QURANDA XATƏMİYYƏTƏ DAİR DƏLİL
İslamın zəruri və danılmaz məsələlərindən biri də peyğəmbərlər silsiləsinin İslam Peyğəmbəri (s) vasitəsilə sona yetməsidir. Yəni ondan sonra heç bir peyğəmbər gəlməmiş və gələcəkdə də gəlməyəcəkdir. Hətta islama yad olanlar da bu məsələnin hər müsəlmanın etiqad bəsləməli olduğu İslam etiqadlarından biri olduğunu bilirlər. Buna görə də dinin başqa zəruri etiqadları kimi heç bir dəlilə ehtiyacı olmayacaqdır. Eyni halda bu mətləbi həm Quran ayələri, həm də mütəvatir hədislərdən istifadə edərək isbat etmək olar.
Qurani-kərimdə buyurulur:
“Məhəmməd (s) aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur.»1
Bu ayə tam aşkar şəkildə Peyğəmbəri-Əkrəmi (s) bütün peyğəmbərlərin sonuncusu kimi təqdim edir. İslam düşmənlərindən bəziləri bu ayənin Peyğəmbərin (s) xatəmiyyəti ilə bağlı olmasına dair iki irad tutmuşlar:
Birincisi: “Xatəm kəlməsi üzük mənasında da işlənir, ola bilsin ki, ayədə üzük mənası nəzərdə tutulmuşdur” – deyirlər.
İkincisi: “Xatəm sözü özünün məşhur mənasına götürülsə belə, ayənin mənası bu ola bilər ki, nəbilər silsiləsi o Həzrətin (s) vasitəsilə sona çatır, amma bu, rəsullar silsiləsinin sona çatmasına dəlalət etmir” - deyə bildirirlər.
Birinci iradın cavabı budur ki, “xatəm” kəlməsi bir şeyin xətm edilməsi, sona çatdırılması vasitəsinə deyilir. Üzüyə də (qədimdə) məhz ona görə xatəm deyirdilər ki, onun vasitəsilə məktubu və s. kimi şeyləri sona çatdırıb möhürləyirmişlər.
İkinci sualın cavabı bundan ibarətdir ki, risalət məqamına malik olan hər peyğəmbər nübüvvət məqamına da malikdir. Nəbilər silsiləsinin sona çatması elə rəsullar silsiləsinin də sona çatması deməkdir. Bu əvvəllər də qeyd olunmuşdur.1 Məfhum cəhətindən nəbinin rəsuldan ümumi olmasına baxmayaraq, işlənmə cəhətində nəbi rəsuldan daha ümumidir.
Dostları ilə paylaş: |