Ајәтуллаһ Мисбаһ Јәзди


MÜXTƏLİF İLLƏTLƏRİN TƏSİR NÖVLƏRİ



Yüklə 2,8 Mb.
səhifə97/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   93   94   95   96   97   98   99   100   ...   289

MÜXTƏLİF İLLƏTLƏRİN TƏSİR NÖVLƏRİ


Bir neçə illətin bir məlulun yaranmasındakı təsiri bir neçə cür təsəvvür olunur:

1.Bir neçə illət birlikdə təsir edir, məsələn, toxum, su, enerji və s. kimi şeylər toxumun cücərib bitki olmasına təsir göstərir.

2.Onlardan hər biri növbə ilə təsir edir, məsələn, bir neçə motor növbə ilə işə düşərək təyyarənin hərəkətinin davam etməsinə səbəb olur.

3.Onların təsiri bir-birinə əlaqəli (mütərəttib) şəkildə olur. Məsələn, bir neçə topun bir-biri ilə toqquşması zamanı, yaxud zəncirvari yol qəza hadisələrində bu mülahizə olunur. Onun digər nümunəsi insan iradəsinin əlin hərəkətində, əlin isə qələmin hərəkətində, qələmin də yazının yaranmasındakı təsiridir. Belə ki, varlıqların ömrünün uzunluğu onların sayına bölünür və onların hər bir hissəsi amillərdən birinin məluludur.

4.Bir neçə amilin mütərəttib təsiri. Yəni onlardan hər birinin vücudu digərinin vücuduna bağlı olsun. Bu, əvvəldə fərz olunanın əksinədir. Belə ki, qələmin varlığı əlin varlığına, əlin varlığı da insan iradəsinə bağlı deyildir.

Bu növlərin hamısında vahid məlulun yaranması üçün bir neçə illətin toplanması mümkün, hətta, zəruridir. İxtiyari işdə də insanın iradəsi ilə ilahi iradənin təsiri sonuncu qismdən olacaqdır. Çünki insanın varlığı və onun iradəsi ilahi iradəyə bağlıdır.

Amma iki illətin vahid bir məlula cəm olmasının mümkün olmadığı hal isə iki varlıq bağışlayan illətin bir yerdə cəm olması, yaxud eyni zamanda bir-birininə bərabər tərzdə və növbə ilə təsir edən, bir-birinin bir yerə yığışması qeyri-mümkün olan iki illət kimidir. Məsələn, iradə sahibi olan iki faildən vahid bir iradənin baş verməsi, yaxud iki vahid varlığın iki illət məcmuəsinə (iki tam illət) istinad verilməsi kimi.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin