Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə137/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   133   134   135   136   137   138   139   140   ...   289

İLAHİ XARİQÜLADƏ İŞLƏR


Xariqüladə işləri iki ümumi bölmədə təsnif etmək olar: Onlardan birincisinin adi səbəb və amillərə malik olmamağına baxmayaraq onların qeyri-adi səbəbləri müəyyən qədər bəşərin ixtiyarındadır və xüsusi təlimlər və məşqlərlə onları əldə edə bilər. Murtazların işləri bunlara misal ola bilər. Digər bir qismi isə elə xariqüladə işlərdir ki, onlar yalnız Allahın xüsusi izni ilə həyata keçə bilər, onların ixtiyarı da Allahla əlaqəsi olmayan insanlara həvalə edilmir. Buna görə də belə işlər iki əsas xüsusiyyətə malikdir:

1.Bu kimi işlər öyrənməli və öyrədilməli deyildir. 2.Daha güclü qüvvələrin təsirinə məruz qalmır və başqa amillər tərəfindən məğlub edilmir.

Bu cür xariqüladə işlər Allahın seçilmiş və heç vaxt yollarını azmayan və həvayi-nəfsə uymayan bəndələrinə məxsusdur. Lakin təkcə peyğəmbərlərə də məxsus deyil. Bəzən başqa ilahi övliyalar da onlardan istifadə edirlər. Buna görə də kəlam istilahında onların hamısını möcüzə adlandırmırlar. Adətən peyğəmbərlərdən başqaları tərəfindən həyata keçən bu cür görünən işləri kəramət adlandırırlar. Eləcə də qeyri-adi ilahi elmlər də nübüvvət vəhyi ilə xülasələnmir. Bəzən belə elmlər başqalarına da verilir. Bunlar ilham, təhdis və s. adlanır.

Eləcə də ilahi və qeyri-ilahi olan iki xariqüladə işin ayırd edilməsi də məlum olur. Yəni əgər xariqüladə işin görülməsi öyrənib-öyrədilmək xüsusiyyətinə malik olsa, yaxud başqa bir fail onun qarşısını ala bilsə, yaxud davam etməsini dayandırıb onun təsirini aradan qaldırsa, o zaman bu, ilahi xariqüladə iş sayılmayacaqdır. Bu kimi hallarda şəxsin əqidə və əxlaq pozğunluğunu, şəxsi mənafe güdməsini onun Allahla əlaqədə olmamasının, işlərinin nəfsani və şeytani olması kimi başa düşmək olar.

Burada digər bir məsələni də qeyd etmək yerinə düşərdi. İlahi xariqüladə işlərin failini Allah olduğunu (bütün məxluqata, o cümlədən adi hadisə və varlıqlara qarşı failiyyətindən əlavə) hesab etmək olar. Çünki onların vücuda gəlməsi Allahın xüsusi izn və icazəsinə bağlıdır.1 Onları mələk və peyğəmbərlərə də aid etmək olar. Çünki onlar vasitə, yaxud yaxın fail ünvanına malikdirlər. Qurani-kərim ölülərin dirildilməsini, xəstələrə şəfa verilməsini, quş xəlq edilməsini həzrət İsaya (ə) verilən möcüzə olduğunu bildirmişdir.2 Bu iki nisbət arasında heç bir təzad yoxdur. Çünki bəndələrin failiyyətinin arxasında Allahın failiyyəti durur.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin