Açıq Hökumətin Təşviqinə Dair Hökumət -vətəndaş Cəmiyyəti Dialoqu Platforması Azərbaycan Respublikası Hasilat Sənayesində Şəffaflıq


Hesabatın “HSŞ HESABATINDA ƏHATƏ OLUNACAQ VERGI VƏ GƏLIRLƏR” bölməsi



Yüklə 121,73 Kb.
səhifə7/13
tarix10.01.2022
ölçüsü121,73 Kb.
#110012
1   2   3   4   5   6   7   8   9   10   ...   13
4. Hesabatın “HSŞ HESABATINDA ƏHATƏ OLUNACAQ VERGI VƏ GƏLIRLƏR” bölməsi

Bu bölmə on altbölmədən ibarətdir: 1) Əhəmiyyətli sayılan ödənişlər; 2) Dövlətə edilən ayırmalar, ödənişlər və onların təsviri; 3) Üzləşmə prosesinin nəticələri; 4) Hasilat sənayesinin şirkətləri; 5) Hasilatda dövlət payının satışı və digər natura şəklində gəlirlər; 6) İnfrastruktur təchizi və barter razılaşmaları; 7) Nəqletmə gəlirləri; 8) Sub-milli köçürmələr; 9) Fərdi hesabatlılıq; 10) Məlumatların etibarlılığı, tamlığı və əminlik prosedurları. Qeyd edək ki, bütün bu sahələr üzrə İllik Hesabatlarda məlumatların təqdim edilməsi MHŞT 2016-cı il Standartının 4-cü tələbidir.

Əhəmiyyətli sayılan ödənişlər” altbölməsində öncəki illərdə Çoxtərəfli Qrupda keçirilmiş müzakirə və təhlillərin nəticəsində təsdiq edilmiş gəlir mənbələri bu Hesabatda da əhəmiyyətli sayılmışdır.

Dövlətə edilən ayırmalar, ödənişlər və onların təsviri” altbölməsində də öncəki illərdə Çoxtərəfli Qrupda keçirilmiş müzakirə və təhlillərin nəticəsində təsdiq edilmiş dövlətə edilən ayırmalar və ödənişlər növü bu Hesabatda da əhəmiyyətli sayılmışdır.

Üzləşmə prosesinin nəticələri” altbölməsində dövlətin və şirkətlərin ilkin hesabatlarında müşahidə edilən fərqlər təqdim edilir və səbəbləri izah edilir. Fərqlərə dair ətraflı izahatlar Hesabatın 7.6 altbölməsində əks etdirilib.

Bu altbölmədə Hasilat sənayesində fəaliyyət göstərən bütün şirkətlərin 2016-cı ildə dövlətə nağd pul vəsaitləri şəklində etdiyi bütün gəlir növləri (Neft hasilatı, Qaz hasilatı, Bonuslar, Tranzit haqqları, Akrhesabı ödənişlər, Mənfəət vergisi, Mədən vergisi, ƏDV, Əmlak vergisi, Torpaq vergisi, Qiymət fərqi, sair vergilər) üzrə ödənişlər qeyd edilir. Eyni zamanda, bu altbölmədə Hasilat sənayesində fəaliyyət göstərən bütün şirkətlərin dövlətə natura şəklində etdiyi bütün gəlir növləri (Xam neft, Təbii qaz, Səmt qazı, Qızıl, Gümüş, Qızıl konsentratı, Gümüş konsentratı, Mis konsentratı) üzrə ödənişlər qeyd edilir.

Hasilat sənayesinin şirkətləri” altbölməsində 2016-cı ildə hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər barədə məlumatlar (adı, Hesabatın təqdim edilməsinə məsul şəxs, VÖEN, şirkətin podratçı olduğu HPBS) təqdim edilir.

Hasilatda dövlət payının satışı və digər natura şəklində gəlirlər” altbölməsində dövlət payının kimə, hansı miqdarda satıldığı və nəticədə nəqədər vəsait əldə olunduğu məbləqlər göstərilir.

İnfrastruktur təchizi və barter razılaşmaları” altbölməsində bildirilir ki, bu növ əməliyyatlar 2016-cı ildə olmayıb.

Nəqletmə gəlirləri” altbölməsində 4 boru kəməri (Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri, Qərb İxrac Boru Kəməri, Bakı-Novorossiysk Neft Kəməri) haqqında texniki məlumatlar (boru kəmərinin başlanqıc və son nöqtələri, uzunluğu, operatoru, ötürmə gücü, 2016-cı ildə ixrac həcmi, daşınan maddə) təqdim edilir. Eyni zamanda bu altbölmədə ölkənin tranzitdən əldə etdiyi gəlirləri də əks etdirilir: 1) ARDNF-ə daxil olan gəlirlər; 2) Nəqliyyat sektorunun kəmərlərdən əldə etdiyi gəlirlər və çəkdiyi xərclər.

Bu altbölmədə boru kəmərləri üzrə tariflərin göstərilməsinə ehtiyac duyulur.

Sub-milli köçürmələr” altbölməsində qeyd edilir ki, bu növ köçürmələr Azərbaycanda edilmir.

Fərdi hesabatlılıq” altbölməsində qeyd edilir ki, şirkətlərin fərdi hesabatları Hesabatın 3-cü Əlavəsində əks etdirilir.

Məlumatların etibarlılığı, tamlığı və əminlik prosedurları” altbölməsində dövlətin və şirkətlərin HSŞ çərçivəsində təqdim etdikləri hesabatların etibarlığının təmin edilməsi üsullarında bəhs edilir. Bunlar öncəki il Hesabatında da qeyd edilmişdir. Bu altbölməyə gələcək Hesabatlarda bəzi əlavə məlumatların daxil edilməsi məqsədə uyğun olardı: 1) şirkətlərin keçdikləri beynəlxalq audit barədə məlumatlar (tarix, auditorun adı, auditor rəyinin açıqlandığı mənbə); 2) dövlət qurumlarının Hesablama Palatası tərəfindən auditin nəticələri və açıqlanan rəyin mənbəyi.




Yüklə 121,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin