Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə270/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   266   267   268   269   270   271   272   273   ...   289

ƏQLİ DƏLİL


İnsan fitri olaraq sonsuz kamal istəyir. Elm və qüdrət də onun nümayəndələrindəndir. Öz ardınca sonsuz ləzzətlər və əbədi səadət gətirən belə bir kamal insana o zaman müyəssər ola bilər ki, elm, və qüdrətin sonsuz mənbəyi olan Kamali-Mütləq ilə, yəni Allah-taala ilə əlaqə qursun. “Qürb” adlanan kamal da məhz bu əlaqədir.2

İnsanın yaradılışında əsas məqsəd kimi nəzərdə tutulan kamal Mütəal Allahın dərgahına yaxınlıq və Onunla əlaqə sayəsində hasil olur. Bu kamalın ən aşağı mərtəbəsinə, yəni imanın ən zəif mərtəbəsinə malik olmayan bir insan hələ meyvə verməyən, nübarı da ələ gəlməyən bir ağaca bənzəyir. Belə ağac isə xəstəlik nəticəsində meyvə vermək qabiliyyətini əldən verərsə səmərəsiz və meyvəsiz ağaclardan da alçaq səviyyəli olacaqdır.

Deməli, imanın insanın əbədi səadət və kamalındakı rolu buna görə mühüm əhəmiyyət kəsb edir ki, insan ruhunun əsl xüsusiyyətləri və səciyyələri Mütəal Allahla agahlıq və ixtiyar üzündən olan əlaqə ilədir və bu əlaqə olmadıqda insan özünə layiq olan kamaldan və onun əsərlərindən məhrum olacaqdır. Başqa sözlə desək, onun insaniyyəti feliyyət mərhələsinə çatmayacaqdır. Halbuki, düzgün olmayan seçim nəticəsində belə yüksək istedadları məhv edib aradan aparsa özünə qarşı ən böyük zülmü rəva görmüş olar və əbədi cəzaya layiq görülər. Qurani-kərim belə insanlar haqqında buyurur:

Həqiqətən Allah yanında canlıların ən pisi küfr edərək iman gətirməyən kimsələrdir.”1

Bir sözlə, iman insanın kamal və səadətə doğru irəliləməsinə, küfr isə onun süqut edərək bədbəxtçiliyə düşməsinə səbəb olur və təbiidir ki, bunlardan axıra hansı biri qalsa, insanın müqəddəratını da o həll edəcəkdir.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin