Ајәтуллаһ Мисбаһ Јәзди


QURANIN MƏAD MƏSƏLƏSİNƏ CİDDİ DİQQƏT YETİRMƏSİ



Yüklə 2,8 Mb.
səhifə197/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   193   194   195   196   197   198   199   200   ...   289

QURANIN MƏAD MƏSƏLƏSİNƏ CİDDİ DİQQƏT YETİRMƏSİ


Quran ayələrinin üçdə-birindən çoxu əbədi həyat olan axirət aləmi ilə əlaqədardır. Bu ayələrdən bir neçəsində axirət aləminin varlığına iman gətirmək təkid olunur,1 başqa ayələrdə isə onun inkar edilməsinin ağır və acınacaqlı nəticələri xatırladılır.2 Üçüncü qism ayələr əbədi nemətlərdən,3 dördüncü dəstədən olan ayələr isə əbədi əzablardan söz açır.1 Həmçinin çoxlu ayələrdə insanın yaxşı və pis əməlləri ilə bunların axirət nəticələri arasındakı əlaqə qeyd olunur. Qiyamətin olacağı və zərurəti müxtəlif yollarla təkid edilir. Bunu inkar edənlərin şübhələrinə cavab verilir. Çünki insanın yoldan azması və yaramaz işlərə qurşanması ya qiyamətin inkar ediməsindən, ya da unudulmasından irəli gəlir.2

Quran ayələrinə diqqət yetirməklə məlum olur ki, peyğəmbərlərin sözlərinin və onların insanlarla apardığı mübahisələrin ən ümdəsi məad məsələsinə aid olmuşdur. Hətta bunu da demək olar ki, onların bu məsələni isbat etmək üçün göstərdikləri səylər tövhidi isbat etmək üçün göstərdiyi səylərdən qat-qat artıq olmuşdur. Çünki camaatın əksəriyyəti məadı qəbul etmək üçün daha artıq əks-reaksiya göstərir. Səbəbini də iki amildə xülasələndirmək olar. Birincisi, hiss olunmayan qeybi işlərin inkar olunması, digəri isə məad məsələsi, yəni insanların cavabdehlik daşımamağa və məsuliyyətsizliyə olan meylləridir. Çünki qeyd olunduğu kimi, qiyamətə və hesab-kitaba etiqad bəsləmək məsuliyyət hissi keçirməyi, əməl və rəftarlarda müəyyən məhdudiyyətlərin qəbul olunmasını tələb edir, zülm, təcavüz, fəsad və günahdan çəkinmə də müsbət təsir göstərir. Onun inkar olunması ilə isə həvəsbazlar, şəhvətpərəstlər və özbaşınaçılıq edənlər üçün yollar açılır.

Qurani-kərim buna işarə edərək buyurur:

Yoxsa insan onun sümüklərini (çürüyüb aradan getdikdən sonra) bir yerə toplamayacağımızı zənn edir? Əlbəttə (bu işi görəcəyik), halbuki onların barmaqlarının bəndlərini belə (əvvəldə olduğu kimi) vücuda gətirməyə qadirik. Xeyr, insan öz qarşısında olan maneələri aradan qaldırmaq (açıq-saçıq olmaq) istəyir.»3

Məadın qəbul edilməsindən imtina etmək ruhiyyəsini öz danışıq və yazılarında Quranın məad barəsində işlətdiyi “qiyamət” və “sonrakı gün” və s. kimi təbirləri bu dünyanın varlıqlarına, millətlərin dirçəlişinə, sinifsiz və ədalətli bir cəmiyyət təşkil etməyə, yer üzündə olan behişt mənasına yozmaq istəyən şəxslərdə görmək olar ki, axirət aləmini və onunla əlaqədar olan məfhumları şərti məfhumlar və əfsanələr kimi qələmə vermək istəyirlər.4

Quran belə adamları “insandan olan şeytanlar” və “peyğəmbərlərin düşmənləri” kimi qeyd edir. Belə ki, onlar zahiri gözəl olan aldadıcı və bəzədilmiş söz-söhbətlərlə qəlbləri yoldan azdırır, camaatı imandan, düzgün etiqaddan və ilahi hökmlərə vəfadar qalmaqdan saxlayır:

Beləliklə, hər peyğəmbər üçün insanlardan və cinlərdən olan şeytanlar qərar verdik ki, camaatı aldatmaq üçün bir-birinə bəzədilmiş sözlər ilham edərlər. Əgər Allah istəsəydi (məcburi olaraq onların qarşısını alardı və), onlar belə işlər görməzdilər (lakin Allahın istəyi bu olmuşdur ki, insanlar yaxşı və pis işləri seçməkdə azad olsunlar). Belə isə onları, öz yalanları ilə birlikdə boşla. (Şeytanlar bu işi görürdülər ki,) axirətə iman gətirənlərin qəlbləri onların bəzədilmiş sözlərinə uysun və onları bəyənsinlər, (nəticədə) istədikləri şeylərə mürtəkib olsunlar.»5

Nəticə:


Hər kəs şəxsi həyatında onu həqiqi kamala və səadətə çatdıra biləcək bir yolu seçib «onun həyatı ölümlə sona çatırmı, yoxsa ondan sonra digər bir həyat da vardır?» -deyə fikirləşməlidir. Görəsən bu dünyadan başqa bir dünyaya nəqlolunma, bir şəhərdən başqa bir şəhərə getmək kimidirmi ki, həmin yerdə yaşayış vəsaitlərini tədarük görmək mümkün olsun, yoxsa bu dünya həyatı axirət aləmindəki yaxşı və ya pis həyatın müqəddiməsidir və bu dünyada işləri görüb onların son nəticələrini orada əldə etmək lazımdır? Bu kimi məsələlər həll olunmayınca yol və həyat tərzinin, eləcə də proqramların ayırd edilməsinə növbə çatmır. Çünki səfərdə məqsəd məlum olmayınca oraya gedən yolun ayırd edilməsi də mümkün deyildir.

Bunu da qeyd etməliyik ki, belə bir həyatın varlığı ehtimalı nə qədər zəif olsa belə, ağıllı və ayıq bir insanı onun barəsində tədiqat aparmağa vadar edir. Çünki ehtimal edilən şeylərin miqdarı sonsuzdur.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin