“Аға Беһҹәтин һәјатынын башланғыҹы



Yüklə 1,34 Mb.
səhifə21/26
tarix24.05.2018
ölçüsü1,34 Mb.
#51307
1   ...   18   19   20   21   22   23   24   25   26

Məkruh yemək yemişdim...


Nəcəf elmi hövzəsindəki təhsilini başa vurmuş bir tələbə İrana qayıtmaq istəyərkən, Seyyid Məhəmməd Kazim Yəzdinin yanına gedib, ona rəvayət nəql etməsi üçün icazə verməsini istəyir. Bir-neçə gün keçsə də, Seyyid Yəzdi bir cavab vermir. Həmin tələbə deyir: Öz-özümə fikirləşirdim ki, Seyyiddən Beytül-maldan bir şey istəməmişəm! Mənə elə gəlir ki, İranda onu elə də tanıyan olmaz və onun icazə verməsi bir o qədər də mühüm deyil. Elə buna görə də hər dəfə Seyyid Məhəmməd Kazim Yəzdini görəndə çox acığım tuturdu.

Bu əhvalatdan bir-neçə gün keçəndən sonra Seyyid rəvayət nəql etməyi mənə icazə verdi və cavabı gecikdirdiyi üçün məndən üzrxahlıq etdi. O, təxirə salınmış cavabın səbəbini belə açıqladı:

“Mən o gün məkruh yemək yemişdim. Onun təsirinin bütünlüklə bədənimdən çıxmasını gözlədim ki, tam paklanandan sonra silsilə rəvayətlər sırasında böyük alim və ravilərlə öz mənəvi bağlılığımı bərpa edim və bundan sonra sənə rəvayət nəql etmək icazəsi verim.”4

Halal və haram yeməyin insanın taleyindəki rolu


Vay o gündən ki, yemək-içməkdə haramdan çəkinməyək. Çünki bu yeməklər insanın elm, iman və ya küfründə böyük təsiri var. Elə bu cəhətdən də bir vaxt ayılıb görürük ki, Yezidə iman gətirmişik. Allah-təala “Bəqərə” surəsinin 35-ci ayəsində Adəmə (ə) belə buyurur:

“Sizə haram buyurulmuş bu ağaca yaxınlaşmayın ki, zülmkarlardan olmayasınız.”

Bu ayədən məlum olur ki, elə bu yemək-içməklər Adəmin (ə) cənnətdən qovulub yer üzünə gəlməsinin səbəblərindəndir. Yemək-içmək insanı məxluqatın ən ali ya da ən alçaq (aşağı) dərəcəsinə çatdıra bilər. Bütün yeməli-içməlilər insanın qanında, bədənində, ruhunda, zehnində və fikrində özünü çox aydın büruzə verir. Elm, əməldə yüksək müvəffəqiyyətlər əldə etmiş sağlam fikir və düşüncə sahibi olan alimlər, ancaq halal yeməklərdən istifadə etməklə belə ali məqamlara çata bilmişlər.1

Bu vəhşilərə deyin!


Böyük alimlərdən biri bolşeviklərin zamanında Rusiyada olan bir şəxsin dilindən belə nəql edirdi:

“Qafqazda yerləşən üç böyük şəhərə – Bakı, Tiflis və İrəvana get-gəl edirdim. Bir dəfə Tiflis şəhərində olarkən bir qrup məsihi ilə qatara mindim. Elə bu vaxt bir keşiş də onu müşaiyət edən bir-neçə nəfərlə qatara daxil oldu. O vaxtlar hər şəhərdə ancaq iki və ya üç keşiş olardı. Buna baxmayaraq qatarda olan məsihilərin heç biri ona əhəmiyyət vermədi. Elə bu vaxt qalxıb yerimi həmin keşişə verdim. Keşiş dedi:

Nə üçün qalxıb yerini mənə verdin? Dedim: Çünki bizim itaət etdiyimiz peyğəmbər bizə ruhanilərə hörmət etməyi buyurmuşdur.

Keşiş bir müddət başını aşağı saldı və sonra yenə də soruşdu: Xahiş edirəm, niyə qalxıb mənə yer verdiyinizi bir daha təkrar edəsiniz. Dedim ki, biz müsəlmanların peyğəmbəri ruhanilərə hörmət etməyi bizə tövsiyə etmişdir. Keşiş ətrafına göz gəzdirib dedi: “Bunu bu vəhşilərə deyin, bu vəhşilərə deyin! (Bolşevik–yəni dinsiz.)

Buradan məlum olur ki, onlar fəqət islam dini ilə deyil, bütün dinlərlə müxalif idilər.1

Nemət bol deyilsə, deməli şükrümüz az olmuşdur.


Başımıza gələn bütün bəla və müsibətlər Allahın bizə əta etdiyi nemətlər qarşısında naşükür olmağımızla əlaqədardır. Çünki Allah-təala İbrahim surəsinin 7-ci ayəsində buyurur:

“Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: Əgər (Mənə) şükür etsəniz, sizə olan nemətimi artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən, şiddətlidir.”

Şükür etmək nemətlərin artmasına və naşükürlük isə onların azalmasına səbəb olur. Əgər Allahın bizə əta etdiyi nemətlərin azaldığını görsək, şübhəsiz ki, bunun əsas səbəbi bizim naşükürlüyümüzdən irəli gəlir.

Şükürün geniş mənası vardır ki, onlardan biri də Allaha itaət deməkdir. Şükür təkcə dildə “əlhəmdülillah” deməklə bitmir. Baxmayaraq ki, bu da Allaha şükür etməyin bir yoludur və itaət deməkdir.

Deməli, Rəbbin bizə lütf etdiyi nemətlərin müqabilində şükür Onun itaətində olmaq və nemətlərin daha artması mənasındadır. Nemətlər qarşısında naşükürlük isə Allaha qarşı üsyan və Onun tərəfindən nazil olacaq əzaba dəlalət edir.

Əgər nə vaxtsa başımıza bir müsibət və ya bəla gələrsə, onun səbəbini ötən günlərdə axtarmalıyıq. Çünki, insan öz yaxşı və pis əməllərinin müqabilində Allah-təala tərəfindən mükafatlandırılır. Yaxşıya yaxşı, pisə isə pis ilə cavab verilir.

Biz nə vaxt hansı bir vacib əməli tərk etmədiyimizə və ya harama mürtəkib olmadığımıza əmin olsaq, gərək sevincdən papağımızı göyə ataq.1

Halal ruzi üçün harama əl atmayaq.


Axı, niyə bizə dərs olmur? Allah-təala Quranda buyurur:

“Ey Adəm! Həqiqətən, sən orada (cənnət) aclığın, çılpaq olmağın nə olduğunu bilməzsən.”2

Əgər haram yeməsək aclıq və susuzluqdan ölmərik. Cənnət bütün nemətləri ilə sənin ixtiyarında olacaqdır. Əks-təqdirdə heç bir şey. Biz insanların əgər cənnətə inamımız olsaydı, bu qədər ilahi hökmlərə qarşı müxalif çıxmazdıq. Şeytan Adəm və Həvvaya (ə)–“(Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə edib dedi: Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir.”3 –yalan demişdi. Allahın itaətindən çıxıb sizə nəhy edilmiş ağacın meyvəsindən yediyinizə görə, cəhənnəm odunda yanacaqsınız!

Biz insanların işi quşlara çox bənzəyir. Quşlar üçün tələ quranda ora dən tökürlər və onlar dən yemək üçün gələndə ovçunun toruna düşürlər. Əgər insanın qəlbi tora düşsə nə baş verər?

Allahdan nə qədər uzaq düşmüşük ki, fəsad və əxlaqsızlığa düçar olmuşuq. Şiə əqidəsində müvəqqəti izdivac (siğə) caiz sayılır və haram iş (zina) görməyə heç bir ehtiyac yoxdur. Amma şeytan bir çoxlarının yolu üstə durub, onları harama sürükləyir. “İblis dedi: Sən məni (Adəmə səcdə etmədiyimə görə) məhrum etdiyinə əvəz olaraq mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!

Allah-təala buyurdu: Oradan (cənnət) rüsvay olmuş (qovulmuş) halda çıx. Onlardan (insanlar) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!”



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin