“Аға Беһҹәтин һәјатынын башланғыҹы


BEŞİNCİ FƏSİL Əməli tapşırıqlar



Yüklə 1,34 Mb.
səhifə20/26
tarix24.05.2018
ölçüsü1,34 Mb.
#51307
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

BEŞİNCİ FƏSİL

Əməli tapşırıqlar

(tövsiyyələr və moizələr)

Günahı tərk etmək axar çeşməyə bənzər.


Hörmətli tələbələrdən biri belə nəql edir: Bir gün Ayətullah Behcətin hüzuruna gedib dedim: Rəhmətlik Bidabadi kimi tanınmış dini şəxsiyyətlərdən nəql olunmuş xüsusi tapşırıqlara ustadın göstərişi olmadan biz özümüz əməl edə bilərikmi? Behcət belə cavab verdi: “Rəhmətlik Bidabadi və digər böyük şəxsiyyətlər islam yolunda çox zəhmət çəkmişlər. Bu şəxsiyyətlərin hər biri mömin insanları müxtəlif yollarla Allaha tərəf gedən yola hidayət edərmişlər. Amma mənim nəzərimcə bütün xüsusi tapşırıqlar bir şeydə–günahı tərk etməkdə toplanmışdır. Elə fikirləşməyin ki, günah etməmək özü çox asan və sadə bir işdir. Bəzən zahirdə sadə görünən bu işin özü çox çətindir. Günahları tərk etmək axar çeşməyə bənzəyir. Əvvəlcə siz günahları tərk edin, sonrakı ibadət və tapşırıqlar özü sizə tərəf gələcək.”

Çox dindar tələbələrdən biri deyir ki, bir gün Ayətullah Behcətin yanına gedib dedim: Mənə xüsusi bir tapşırıq verin. Buyurdu: “Çalış günah etmə.” Dedim: Bu yaşda mənə günah etmək yaraşarmı? Bir zikr və ya xüsusi tapşırıq verin ki, ona əməl edim. Behcət dedi: “Dünən öz evində hansı günaha mürtəkib olduğunu deyimmi?” Mən dedim: Bəli, deyin. Behcət dünən baş verənləri bir-bir mənə sadalayanda, yerimdə quruyub qaldım. Sonra tez onunla sağollaşıb getdim. (Əlbəttə, hər kəs öz həddində günaha mürtəkib olur və ola bilsin ki, bəzilərinin nəzərində bunlar günah hesab olmasın.)

İnqilabda çox zəhmət çəkmiş böyük şəxsiyyətlərindən biri Behcətdən xüsusi bir tapşırıq istədi. Behcət həmişəki kimi başını aşağı salıb zikr deməyə məşğul idi. O, başını qaldırıb dedi: “Bacardıqca günah etməyin.” Sonra yenə də zikr deməyə davam etdi. Yenə mənə baxıb buyurdu: Əgər birdən hər hansı bir günaha mürtəkib olsanız, çalışın camaatın haqqı ilə əlaqədar olmasın.” Sonra yenə zikr deməyə məşğul oldu. Üçüncü dəfə başını qaldırıb dedi: “Əgər həqqünnasla əlaqədar günaha mürtəkib olsanız, bu dünyada halallıq almağa çalışın.” (Bu günahı axirətə saxlamayın, orada sizin üçün çox çətin olar.)

Tapşırılana əməl etmək lazımdır.


Bir tələbə deyir: “Ayətullah Behcətə dedim: Peyğəmbər (s) və Həzrət Əlinin (ə) Salman Farsi, Əbuzər, Meysəm Təmmar və Rəşid Hicri kimi şəxsiyyətlərə verdikləri xüsusi tapşırıqlar hal-hazırda mövcuddurmu? Behcət buyurdu: “Hər nə varsa Quran və Nəhcül bəlağədədir. Bunlardan başqa heç bir şey öz səhabələrinə öyrətməyiblər.”

Başqa bir yerdə belə buyurmuşdur: “Tapşırıq istəyənlərin sayı çoxdur. Amma mən hər kəsə bir tapşırıq verə bilmərəm. Bu tapşırığı mən hamıya tövsiyə edirdim ki, “Vəsailüş-şiə” kitabının “Cihadun-nəfs” bölümündən hər gün bir hədis oxuyub, ona əməl etməyə çalışsınlar. Bir ildən sonra əxlaqi cəhətdən dəyişdiyinizi hiss edəcəksiniz. Bu, xəstələndiyiniz vaxt istifadə etdiyiniz dərmana bənzəyir. Çünki dərmanın təsiri bir müddət keçəndən sonra özünü büruzə verir.”

“Dər məhzəre bozorgan” kitabında Ustad Qərəviyan belə qeyd etmişdir: “Bir gün bir qrup adamla Ayətullah Behcətin hüzurunda (məclisində) oturmuşduq. O, üzünü məclisdəkilərə tutub dedi: Hüzeyfədən nəql olunur ki, İmam Sadiq (ə)-ın yanına gəlib ərz etdi: Ey peyğəmbər övladı! Hamı sizdən “xeyir nədir?”–sualını soruşur. Amma mən sizdən “şər nədir?”–sualını soruşmaq istəyirəm.

Sonra Behcət əlavə edərək dedi: İnsan əgər şərin nə olduğunu bilsə və ona mürtəkib olmasa, bütün işləri düzələr.”


Riyanın əlacı


...Bir dəfə Ayətullah Behcət söhbətini bitirdikdən sonra icazə alıb dedim: Mənim bir sualım var. Buyurdu: “Əgər xülasə olsa, eybi yoxdur.” Ərz elədim: Bəzən, insan Allah yolunda gördüyü xeyir işlərin tam ixlasla olması üçün çox səy edir. Amma şöhrətpərəstlik, camaatın yanında riyakarlıq, başqaları tərəfdən təriflənmək kimi cüzi şeytani vəsvəsələrdən yaxa qurtara bilmir. İnsanın zehnində dolaşan belə vəsvəsələr riya sayılırmı? Bu fikirlər insanın gördüyü xeyir işlərin dəyərini azaldırmı?

Behcət belə cavab verdi: “Yol verilməyən riya ancaq ibadətdir və riya ilə qarışıq olan ibadi əməllər haramdır. Bəzilərinin dediyinə görə riya hətta ibadəti batil edir. Amma ibadətdən kənar işlərdə riyanın maneəsi (eybi) yoxdur. Riyanın özü riyaya çarə ola bilər və riyanın çarəsi də düzgün fikirləşməkdədir.


Niyyət


Belə niyyət edin ki, elminizlə əməliniz uyğun olsun. Elm və əməl nə biri-birindən qabağa keçsin və nə də geri qalsınlar. Bizim bədbəxtçiliyimizin əsas səbəbi elm və əməlimizin uyğun olmamasıdır. Bəzilərinin elmi əməlindən geridə, bəzilərinki isə irəlidədir. Xülasə, elmləri ilə əməlləri biri-birinə uyğun gəlmir. Adətən, bir çoxlarının elmi bəzən əməlindən qabağa keçir və bəzən də geri qalır. Beləliklə, bildiyiniz hər bir şeyə əməl etməyə çalışın ki, elminizlə əməliniz bərabər olsun.1

Nur çeşməsindən süzülən kəlamlar

Kommunistlərin Qafzaqdakı represiyaları


Kommunistlərin hökumət etdikləri yetmiş illik represiya dövründə Qafqazda–Bakı, İrəvan, Naxçıvan və digər şəhərlərdə din və dindarların başına nələr gəldiyini bir Allah bilir. Camatın din adını çəkməyə ixtiyarı yox idi. Onların hökumət etdikləri dövrlərdə uzun illər camaat namazı qılınan məscidlər anbarlara çevrildi. Qafqazın böyük alimlərindən olan Mirzə Qəni Badkubini çox faciəli bir şəkildə öldürdülər. Bolşeviklərin Qafqaza gəldiyi ilk vaxtlarda Leninin şəklini küçə və bazarlarda gəzdirib deyirdilər: “Lenin Məhəmməddən (s) ağıllıdır.”

Mirzə Qəni minbərə çıxıb dedi: “Düzdür ki, Lenin ağıllı adamdır, amma həzrət Məhəmmədin (s) ayaqqabısının bağı belə ola bilməz. Bu sözə görə kommunistlər ona əzab verərək öldürdülər. Onun qatilinə Allah lənət eləsin.

Bakıda elə ağır vəziyyət yaranmışdı ki, alimlər ya təqiyyə, ya da hicrət etməyə məcbur oldular.1

Günah və günahkarın aqibəti


İmam Rzadan (ə) belə rəvayət olunmuşdur: “Allahın rəğbət və mərhəmətindən naümid olmaq, insanın ömür boyu mürtəkib olduğu günahlarından qat-qat çoxdur.” Əgər Allaha qarşı məsiyət (üsyan) etməkdə öz nəfsimizin öhdəsindən gələ bilməsək, getdikcə ilahi ayələri təkzib və inkar etməyə başlayacağıq. Beləliklə, Allahın rəhmət və mərhəmətindən naümid olacağıq, halbuki, günahkar olan hər bir şəxsə Allahın rəhmətindən uzaq olması gün kimi aydındır.

“Qiyamət günü Allah-təala rəhmət qapılarını elə

açacaqdır ki, hətta İblis də tamah salacaq.” 1

İmam Hüseynin (ə) şəhadəti müqabilində Ömər Sədə hansı vədlər verilməmişdi? Amma o nə şah, nə xəlifə və nə də Reyin hakimi ola bildi.2 Nəfsin bu vəsvəsələrindən Allaha pənah aparırıq. İnsan öz aqibətinin xeyirli olması üçün nəfsini hər cür vəsvəsələrdən qorumalıdır.3



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin