Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə277/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   273   274   275   276   277   278   279   280   ...   289

SAVABIN ARTIRILMASI


Mütəal Allahın səadət yolunu seçmək istəyənlər üçün mükafatlandırılmaqdan ötrü nəzərdə tutduğu ilkin məziyyət və üstünlük bundan ibarətdir ki, onlara əməlləri qədərində deyil, əməllərindən artıq mükafat verir. Bu mətləb Quran ayələrində aşkar şəkildə qeyd edilmişdir. “Nəml” surəsinin 89-cu ayəsində belə buyurulur:

«Hər kəs yaxşı iş görsə, ondan daha yaxşısını ona verəcəklər.»

“Şura” surəsinin 23-cü ayəsində buyurulur:



«Hər kəs yaxşı iş görsə, onun yaxşılığını artırarıq.»

“Yunis” surəsinin 26-cı ayəsində buyurulur:



«Yaxşı iş görənlər üçün yaxşı iş və ondan artığı da vardır.»

“Nisa” surəsinin 40-cı ayəsində buyurulur:



«Həqiqətən, Allah zərrə qədər də zülm etməz. Əgər bu, yaxşı iş olsa, onun əvəzini bir neçə qat artırar və Öz yanında (buna) böyük mükafat verər.»

“Ənam” surəsinin 160-cı ayəsində buyurulur:



«Hər kəs yaxşı iş görsə, onqat savab alacaqdır, hər kəs pis iş görsə, onun mislindən başqa şeylə cəzalandırılmaz və ona zülm olunmaz.»

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin