“Аға Беһҹәтин һәјатынын башланғыҹы



Yüklə 1,34 Mb.
səhifə22/26
tarix24.05.2018
ölçüsü1,34 Mb.
#51307
1   ...   18   19   20   21   22   23   24   25   26

Namazın sirri haqqında


1. Əlləri qiyam halında təkbir deyərkən yuxarı qaldırmaq Allahdan qeyri hər bir şeyi arxaya atmaq (kənara qoymaq) deməkdir. Buna baxmayaraq bizlərdən bəzilərimiz elə namaz qılırıq ki, elə bil Allaha ehsan veririk. Buna görə də bizim səcdəmiz, rükumuz qiyamımızla fərq etmir. Amma elə kəslər olub ki, rükuda əsirmişlər. Bədənləri tərpənməsə də qəlbləri Allahın xofundan lərzəyə gəlirmiş. Belə insan namaza duranda günahlarını yada salır. Belə olan halda, artıq günahlarını necə gizlətsin ki, Allah onu görməsin. Çünki hər şey göz qabağındadır. Ona görə də ixtiyarsız titrəyir.

2. Bizim bir əzəmətimiz yoxdur. Olanı da bu qədərdir ki, ayaq üstə durub qiyam halını alırıq. Sonra həmin əzəmətimizi rükuya getməklə yarıya bölürük. (Bir az da kiçildirik) Daha sonra isə səcdəyə və torpağa dönürük. (Tamamilə heç oluruq).

3. Namazda qiyam halını almaq iki dostun söhbətinə bənzəyir. Hərçənd söhbət bir şeydən gedir. Amma rüku ağa və nökərin məsələsinə oxşayır. Ona görə də rükuda “Sübhanə rəbbiəl-əzim...” zikri deyilməlidir. Bununla belə səcdəyə nisbətdə rükuda deyilən bu zikr Allah qarşısında kiçilməkdə ən aşağı mərtəbə sayılır. Başqa sözlə desək, bəndənin namazda qiyamı übudiyyətin (bəndəliyin) və sükunun (xatircəmliyin) izharıdır. Yəni bəndənin özündən heç bir hərəkəti yoxdur. Amma səcdə xüzunun (Allaha bəndəliyin, təslimin) son həddidir.

4. Bəndə Həzrət Haqqın müqəddəs hüzurundan qayıtdıqda (namazı bitirdiyində) Allah tərəfindən gətirdiyi ilk sovqat salamdır. Kufə məscidinin duasında deyilir: “Sən Özün salamsan! Salam sənin tərəfindəndir və Sənə tərəf də qayıdır. İlahi! Bizi Öz tərəfindən olan salamla salamla.1

5. Namaza giriş üçün deyilən təkbirin və namazdan xaric olmaq üçün deyilən təslimin bu əməllərlə nə qədər tənasübü var? Baxmayaraq ki, “kəbir” və “əzim” hər ikisi Allahın adlarıdır, amma təkbirdə “əkbər” münasibdir. Çünki, onda maneçilik nəzərdə tutulmuşdur. Yəni təkbir deyib əlləri yuxarı qaldırmaqla bütün dünya işlərini və bütün böyükləri (böyük saydıqlarınızı) bir kənara qoyun. Çünki Allah-təala Əkbərdir. Yeri gəlmişkən, “həyyə əla xəyril-əməl” kəlamı da həmin nöqtənin daşıyıcısıdır.

Hər halda, namaz qılan təkbir deməklə ilahi hərəmə daxil olur. Amma biz nə bilirik bunlar nə deməkdir?

Rəvayətdə deyilir: “Əgər namaz qılan nə kimi ilahi cəlalla əhatə olunduğunu bilsəydi, heç vaxt namazdan üz döndərməzdi.”2

6. Qiyam -başdan-ayağa xidmət və bəndəlik üçün hazıram deməkdir. Eynən hərəkətsiz dayanan çubuq kimi və ya heç bir iradəsi olmayan budaq kimi ki, külək hansı səmtə əssə, həmin tərəfə hərəkət edir. Qiyamda, rükuda və səcdədə olan xatircəmlik rükunun özünün qüvvətləndiricisidir. Həmçinin, zikrdə xatircəmlik də onun kimidir.

7. Namaz halında Allahı zikr etmək ən yaxşı zikrdir. Çünki namaz Kəbə evi kimidir; namaz qılan sanki Kəbəyə - Allahın əmin hərəminə daxil olur. Namaz qılanın niyyəti bu olur ki, “təkbir” qapısından girib “təslim” qapısından çıxsın.

Rüşvətxorluğun mənfi təsirləri


Müsəlman torpaqlarını ələ keçirmək üçün kafirlərin həmişə əsaslı planları olmuşdur. O cümlədən də kafirlər müsəlmanları həmişəlik öz qullarına çevirib, onlara ağalıq etmək istəyiblər. Onların bu şərindən xilas olmaq üçün nə etməliyik?

Çox gözəl bilirik ki, onların bizim üzərimizdəki hakimiyyətinin əsasını rüşvət təşkil edir. Məgər müsəlmanların öz düşmənlərindən rüşvət almamağı və bu yolla onlara məğlub (təslim) olmamağı mümkündürmü? Baxmayaraq ki, bu müsəlmanların öhdəsində olan ixtiyari (könüllü) bir işdir.

Bəli, kafirlər müsəlman (dövlətlərinin) başçılarını rüşvətlə ələ keçirirlər. Buna görə də aldanmamaq üçün çox ayıq-sayıq olmalıyıq.

Rüşvət qədər heç bir şey bizə təsir edib, aldada bilməz. Onlar bizim bu zəif nöqtəmizdən istifadə edərək bizə öz müsəlmanlarımız vasitəsilə nüfuz edə bilirlər.

Elə Həzrət Əli (ə)-ın işini də rüşvət ilə bitirdilər. Çünki Müaviyə Osmanın oğluna dedi: “Əgər qələbə çalsan Xorasan vilayətinə sahib olacaqsan.” Beləliklə də Xorasan vilayətini Osmanın oğluna verdi.

Osmanın oğlu dedi:

–Xorasanı neyləyim?

–Sənin evinin çörəyin olsun–deyə Müaviyə cavab verdi.

Müaviyə gedərkən Osmanın oğlu şer oxumağa başladı. Şerin məzmunu belə idi ki, nə istəyirdimsə verdi, bəlkə lap artıq da verdi.

Məclisdə olan Mərvan bunu eşidib narahat halda dedi:

“Hamını alan tapılar, amma bizi alan yoxdur.”

Müaviyə ona cavab olaraq–səni də mən alacağam– dedi.1

Yəni sən də bizlərdən oldun. O təkcə bu quru sözlə Mərvanı sevindirdi. Əlbəttə sonralar Müaviyə öz əqidələrinə görə bütün müsəlmanlara aid olan Fədəki Mərvana bağışladı.2 Bu torpaqlar Ömər ibn Əbdüləzizin vaxtına qədər Ali-Mərvanın əlində qaldı. Amma Ömər ibni Əbdüləziz hakimiyyətə gələndən sonra Fədəki Ali-Əliyə qaytardı.

Əhli-beyt (ə)-ın hədəfi yalnız Fədəki geri almaq deyildi. Bəlkə onlar bunu istəməklə haqqı haqq sahibinə çatdırmaq istəyirdilər.


Allah-təala kommunist ideologiyasını məhv etdi...


Rusiya-Alman müharibəsi zamanında ruslar bayram keçirmək üçün Moskva şəhərinin ətrafında böyük fasiləylə alov yandırdılar ki, alman təyyarələrinin hücumunun qarşısını ala bilsinlər.

Allah bilir ki, bu (mərasim) bayramı keçirmək üçün nə qədər pul xərcləmişdilər. Bütün bunlar kommunist ideologiyasının davamı üçün idi. Amma Allah-təala bir damla qan tökmədən kommunist məsləkini məhv etdi. Bu yalnız İlahi bir qüvvə vasitəsilə ola bilərdi. Baxmayaraq ki, deyirdilər: “Kommunist məsləki məğlubedilməzdir!”



Sual: Deyirlər ki, kommunist ideologiyası tarixi zərurətlərə bağlıdır. Ona görə də yenidən qayıdacaqdır. Sizcə bu belədirmi?

Cavab: Məzdək məsləkində olduğu kimi kommunist ideologiyasında da deyilirdi: “Bəşəriyyətdəki bütün ixtilaflar həmişə iki şeyə görə olmuşdur: Mal və qadın.” Əgər bu iki şey insanlar arasında müştərək olsa cəmiyyətdəki bütün ixtilaflar aradan gedər və müharibələrə son qoyular.”

Sizcə bu iki şeydə şərik olmaq ixtilafların sonu, yoxsa (onların) başlanğıcı deməkdir?! Sizcə həmin vaxt hamı - hər nəyim varsa başqalarıyla bölüşürəm, - yoxsa məndə olub başqalarında olmasın - deyəcək?!


İki qardaşı bir-birinə düşmən edib onlara (hökmranlıq) ağalıq etmək istəyirlər.”

İslam düşmənləri müsəlman firqə və məzhəbləri arasındakı ixtilafları qənimət hesab edərək onlara ağalıq etmək niyyətindədirlər. Şiə və sünni arasına müharibə salıb hər ikisinə qələbə çalmaq istəyirlər.

Bəziləri açıq-aşkar din və dindarlara qarşı çıxırlar. Özümüzün və camaatın şərindən, haqqa göz yumub tapdalamaqdan Allaha pənah aparırıq.

Düşmənlərin müsəlmanlar arasında saldığı ixtilaflardan biri də bu idi ki, təqva və zahidlikdə dillər əzbəri olan “Mamaqani”1 haqqında deyirdilər:

“Bu Əmirəlmömininə and olsun ki, o (Mamaqani) fasiqdir.”2


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin