Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə91/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   87   88   89   90   91   92   93   94   ...   289

SUALLAR


1.Tövhidin lüğəvi və istilahdakı mənalarını bəyan edin.

2.Sifətdə tövhidin dəlili nədir?

3.Fellərdəki tövhidi necə isbat etmək olar?

4.Müstəqil təsirdə yeganəlik mənasına olan tövhidi izah edin.

5.Tövhidin son iki qismindən alınan nəticələr hansılardır?

6.Allah övliyalarına təvəssül etməyin tövhidlə ziddiyyəti varmı? Niyə?

7.Allahın təvəssül etməyə əmr etməsinin hikməti nədir?

ON SƏKKİZİNCİ DƏRS

CƏBR VƏ İXTİYAR

Müqəddimə

İxtiyarın izahı

Cəbrə inananların şübhələrinin dəf edilməsi


MÜQƏDDİMƏ


Əvvəlki dərsdə qeyd olunduğu kimi, tövhid insanların ruhi cəhətdən tərbiyə olunmasına müstəqil surətdə təsir göstərən son dərəcə dəyərli olan bir maarifdir. Buna görə də Qurani-kərimdə bu məsələyə çox təkid olunmuş, müxtəlif bəyanlarla onun düzgün dərk olunmasına şərait yaradılmışdır. Onlardan biri də hər hadisə və varlığın Allahın izn, iradə, qəza və qədərinə əsaslanmasıdır.

Bu mətləbin düzgün şəkildə dərk olunması bir tərəfdən əql və fikir baxımdan inkişafa səbəb olsa da, düzgün təlim və bəyana ehtiyaclıdır. Ya kifayət qədər əqli inkişafdan məhrum olan, ya da məsum rəhbərlərin və Quranın həqiqi təfsirçilərinin təlimlərindən istifadə etməyən şəxslər bu məsələ barədə azğınlığa düşərək hər növ təsir və illətin birbaşa Mütəal Allaha məxsus olmasını düşünmüşlər, çoxlu Quran ayələrinin açıq-aşkar buyurduğunun əksinə olaraq hər bir illiyyətdən və təsirdən hər növ səbəb və vasitəçiliyi inkar etmiş və «Allah Öz ənənəsinə uyğun olaraq odu yaradan zaman hərarəti icad edir», yaxud «yemək yeyən zaman doymağı və su içmək zamanı sirab olmağı vücuda gətirir, əks halda odun hərarətdə, yeməyin doymaqda və suyun sirab olmaqda heç bir təsiri yoxdur» kimi fikirlər irəli sürmüşdür.

Bu cür fikir azğınlığının acınacaqlı və mənfi təsirləri o zaman aşkar olur ki, onun insanın ixtiyari işləri və məsuliyyətləri barəsində törətdiyi təsirlərini araşdıraq. Belə təfəkkür tərzinin nəticəsində insana məxsus olan fellər də birbaşa Allaha aid edilir və insanın onlar barəsindəki failiyyəti birdəfəlik ləğv olunur. Belə olan halda heç kəs öz işinə cavabdehlik daşımayacaqdır.

Başqa sözlə desək, bu cür yanlış fikirlərin nəticələrindən biri insanın cəbrə meyl edərək işlərinin məsuliyyətini boynundan atmasıdır. Bunun da mənası insanın ən mühüm xüsusiyyətinin inkar olunması, hər növ tərbiyəvi, əxlaqi, hüquqi sistemin, o cümlədən İslam şəriətinin əbəs olmasıdır. Çünki insan öz işlərini görməkdə ixtiyar sahibi olmasa, daha vəzifə və təklifə, əmr və nəhyə, mükafat və cəzaya heç bir əsas qalmır. Hətta bu, təkvin aləminin əsassız və əbəs olmasını belə gərəkli edir. Çünki Quran ayələrindən1, şərif rəvayətlərdən və əqli dəlillərdən məlum olduğu kimi, təbiət aləminin yaradılmasında hədəf insanın yaranışına şərait yaratmaqdır ki, özünün ixtiyari felləri, ibadətləri və Mütəal Allaha bəndəçiliyi ilə imkan aləminin kamalının ən yüksək həddinə və ilahi qürb məqamına nail olsun, Pərvərdigarın xüsusi rəhmətlərini əldə etməyə ləyaqət tapsın. Əgər insanın ixtiyar və məsuliyyəti olmazsa Allahın əbədi mükafatlarını, nemətlərini və rizvanını əldə etməyə ləyaqəti olmayacaq və yaradılışın hədəfi nöqsanlı olacaqdır, yaradılış sistemi geniş bir səhnədə təşkil edilən teatr səhnəsinə bənzədiləcəkdir ki, onun da gəlincikləri (kuklaları) insanlardan ibarətdir, onlarda özlərinin ixtiyarı olmadan müəyyən hərəkətlər yaranır, sonra isə bəziləri məzəmmət və cəzaya, bəziləri isə tərif və mükafata layiq görülür!

Bu təhlükəli əqidənin yaranıb genişlənməsinin ən mühüm amili zalım hökumətlərin siyasi məqsədləri olmuşdur. Onlar bu fikirlərin vasitəsilə özlərinin yaramaz, qəddar əməl və rəftarlarına bəraət qazandırmaq, qəflətdə olan xalq kütlələrini özlərinin istila və hakimiyyətlərini qəbul etməyə vadar etmək, onları müqavimət və qiyam etməkdən saxlamaq məqsədi güdmüşlər. Həqiqətdə cəbr əqidəsinə uymağı millətlərin başını xarab edən ən mühüm amillərdən biri hesab etmək olar.

Digər tərəfdən bu əqidənin zəif cəhətlərini müəyyən qədər dərk edən, amma nə özləri kamil tövhidi qəbul etməklə cəbri inkar etmək əsasında olan bir mövqe seçmə qüdrətinə malik olan, nə də Peyğəmbərin (s) və onun Əhli-beytinin (ə) təlimlərindən bəhrələnməyən şəxslər təfvizə (tam ixtiyara) inanaraq insanın ixtiyari işlərini Allahın failiyyət dairəsindən tamamilə çıxdığını güman etmiş, başqa bir növ inhirafa mütbəla olmuş və nəticədə İslam maarifindən və onun yüksək nəticələrindən məhrum olmuşlar.

Amma həm bu maarifi dərk etmək üçün kifayət qədər istedada malik olan, həm də Quranın həqiqi müfəssir və müəllimlərini tanıyan şəxslər bu azğınlıqdan amanda qalmışlar. Onlar bir tərəfdən öz ixtiyari failiyyətini Allahın onlara əta etdiyi qüdrət dairəsində bilərək onun ardınca gələn məsuliyyətləri qəbul etmiş, digər tərəfdən də Allahın ali-istiqlali təsirini yüksək səviyyədə dərk etmiş və bu dəyərli mərifətin nəticələrindən bəhrələnmişlər.

Peyğəmbər (s) və onun Əhli-beytindən (ə) gəlib çatan rəvayətlərdə bu barədə çoxlu bəyanlar mövcuddur. Hədis kitablarında “istitaət (bacarıq)”, “cəbr və təfvizin inkar edilməsi”, eləcə də ilahi izn, iradə, qəza və qədər bölmələrində qeyd olunmuşdur. Həmçinin bəzi rəvayətlər istedad və idrak qabiliyyəti az olan şəxsləri bu kimi incə məsələlərə baş qoşmasından çəkindirmişdir ki, inhirafa düçar olmasınlar.

Bəli, cəbr və ixtiyarın müxtəlif yönləri vardır ki, onların hamısının araşdırılması bu kitaba sığmaz, amma mövzunun əhəmiyyətinə görə müxtəlif yönlərdə və ehtiyac duyulan qədər sadə bəyan təqdim etmək istəyirik. Bu barədə daha artıq tədqiqat aparmaq istəyənlərə məsələnin fəlsəfi və əqli bünövrəsinin öyrənmək yolunda səbrli olmalarını tövsiyə edirik.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin