Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə193/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   189   190   191   192   193   194   195   196   ...   289

QEYB VƏ ONUN SİRRİ


Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdə on ikinci imamın (ə) xüsusiyyətləri kimi, o Həzrətin (ə) uzun müddət qeybdə olması qeyd olunur. Əbdül-Əzim Həsəni imam Məhəmməd Təqidən (ə), o da ata-babalarından, onlar da həzrət Əlidən (ə) belə nəql edirlər: «Bizim Qaimimiz uzun müddət qeybətdə (qeybdə) olacaq. Şiələri görürəm ki, onun qeybəti dövründə otlaq axtaran ac heyvanlar kimi onu axtarır, lakin onu tapmırlar. Agah olun! Onlardan hər kəs öz dinində sabit qalsa və imamlarının qeybətinin uzun çəkdiyi dövrdə qəlbi qəsavətə düçar olmasa, qiyamət günü mənimlə birlikdə, mənim dərəcəmdə olacaqdır. (Sonra buyurdu:) Bizim Qaimimiz qiyam edən zaman onun üzərində heç kəsin beyəti olmayacaqdır (yəni heç bir zalım hökmdar ona hakim olmayacaqdır). Buna görə də məxfi şəkildə dünyaya gələcək və camaatın gözündən qeybə çəkiləcəkdir.»5

İmam Səccad (ə) atasından, o da Əmirəl-möminin Əlidən (ə) belə nəql edir: «Bizim Qaimimizin iki qeybət dövrü vardır. Onlardan biri digərindən daha uzundur. Yalnız güclü yəqinə və düzgün mərifətə malik olanlar onun imaməti barəsində sabit əqidədə qalacaqlar.»6

İmamın qeybə çəkilməsinin sirri aydın olsun deyə, imamların həyat tarixinə qısa bir nəzər salmalıyıq.

Bildiyimiz kimi, Peyğəmbərin (s) vəfatından sonra camaatın əksəriyyəti Əbu Bəkrə, sonra Ömərə, daha sonra Osmana beyət etdilər. Osmanın hakimiyyətinin axırlarında yersiz ayrı-seçkilikdən yaranan çoxlu iğtişaşlar nəticəsində camaat qiyam edərək onu qətlə yetirdi və daha sonra Əliyə (ə) beyət etdilər.

Həzrət Əlinin (ə) Allah tərəfindən və Peyğəmbərin (s) vasitəsilə seçilən bir xəlifə olmasına baxmayaraq üç xəlifənin hakimiyyəti dövründə bünövrəsi yenicə qurulmuş İslam cəmiyyətinin məsləhətinə riayət etmək və onu qoruyub-saxlamaq üçün sükut etdi və höccətin tamam edilməsi halları istisna olmaqla heç bir söz demədi. Eyni halda bu dövrlərdə İslamın və müsəlmanların xeyrinə, mənfəətinə olan tədbirləri əsirgəmədi. Amma özünün bir neçə illik hakimiyyəti dövrünü Cəməl səhabələri, Müaviyə və xəvariclə aparılan müharibələrdə keçirdi və axırda da xəvaricdən olan bir nəfərin əli ilə şəhid edildi.

İmam Həsən Müctəba (ə) da Müaviyənin ilə zəhərləndirilib şəhid edildi. Müaviyənin ölümündən sonra oğlu Yezid Üməyyə səltənətini ələ keçirdi, halbuki o, İslamın zahiri göstərişlərinə belə əhəmiyyət vermirdi. Bu da İslamdan hətta ad və nişanə belə qalmaması ilə nəticələnə bilərdi. Buna görə də imam Hüseyn (ə) qiyam etməkdən başqa bir çıxış yolu görmədi. O özünün şəhadəti ilə müsəlmanları uzun qəflət yuxusundan ayıltdı və İslamı məhvolma təhlükəsindən xilas etdi. Lakin islami ədalət hökumətinin təşkil olunması üçün ictimai şərait hələ də mövcud deyildi. Buna görə də digər imamlar (ə) islami hökmlər, maarif və əqidələrin əsaslarını möhkəmləndirməyə, istedadlı insanları tərbiyə etmək, onlara ali-insani keyfiyyətləri aşılamaq üçün çalışdılar və camaatı mövcud şəraitin icazə verdiyi qədər gizli şəkildə zalımlara qarşı mübarizəyə çağırdılar, onları ümumdünya səviyyəsində ilahi bir hökumətin qurulacağına ümidvar edirdilər. İmamların (ə) hər biri digərindən sonra şəhid edilirdi.

İmamlar (ə) iki əsr yarım müddət ərzində son dərəcə ağır təzyiqlərə, çətinliklərə və fiziki-mənəvi işgəncələrə sinə gərərək İslamın həqiqətlərini camaata bəyan edirdilər: onların bəzilərini ümumi şəkildə, bəzilərini isə xüsusi şəkildə özlərinin xas səhabələrinə və şiələrinə təlim verirdilər. Beləliklə, İslam maarifi özünün müxtəlif yönləri ilə cəmiyyətdə genişlənib yayıldı və bu, həzrət Məhəmmədin (s) şəriətinin qalmasına zəmanət verdi. Bunu da qeyd edək ki, İslam ölkələrinin bəzi yerlərində müəyyən qruplar zalım hakimlərə qarşı qiyam edir və heç olmazsa onların zülmlərinin qarşısını müəyyən qədər alırdılar.

Amma zalım hakimləri vəhşətə salan və iztirabını şiddətləndirən əsas məsələ həzrət Məhdinin (ə) zühur vədəsi idi ki, bu da onların bütün varlıqlarını təhdid edirdi. Buna görə də imam Həsən Əskərinin (ə) müasirləri olan zalım hakimlər o Həzrəti (ə) ciddi nəzarət altında saxlayırdılar ki, əgər onun (ə) yeganə övladı dünyaya gələrsə onu qətlə yetirsinlər. (O Həzrətin (ə) özünü də cavan yaşlarında şəhid etmişdilər.) Amma Mütəal Allahın qaçılmaz iradəsi belə olmuşdu ki, həzrət Məhdi (ə) dünyaya gəlsin və bəşər cəmiyyətlərinin qurtuluşu və xilaskarlığı üçün ehtiyat saxlansın. Məhz buna görə də atasının sağlığında beş yaşına qədər xas şiələrdən başqa heç kəs onu ziyarət edə bilmirdi. Atasının vəfatından sonra İmam (ə) dörd nəfər naibin vasitəsilə camaatla əlaqə saxlayırdı.1 Onlardan biri digərindən sonra iftixarlı naiblik məqamına seçildi. Bu dövr “kiçik qeybət dövrü” “qeybəti-suğra” adlanır. Bundan sonra naməlum müddətə qədər “qeybəti-kübra” başlanır. Bəşər cəmiyyətləri ümumdünya səviyyəsində ilahi bir hökuməti qəbul etmək üçün hazır olacaqları bir dövrdə Allahın əmri ilə zühur edəcəkdir.

Deməli, o Həzrətin (ə) qeybdə olmasının əsas sirri bundan ibarətdir ki, zalımların şərindən amanda qalsın. Rəvayətlərdə digər hikmətlərə də işarə olunur və buyurulur ki, onlardan biri insanların imtahana çəkilməsi, höccət tamam olduqdan sonra öz imanlarında nə dərəcədə sabit qalmalarını sınamaqdır.

Əlbəttə, qeybət dövründə də camaat o Həzrətin (ə) xeyir-bərəkətindən ümumi şəkildə istifadə edirlər. Başqa sözlə desək, rəvayətlərdə də qeyd olunduğu kimi, camaatın o Həzrətdən (ə) bəhrələnməsi buludlu havada insanların günəşdən istifadə etməsi kimidir.2 Belə ki, çoxları tanınmaz surətdə olsa belə, o Həzrəti (ə) ziyarət etmiş, özlərinin maddi-mənəvi çətinliklərini o Həzrətin (ə) əli ilə həll etmişlər. Əsas etibarı ilə o Həzrətin (ə) həyatı insanların ümidvar olmasında ən mühüm amildir ki, özlərini islah edərək zühura hazırlaşsınlar.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin