Ədəbiyyatlarda qeyd edilir ki, portfelin təhlili strateji idarəetmənin alə­ti rolunda çıxış edir və şirkətin rəhbərliyi ən gəlirli və perspektivli isti­qa­mət­lərə vasitələrin qoyulması hesabına məqsədə nail olmaq üçün öz fəaliyyətini qurur və qiymətləndirir.

Matrislərin ikipilləli qurulması portfelin təhlilinin əsas metodudur. Belə mat­rislərin köməyi ilə istehsalın müqayisəsini aparmaq olur. Bölmələr, pro­ses­lər uyğun olan meyarlar üzrə məhsullar təsnifləşdirilir.

Matrislərin formalaşmasına üç yanaşma mövcuddur:

1. Cədvəllər əsasında yanaşma - dəyişilən parametrlərin qiymətləri bu pa­ra­­metrlərin adının qrafasından uzaqlaşdırılması müddətində artır. Bu halda matris əsasında port­fe­lin təhlili sağ istiqamətində alta sol, yuxarı üst küncdən bucaqdan aparılır.

2. Koordinal formada yanaşma - şəklin dəyişdirilən parametrlərinin qiy­mət­ləri koordinatların kəsişməsinin nöqtəsindən uzaqlaşdırılma müddətində artır. Portfelin təhlili burada sağ istiqamətində yuxarıya üstə, sol alt küncdə bu­caq­dan aparılır.

3. Məntiqi yanaşma - portfelin təhlili sol yuxarıya, yəni üstə, sağ isti­qa­mət­də alt küncdən bucaqdan aparılır.

Belə yanaşma xarici şirkətlərin təcrübəsində geniş istifadə olunur. Ətraf mü­hitin təhlili strateji təhlil əsasında yanaşmanın həyata keçirilməsi vaxtı lazım olur, çünki onun nəticəsində dəyərli informasiyanın alınması mümkün olur və bazarda şirkətin nisbətən sabit inkişaf vəziyyətinin qiymətləndirilməsi üçün zəmin hazırlanır.

Ətraf mühitin strateji cəhətdən təhlili üç əsas təşkil edənin öyrənilməsini tələb edir:

1) xarici mühit;

2) bilavasitə mühit;

3) təşkilatın daxili mühiti.

Xarici mühitin təhlili iqtisadiyyatın, hüquqi cəhətdən nizama salınması və idarəetmənin iqtisadi, siyasi proseslərinin düzgün olması əsasında təbii ehtiyatların səmərəli istifadə olunmasının öyrənilməsi, sosial cəhətdən təmin edilmiş mədəni cəmiyyətin, elmi-texniki və texnologiyaların inkişaf etdirilməsi, infrastrukturun daha da təkmilləşməsi və s. vacib məsələlərdəndir.

Yaddan çıxarmaq lazım deyil ki, mühit növbəti əsas komponentlər üzrə təhlil edilir: alıcılar, təchizatçılar, rəqiblər və iş qüvvəsi bazarı. Daxili mühitin təhlili imkan verir ki, potensial əsasında hədəflərə çatmaq nailiyyəti prosesində rəqabət mübarizəsində şirkət bütün məsələləri nəzərə almalıdı.

Daxili mühit növbəti istiqamətlər üzrə təhlil edilir:

- şirkətin kadr potensialı, ixtisaslaşdırma dərəcəsi, maraqların real olması;

- şirkətin idarə olunmasının təşkili;

- istehsalın təşkili, əməliyyatların texniki - texnoloji cəhətdən xarakteristi­ka­sı və elmi araşdırmaların hazırlanması daxil olmaqla;

- şirkətin maliyyə imkanları;

- marketinq;

- təşkilat mədəniyyəti.

Bundan sonra biznesdə strategiyanın seçimi həyata keçirilir. Strateji seçim şir­kətin qiymətləndirilməsini və bu strategiyanın həyata keçirilməsi üçün ən yax­şı strategiya olmalıdır. Bu zaman inkişafının alternativ istiqamətlərinin formalaş­ma­sını nəzərə alınmaq lazımdır. Proqnozlaşdırmanın miqdar metodlarını daxil edən xüsusi alətlərdən istifadə olunmaqla, gələcək inkişafın senarilərinin hazırlaması üçün portfel təhlilinin aparılmasına başlamaq lazımdır (BKQ matrisi, Makkenzi Matrisi, SWOT-təhlili və s.).

Biznesin inkişaf strategiyası – şirkətin imkanları çərçivəsində vasitələrdən istifadə etməklə, onun missiyasına və fəaliyyətinin formasına aid olan, inkişa­fı­nın uzunmüddətli keyfiyyətlə müəyyən edilmiş istiqamətidir və daxildə münasi­bət­lərin sistemləri, həmçinin, hədəflərinə gətirən ətraf mühitlə münasibətdə mövqelərin inkişafı deməkdir.

Biznesin inkişaf strategiyasını nəzərə alaraq ortaya çıxan məqsədlər:

• sahibkarlığın bu strateji zonasında şirkətin rəqabət mövqeyinə;

• sahibkarlığın strateji zonasının inkişaf perspektivləri;

• texnologiyaları nəzərə alaraq şirkətin malik olduqları.

Biznesin inkişaf strategiyasını həyata keçirmək problemli prosesdir, çünki məhz strategiyanın müvəffəqiyyətlə həyata keçməsi qoyulmuş hədəflərə gətirib çıxarır. Strategiyanın proqrama uyğun həyata keçirilməsinə, büdcənin hazırlan­ma­sı və prosedurların qanunlara uyğun həyata keçirilməsinə, ortamüddətli və qı­samüddətli planlar əsasında baxmaq lazımdır. Biznesin inkişaf strategiyasının müvəffəqiyyətli icrasını əsas təşkil edənlər aşağıdakılardır:

- biznesin inkişaf strategiyasına uyğun planların hədəflərinin icrası işçilərə çatdırılmalı və onların anlamasına nail olmaq üçün şirkət hansı cəhdləri etməli və strategiyanın həyata keçməsi üçün onları hansı prosesə cəlb etməlidir;

- rəhbərlik vaxtında biznesin inkişaf strategiyasının həyata keçməsi üçün lazım olan tədbirlərin daxil edilməsini təmin etməklə, məqsədli yanaşma əsasında strategiyanın həyata keçirilməsinin planını formalaşdırmalıdır;

- biznesin inkişaf strategiyasının həyata keçirilməsi prosesində rəhbərli­yin hər səviyyəsində məsələləri həll etməli, qərar verməli və bunun üçün dəqiq­ləş­di­rilmiş funksiyaları həyata keçirməlidir.

Biznesin inkişaf strategiyasının planlaşdırılması — bu fəaliyyətin təsirinin yığımıdır. Rəhbərlik tərəfindən verilmiş qərarlar əsasında göstərilmiş təşəb­büslər, hədəflərin nailiyyəti üçün nəzərdə tutulmuş spesifik strategiyaların hazırlamasına gətirib çıxara bilər.

Strateji planlaşdırmada idarəetmə funksiyalarının yığımı təqdim edilməli və təsəvvür edilməlidir. Məhz bu baxımdan:

1) ehtiyatların (şirkətlərin yenidən təşkil etmələri formasında) bölgüsü;

2) xarici mühitə (şirkətlərin nümunəsində) uyğunlaşma;

3) daxili koordinasiya;

3. Biznesin inkişaf strategiyasının təşkilinin dərk edilməsi (rəhbərliyə belə lazımdır: keçmiş təcrübənin öyrənilməsi və gələcəyə proqnozlaşdırma).

Biznesin inkişaf strategiyası — bu nəzərdə tutulmuş hərtərəfli icra planıdır və şirkətin missiyasının və onun hədəflərinin nailiyyətinin həyata keçirilməsini təmin edə bilən sənəddir.

Biznesin strateji planlaşdırılmasının əsas məqamları:


  • biznesin inkişaf strategiyası ali rəhbərliklə birgə işlənir;

  • biznesin inkişaf strategiyasının planlaşdırılması, aparılan tədqiqatlarla və faktiki məlumatlarla təsdiqlənmiş olmalıdır;

  • biznesin inkişaf strategiyasının planları elə olmalıdır ki, dəyişikliyə imkan olsun və elastik olmasın;

  • biznesin inkişaf strategiyasının planlaşdırılması gələcəkdə xeyir ver­mə­­lidir və şirkətin müvəffəqiyyətinə imkan yaratmalıdır. Bu halda tədbirlərin hə­yata keçirilməsinə çəkilən xərclər aşağı, mənfəətin ölçüləri sa­hib­ka­rın maraqlarına isə uyğun olmalıdır.

Biznesin inkişaf strategiyasının planlaşdırılması prosesi müasir iqtisa­diy­ya­tın tərkib hissəsi olmaqla, planlaşdırmanın növbəti mərhələləri ilə seçilir:

Şirkətin missiyası — məqsədin mövcudluğunun səbəbi aydın ifadə edil­miş formada şirkətin ümumi, əsas məqsədidir. Missiyanın qısa şəkildə ümumi­ləş­dirilmiş fikirdə sualları məsələlərə əsasən uyğunlaşdırsaq onda belə qənaətə gəl­mək olar:



  • şirkət hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olur?

  • onun işinin prinsiplərini müəyyən edən şirkətin xarici mühiti necədir?

  • şirkətin fəaliyyətinin tipi hansıdır, korporativ ünsiyyətin mədəniyyəti hansı səviyyədədir?

Missiyanın əsas məqsədi müştərilərin ehtiyaclarının tam təmin olunma­sına imkan yaradılması üçün fəaliyyətdir. Missiyanın ətraf mühitlə əlaqəsini qurmaq lazımdır. Şirkətin missiyasının məlumatı onun fəaliyyət sferasını da­ralda bilər, qərarların qəbul olunması üçün alternativləri öyrənməyə və araşdırm­ağa rəhbərliyin imkanlarını məhdudlaşdıra bilər. İstənilən halda gəlirin mövcudluğu vacib şərtidir və o, şirkətin müasir daxili ehtiyacını ödəməlidir.

Şirkətin missiyası iki vacib məsələyə cavab verməlidir və bunlar hansılardır:

1. Kimlər bizim müştərilərimizdir?

2. Müştərilərimizin hansı ehtiyacları var və bu ehtiyacları biz təmin edə bilərikmi?

Rəhbərin xarakteri və arzuları, əlbəttə, şirkətin missiyasına öz izini qoyur.

Biznesin inkişaf strategiyasının hədəfləri, missiya əsasında məhsul istehsal edirlər və ya xidmətlər göstərməyə qərarlar verirlər. Bu istiqamətdə ida­rəetmə qərarlarının qəbul edilməsi sonrakı proses üçün meyar kimi çıxış edir.

Bu zaman hədəflərin xarakteristikaları aşağıdakı kimi olur:


  • konkret ölçülən olması;

  • icranın vaxta uyğun müddətlərə yönəldilməsi;

  • əldə edilə bilən mənfəətin real olması.

Qiymətləndirilmə və xarici mühitin təhlili belə məqamlarda böyük əhə­miy­yət daşıyır. Əlbəttə, şirkətlərdə imkanlar çərçivəsində, təhlükələr əlehinə təh­didlər həyata keçirilməsi zəruridir və rəqabətə təsir edən dəyişiklikləri qiy­mətləndirmək lazımlı məsələlərdəndir. Burada hansı amillər önəmlidir:

- iqtisadi amillər;

- bazar amilləri;

- siyasi amillər və digərləri ola bilər.

Əlbəttə, şirkətin daxili imkanlarını təhlil etmək, güclü və zəif tərəflərini müəy­yən etmək çox önəmlidir. Aparılacaq təhlil zamanı beş funksiyaya diqqət yetir­mək çox önəmlidir və bunlar hansılardır:

- marketinq;

- maliyyə mənbələri;

- istehsal prosesi;

- insan resursları;

- mədəniyyət və korporasiya.

Belə məqamlarda strateji alternativlərin öyrənilməsi ön plana keçir və qeyd etmək lazımdır ki, şirkətin strateji planlaşdırmasının sxemi artıq bağlan­mış­dır. Missiya və başqa mərhələlərin prosedurları dəyişən xarici və daxili mü­hitə uyğun olaraq daim dəyişməsi vacib məsələlərdəndir. Şirkətlərin biznesinin inkişafı üçün əsas strategiyaların aşağıda ümumi formada təhlili aparılmışdır.

Məhdudlaşdırılmış artma strategiyası. Belə strategiyalar yetişmiş sahələrdə tətbiq edilir, təmin olunma zamanı şirkətin indiki vəziyyəti riski aşağı salmaq üçün istifadə olunur.

Artma strategiyası. Əvvəlki dövrün göstəricilərinə əsasən illik əhəmiy­yət­li artımından ibarətdir. Yeni texnologiyaların tətbiqi vasitəsilə əldə edilir, di­versifikasiya əsasında malların çeşidinin genişlənməsi prossesi baş verməklə, yeni oxşar sahələrin və ba­zarların tutması və korporasiyalar əsasında birləşmələr ola bilər.

İxtisar strategiyası.

Bu strategiya, əsasən keçmişdə aşağı səviyyəyə uyğun olaraq qurulur və bu zaman həyata keçirilmə üçün variantlar bunlardır:


  1. Aktivlərin və ehtiyatların satılması;

  2. Bölmələrin satışı;

  3. İxtisarlar, uyğunlaşmanın istiqamətinin dəyişdirilməsi və fəaliyyət dairəsinin azaldılması;

4. Yuxarıda göstərilən strategiyalara uyğunluq və strategiyanın seçilməsi. Yaddan çıxarmaq lazım deyil ki, strategiyaların seçilməsi üçün müxtəlif metodlar mövcuddur.

İstehsalçı üçün Boston Konsaltinq Qrupu (BCG) tərəfindən 1973-cü ildə təklif edilən matrisi geniş yayılmışdır. Onun köməyi ilə sahənin imkanlarını nəzərə alaraq şirkətin və onun istehsal etdiyi məhsula olan təlabatı müəyyən etmək olar (matris 10.1).




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin