“Аға Беһҹәтин һәјатынын башланғыҹы


Məşhəd dini-elmi hövzəsinin böyük ustadlarından Məhəmmədi ilə müsahibə2



Yüklə 1,34 Mb.
səhifə8/26
tarix24.05.2018
ölçüsü1,34 Mb.
#51307
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

Məşhəd dini-elmi hövzəsinin böyük ustadlarından Məhəmmədi ilə müsahibə2


Sual: Müsahibəyə razılıq verdiyiniz üçün sizə minnətdaram. Bildiyimizə görə siz uzun illər Behcətdən dərs almısınız. Xahiş edirik onun şəxsiyyəti barəsində xatirənizdə olan maraqlı hadisələri bəyan edəsiniz.

Cavab: Bismillahir-rəhmanir-rəhim. Böyük alimlərin mənəvi məqamları haqqında (kitab) yazdığınıza görə sizə öz minnətdarlığımı bildirirəm. Behcət barəsində bir neçə mövzuda danışmaq olar:

Xüsusiyyətləri


Əhli-beytə saxlanılan rövzə məclislərinə Ayətullah Behcətin xüsusi rəğbəti vardı. Bu məclislərdə özü əvvəldən axıradək qalardı. Məşhədin rövzə məclisləri çox uzun çəkərdi. Bir gün Ağa Behcətə dedim: Sizin üçün çox çətindir. Çalışın məclislərə sonuna yaxın gəlin. Behcət buyurdu: “Yuxuda mənə dedilər ki, rövzə məclislərinə çox get.”

Bir gün Behcətlə tək olanda dedim: İcazə verirsinizmi bir rövzə oxuyum? Dedi: “Bəli.”

Rövzə qurtarandan sonra buyurdu: “Mirzə Məhəmməd Təqi Şirazinin həmişə həm ümumi, həm də xüsusi rövzə məclisi olardı. Xüsusi məclisdə bir nəfər təklikdə ancaq onun üçün rövzə oxuyardı.

Behcətin hərəmə getməsi və orada oxuduğu dualar çox maraqlıdır. Evdən çıxıb hərəmə gedərkən “təqibatı” oxumağa başlayar və həmişə bu duanı zümzümə edərdi: Allahummə inni əsəlukə xəyrə umuri kulliha əuzu bikə min xizyid-dunya əzabil-axirə

Bu duadan sonra “Nas”, “Tövhid”, “Fələq”, “Kafirun” surələrini oxuyar, “Məfatih”dən günəşin çıxmasından əvvəl və sonrakı duaları zikr edərdi. Hərəmin həyətində dəfn olunan alimlər, o cümlədən rəhmətlik Valeh, Əbuturabi, Şeyx Bəhayi, Höccət və başqaları üçün fatihə oxuyar.

“Darüz-zöhd”də İmam Rzanın (ə) məxsus ziyarətnamə və dualarını zikr etməyə məşğul olar, həmişə dua və zikr dediyi vaxtlarda gözlərini yumar, camaat da onun ətrafına toplaşıb tamaşa edərdi. Amma Behcətin uzun müddət bu halda qalmasından yorulub, oradan dağılışardılar. Sonra pak zərihin qarşısında gözlərini yumub dua zümzümə edərdi.

Bir gün ondan bu halda (gözlərini yumub) dua oxuması barədə soruşanda belə cavab verdi: “Belə halda fikrimi daha yaxşı toplaya bilirəm.” (Əvvəllər bel və diz ağrıları olmayanda ayaq üstə saatlarla dua və zikr deməyə məşğul olardı. Onun yanında olanların çoxu, hətta cavanlar da yorulardı. Amma Behcət ayaq üstə yorulmaq bilmədən davam edərdi.)

Rəhmətlik ustadları və dostları üçün “Əminəllah” ziyarətini oxuduqdan sonra Cəfər Təyyar namazını qılar, namazdan sonra mərhum Məclisinin “Zadül-məad” kitabında çox tövsiyə olunmuş duanı və hərəmdən evə qayıdarkən həzrət Əlinin (ə) Səbah” duasını zikr edərdi.

Bir gün yolda gedərkən iki dəfə ona sual verdim. Behcət buyurdu: “İki dəfə “Səbah” duasını oxumağa başladım, hər ikisində də duamı yarımçıq kəsdin.”

Günlərin biri İmam Rzanın (ə) hərəmində bir tələbə ondan bir sual soruşur. Behcət tələbənin sualına cavab verir. Tələbə ikinci dəfə soruşanda o deyir: “Mən özüm İmamın qapısına dilənməyə gəlmişəm. Niyə qoymursunuz rahat dilənim?


Behcətin dilindən


1. Bir gün Ayətullah Mirvaridin mənzilində olduğumuz vaxt Ayətullah Behcət buyurdu: “Rəşt şəhərinin xətiblərindən biri belə nəql edirdi: Minbərə qalxarkən əvvəl İmam Hüseynə (ə) salam verirəm. Əgər salamımın cavabını versə, moizəmi davam edirəm. Amma cavab eşitməsəm, məclisdə olanlardan üzürxahlıq edib oranı tərk edirəm. Bir nəfər ondan (Ayətullah Mirvarid) bu məqama necə çatması barədə soruşanda, belə cavab verir: Bir dəfə bir məclisə moizə etmək üçün iki nəfər dəvət etmişdilər. Həmin iki nəfərdən biri də mən idim. O biri şəxs məndən əvvəl minbərə çıxıb moizə etməyə başladı. Öz-özümə dedim: Gərək elə söhbət edəm ki, onun danışdıqları heç ola. Amma mən öz nəfsimlə mübarizə aparıb qırx gün minbərə çıxmadım. Əvəzində isə Allah-təala mənə bu kəraməti bəxş etdi.

2. Behcət buyurur: “Rəşt tacirlərindən biri Məşhəd sakini idi. Rəştdən Məşhədə gələn başqa bir tacir onun evində qalırdı. Bir gün ev sahibi pəncərəni açıb İmam Rzaya (ə) salam verəndə, qonağın yeniyetmə oğlu İmamın cavabını eşidir. Oğlan təəccüblə ev sahibinə deyir: Mən sizin salamınızın cavabını eşitdim. İmam sizin salamınıza cavab verir? Ev sahibi deyir: Bəli. Səndə onu eşitmək istedadı olduğu üçün İmamın cavabını eşitdin. Doğrusu İmam Rza (ə) hamının salamına cavab verir.”

3. Behcət belə nəql edirdi: “Şeyx Əli Zahid olduqca imanlı və zahid bir şəxs idi. Çörəyini həmişə özü bişirərdi. Bir dəfə Kərbəla ziyarətinə gedən Şeyx Əli Zahid bir neçə gün orada qalmalı olur. Bir gün bir şəxs ona yaxınlaşıb çörək istəyir. Şeyx deyir: Əgər çörəyimi sizə versəm gərək tezliklə Kərbəlanı tərk edəm. (Çünki başqa çörəklərdən istifadə etməzdi.)”

4. Ayətullah Behcət buyurur: “Ayətullah Şərəbyani böyük alimlərdən biri idi. Soyuq qış günlərinin birində bir dilənçi ondan kömək istəyib, deyir: Əgər kömək etməsən acından öləcəyəm. Amma Şərəbyani onun dediklərinə əhəmiyyət vermir. Dilənçi mənzilinin qapısına qədər onun dalınca gəlir. Şərəbyani evə girib qapını bağlayır. Onun fəqirə əhəmiyyət vermədiyinə görə evdəkilər də bir söz demir. Səhər dilənçinin qapının ağzında öldüyünü görürlər. Ayətullah Şərəbyani ona qüsl verməyi tapşırır. Paltarlarını çıxaranda, onun cibindən içi dolu pul kisəsi tapılır.”

5. Bir nəfər Şeyx Cəfər Şüştərinin yanına gedib deyir: Uşağımın gözləri kordur. Siz “Həmd” surəsini oxuyun, övladımın gözləri açılsın. Şeyx dedi: Atam olan yerdə mənim oxumağım yaxşı deyil. Get atamın yanına. Uşağı Şeyx Cəfərin atasının yanına aparır. O əlini uşağın gözləri üstünə qoyub Həmd surəsini oxuyur. Elə bu vaxt uşaq deyir: (Barmaqların arasından) Görürəm. O, Həmd surəsini oxuyub qurtaranda, uşaq artıq görürdü.

6. İsfahan alimlərindan Muniri rəhmətlik Mirzə Şiraziyə irad tutur və bu barədə məktub yazıb İsfahan alimlərindən də imza toplayır. Məktubu sahibinə (Mirzə Şirazi) çatdırmaq üçün Nəcəf-Əşrəfə yollanır. Əvvəlcə mərhum Molla Fəthəli Sultanabadinin görüşünə gedir. Rəhmətlik Sultanabadi ona cibindəki məktubun məzmunundan xəbər verəndə çox təəccüblənir. Özünü başqalarından üstün bilən bu şəxs təvazökarlıqla Molla Fəthəliyə deyir: Bizə bəhrələnmək üçün bir şey deyin. Sultanabadi buyurur: Siz özünüz böyük alimsiniz. O çox israr etdikdə, Molla deyir: Üç şeyə həmişə əməl et:

1. Ayın əvvəlinin xüsusi namazını qıl.

2. Hər gün “Aşura” ziyarətini oxu.

3. Hər axşam iki rəkət Vəhşət namazı qılıb kimsəsiz mömin bacı-qardaşların ruhuna hədiyyə et.”1


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin