Ајәтуллаһ Мисбаһ Јәзди


MƏADIN İNKAR EDİLMƏSİ BARƏDƏ HEÇ BİR QƏTİ DƏLİL YOXDUR



Yüklə 2,8 Mb.
səhifə210/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   206   207   208   209   210   211   212   213   ...   289

MƏADIN İNKAR EDİLMƏSİ BARƏDƏ HEÇ BİR QƏTİ DƏLİL YOXDUR


Quranın batil əqidə sahibləri ilə apardığı mübahisə üsullarından biri budur ki, onlardan dəlil gətirmələrini tələb edir ki, onların əqidələrinin əqli və məntiqi əsasda olmaması aşkara çıxsın. Belə ki, bir neçə ayədə «De: öz dəlillərinizi gətirin!» deyə buyurulur.1

Buna oxşar bəzi ayələrdə buyurulur ki, düzgün olmayan bu əqidə sahiblərinin elmi, real gerçəkliklə müvafiq və dəlil əsasında olan etiqadları yoxdur. Onlar sadəcə olaraq zənn, dəlilsiz gümanlar və həqiqətlə uyğun olmayan şeylərlə kifayətlənirlər.2

Məadı inkar edənlərin barəsində belə buyurulur:

«(Kafirlər) deyirlər: Bu dünya həyatından başqa heç bir həyat yoxdur; ölürük və dirilirik; bizi öldürən ancaq dəhrdir. Bu barədə onların heç bir bilikləri yoxdur. Onlar ancaq zənnə qapılırlar.»3

Başqa ayələrdə məadın inkar edilməsi dəlilsiz söz və düzgün olmayan bir gümandan ibarət olduğu bildirilir.4 Əlbəttə, dəlilsiz gümanların həvayi-nəfsə müvafiq olduğu halda həvayi-nəfsə pərəstiş edənlərin tərəfindən qəbul olunması mümkündür.5 Və onlarla münasib olan rəftarlar, günahlara düçar olmaq nəticəsində tədricən olaraq qəti etiqada çevrilir.1 Hətta bəzi şəxslər belə batil etiqadların haqq olması barədə israr da edirlər.2

Qurani-kərim məadı inkar edənlərin sözlərinin və dəlillərinin əksər hallarda öz nəzərlərində çox qəribə və qəbul olunmayacaq dərəcədə məntiqsiz olduğunu bildirir və bəzən də məad barəsində olan zəif şübhələrə işarə edir.3 Buna görə də bir tərəfdən məada oxşar hadisələri xatırladır ki, onların nəzərində çox da qəribə və qəbul edilməyi qeyri-mümkün görsənməsin.4 Digər tərəfdən isə şübhələrə uyğun cavablar verir ki, heç bir şəkk-şübhəyə yer qalmasın və məadın baş verməsinin mümkünlüyü tamamilə sübuta yetsin. Lakin bu qədərlə də kifayətlənmir, bu ilahi vədənin labüd olmasına, eləcə də vəhy vasitəsilə höccətin insanlara tamamlanmasından əlavə, məadın zərurəti barəsində əqli bürhanlara da işarə edir. Bu da gələn dərslərdə qeyd olunacaqdır.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin