“Аға Беһҹәтин һәјатынын башланғыҹы



Yüklə 1,34 Mb.
səhifə24/26
tarix24.05.2018
ölçüsü1,34 Mb.
#51307
1   ...   18   19   20   21   22   23   24   25   26

Cəzasını gördüm


Seyyidlərə məhəbbət və hörmət etmək biz şiələrə xüsusi olaraq sifariş olunmuşdur. Bəzi şəxslər deyirlər ki,–seyyidin dediyi ilə razılaşmadığımıza görə zərər-ziyana düşmüşük.

Bundan əlavə özü də seyyid olan bir ata belə nəql edir:

“Bəzən öz uşağımı tənbih və ədəb etmək məqsədilə döyürdüm. Bir az keçməmiş mənim başıma nəsə bir bəla gəlirdi.

İmam Həsən Əsgəri (ə) seyyidlərə hörmətsizlik və etinasızlıq edən bir şəxsə irad tutanda, həmin şəxs deyir:

Mənim bu şəxsə etinasızlığımın səbəbi onun sizinlə müxalif olması idi.

İmam Həsən Əsgəri (ə) buyurdu:

“Onun nəsli-kökü bizə çatdığına görə gərək belə etməyəydin.”1

Tarix təkrarlanır


Quran və Əhli-beytə (ə) doğru-düzgün etiqadı olmadan gedilən hər-hansı bir yol sonda tənəzzülə uğrayacaqdır. Nəticədə tarix, o cümlədən də Səqifə əhvalatı və Kərbəla vaqiəsi kimi mühüm hadisələr hər gün təkrar olur.

Çünki hər gün haqq olanın haqqı tapdalanır və nahaqqa haqq qazandırılır. Həmişə Hüseyn (ə) və Yezid kimi haqq və batil də mövcuddur. Camaatın işi ya imam Hüseyn (ə)-ın və ya Yezidin tərəfində vuruşmaqdır.

Buna görə də insan gərək hər gün haqq və ya batil tərəfdarı olduğunu aydınlaşdırsın.2

Şah 20 milyon nəfərlə oyun oynaya bilər amma mən...


Günlərin birində seyyid Cəmaləddin Əsədabadi Nəsirəddin şahın hüzurunda olarkən əlindəki bir almanı atıb-tuturdu.

Nəsirəddin şah ona etiraz edib dedi:

–Sən mənim hüzurumda almayla oynayırsan?

–Şah iyirmi milyon nəfərin taleyi ilə oyun oynaya bilər, amma mən bir alma ilə oynamayım–deyə Əsədabadi dərhal cavab verdi.2


Padşahınıza ədəb verin.


Şeyx Məhəmməd Hüseyn Kaşiful-Ğita çox cəsur və qorxmaz bir adam idi. O bir gün Rza xan Pəhləviyə (İranın şahı) dedi:

–“Sənin səltənət və qüdrətin nə qədər yüksək olsa belə, Sultan Əbdülhəmidin səltənət və hakimiyyətindən üstün ola bilməz. Hal –hazırda sultan Əbdülhəmidin oğlu Hindistanda dilənçilik edir.

Bir dəfə də İraqda olarkən oranın padşahı Məlik Qazinin hüzuruna getmişdi. Məlik Qazi ona hörmətsizlik etdiyinə görə saraydan çıxarkən saray əhlinə ucadan dedi:

“Padşahınıza ədəb öyrədin, padşahınıza ədəb öyrədin!”3


İmam Zamanla görüşməkdən daha üstün...


Bəzən insanlar Həzrət Mehdi (ə)-ın hüzuruna nail olmaq üçün çox səy edirlər. Amma iki rəkət namaz qılıb məsum İmamlara (ə) təvəssül etmək bundan daha yaxşıdır. Çünki İmam Zaman (ə) həm bizləri görür, həm də eşidir. Onun qeyb dövründəki ibadət, zühur edəcəyi vaxtdakı ibadətdən qat-qat üstündür. Məsum İmamlardan (ə) hər hansı birini ziyarət etmək, İmam Zamanı (ə) ziyarət etmək kimidir.1

Çətinliklərdə ən üstün zikr


Çətinliklər zamanı oxunan ən yaxşı zikr Peyğəmbərdən (s) bizə tövsiyyə olunmuş zikrdir:

Bu zikr mənim ümmətimi çətinliklərdə amanda saxlayacaq bir zikrdir.

“Böyük və üstün Allahdan başqa heç bir qüdrət və qüvvət sahibi yoxdur. Allahdan (Allahın qəzəbi və verəcəyi əzabdan) qurtuluş üçün kömək və pənah yeri yalnız və yalnız Ona üz tutmaqdır.2

Fitnə və ixtilaflarda haqqın me’yarı


Müsəlmanlar arasında baş verən ixtilaflar zamanı gərək həqiqi Əli (ə) tərəfdarı olan şəxslə birgə olaq və seçdiyimiz bu yol haqq yoludur.3

Fərəc duasının mənası


İmamlarımız bizə Axirəz-zamana yaxın baş verən sıxıntılarda bu duanı oxumağı sifariş etmişlər:

“Ey Allah! Ey Rəhman! Ey Müqəllibəl-qulub! (Ey qəlbləri döndərən, dəyişən!) Bizim qəlbimizi öz dinində sabit (dayanıqlı) et!”4

Amma nə edək ki, dərman dalınca getmək əvəzinə dərd dalınca gedirik.

“Ya müqəllibəl-qulub, səbbit qəlbi əla dinik”in mənası budur ki;

“Ey Rəbbim! Bizi öz bəyəndiyin məqama çatdır və həmin məqamda saxla.”

Sirat elə buradan başlayır. Əgər azacıq da olsa bu yoldan kənara çıxsaq, Allah bilir hansı uçuruma yuvarlanacağıq.

Əgər bir adamın işləri bərbaddırsa ya irəli getmiş, ya da geridə qalmışdır. Hər halda orta həddə riayət etməmişdir.

Biz məsum olmadığımıza görə Allah-təaladan bizə orta həddi nəsib etməsini və bizləri həmin məqamda sabit saxlamasını istəyirik.1


Əməli tapşırıqlar


Bir kəsin Xaliq və məxluqa etdiqadı olarsa, peyğəmbərlr və imamlarla bağlılığı olub onlara etiqadi və əməli cəhətdən təvəssül edərsə, onların buyruqlarına uyğun addım götürüb, addım atarsa, ibadətində qəlbini Allahdan qeyri bütün şeylərdən boşaldarsa, qəlbi fariq halda namaz qılarsa, şübhəli görünən məsələlərdə İmam Zamana tabe olarsa–yəni İmam kimi özünə müxalif bilirsə o da onunla müxalifətdə olsun, kimi özünə müvafiq bilirsə o da onunla müvafiq olsun; onun məlun bildiyi kəsi o da lənətləsin, onun mərhum2 bildiyinə o da məhəbbət göstərsin, hətta o şəxsin haqqında dəqiq məlumatı olmasa da.

Qeyd olunan bu xüsusiyyətləri özündə əks etdirən bir şəxs heç bir kamaldan məhrum qalmaz, heç bir nöqsana düçar olmaz.


Allahın adı ilə


Böyük və kiçik– hamımız bilməliyik ki, dünya və axirət səadətinə çatmağın yeganə yolu Böyük Allaha bəndəlik etməkdir. Ən böyük bəndəlik etiqad və əməllərdə günahın tərkidir. Bir şeyi bildiksə ona əməl edək, bilmədiksə dayanıb məlum olana qdər ehtiyatı gözləməliyik. Əgər bu yolu tutsaq heç vaxt peşiman olmarıq...

İbadətin ləzzətini dadmaq üçün nə edək?


Möhsün Qərəviyan nəql edir: Ayətullah Behcətdən soruşdum: “Ağa ömrümüz keçdi, amma indiyə qədər ibadətlərimizdə, xüsusilə də nama zlarımızda bir ləzzət hiss edə bilməmişik. S izcə nə edək ki, məsumların buyurduqları ibadətin ləzzətini azacıq da olsa biz də dadaq?”

O, zikr və duaya məşğul olduğu halda başını qaldırıb mənalı bir ifadə ilə mənə baxdı. Sonra–bu hamımızın mübtəla olduğu bir dərddir–deyə buyurdu.

–Ağa, hər halda dərəcəsi var, aşağısı–yuxarısı var; nisbi bir məsələdir; bəziləri–sizin kimi–ali mərtəbəyə sahibdir. Amma bizim heç nəyimiz yoxdur. Biz nə edək?

–Bəlkə də mən sizin dərəcənizin təmənnasındayam!

–Ağa, təvazökarlıqdan keçib, bu bir həqiqətdir ki, deyirəm.

O yenə də xüsusi təvazökarlıqla: Mən də sizin kimiyəm–dedi.

Çox israr etdikdən sonra nəhayət buyurdu: Namazdan həzz almaq üçün bir-neçə miqəddiməyə diqqət yetirmək lazımdır. Onlardan bir hissəsi namazın xaricindədir (namazdan qabaq), bir hissəsi isə namazın özündədir. Namazdan qabaq diqqət yetiriləsi və əməl ediləsi məsələ budur ki, insan günah etməsin, qəlbini qaraltmasın. Günah ruhu qara dumana bürüyür, qəlbin nurunu aparır. Namaz vaxtı diqqət ediləsi məsələyə gəldikdə isə insan namaz vaxtı öz ətrafına dəmirdən, tikanlı simdən “hasar” çəkməlidir ki, Allahdan qeyrisi ora daxil ola bilməsin. Allahdan başqa bütün şeyləri fikrindən çıxarmalıdır. Zehnini Allahdan qeyri heç bir şeyə məşğul etməməlidir. Əlbəttə, qeyri-ixtiyari olaraq fikri bir yerə getsə eybi yoxdur. Amma elə ki, iltifat tapıb diqqətini cəmlədi, Allahdan qeyrilərini qəlbindən çıxarmalıdır.1


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin