Ağayev Samir


III BÖLMƏ. İslam Maliyyə Sistemi Qarşısında Duran Maneələr



Yüklə 1,34 Mb.
səhifə91/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   87   88   89   90   91   92   93   94   ...   162
III BÖLMƏ. İslam Maliyyə Sistemi Qarşısında Duran Maneələr

Fəsil 3. İslam Maliyyə Sisteminin problemləri


  1. İslam Maliyyə Sistemi qarşısında duran əsas maneələr və İslam Maliyyə İnstitutlarının çatışmazlıqları


Təqdimat
İslam Maliyyə Sistemi qlobal maliyyə böhranına rəğmən 15-20% kimi analoqu olmayan templərlə inkişaf edir. Hal-hazırda 500 - dən çox maliyyə institutu İslam prinsipləri ilə fəaliyyət göstərir və ya ən azı İslam Maliyyə xidmətləri təklif edir. İslam Maliyyəsi prinsipləri ilə idarə olunan aktivlərin həcmi qlobal miqyasda 1 trln. dolları keçib. Hal – hazırda bu göstərici təqribən 1.3 trln dollardır. Bəzi iqtisadçılar İslam Maliyyə Sisteminin dinamik artım tempini neft qiymətlərinin yüksək səviyyəsi nəticəsində nəğd vəsaitlərin ərəb dövlətlərinə axını ilə əlaqələndirirlər. Zənnimcə bu fikir qismən doğrudur və ya tam deyil. İslam Maliyyə Sisteminin dinamik inkişafı daha çox ənənəvi bankların xidmətlərindən yararlanmayan müsəlmanların dindar kəsiminin artımı ilə əlaqəlidir. Məhz bu faktor və İslam Maliyyə İnstitutlarının böhrana qarşı davamlılığı, ənənəvi bankların şəriət prinsipləri ilə fəaliyyət göstərən filiallar, bölmələr yaratması tendensiyasını daha da sürətləndirdi. Bu da özlüyündə İslam Maliyyəsi üçün qlobal miqyasda təbliğat rolunu oynadı. Hətta bəzi ekspertlər və iqtisadçılar qeyd edir ki, Amerika Birləşmiş Ştatlarında 11 sentyabrda baş verən terror aktlarından sonra İslam Banklarının həm kapitallaşması, həm də depozit qəbulu səviyyəsi artmağa başladı. Onların fikrincə məlum hadisələrdən sonra Amerika Birləşmiş Ştatlarında artan anti – İslam atmosferi varlı müsəlmanları, xüsusilə də varlı ərəbləri vəsaitlərini ABŞ – dan geri çəkməklə öz ölkələrində yerləşdirməyə vadar etdi. Bu da öz növbəsində İslam Bankçılığının artımında həllədici rollardan birini oynadı.

İslam Banklarının fəaliyyətinin spesifikası onları ənənəvi maliyyə sistemindən mümkün qədər təcrid etdiyi üçün bu institutlar böhrandan böyük təsirlər görmədilər. Buna görə də İslam Maliyyə Sistemi artıq qlobal tendensiya xarakteri daşıyır. Lakin bütün bunlarla yanaşı, İslam Maliyyə Sisteminin qloballaşması yolu qarşısında böyük maneələr də var.

Bu paraqrafda İslam Maliyyə İnstitutlarının qarşısında duran ən böyük maneələr – qanunvericilik bazası, insan kapitalı, fərqli məzhəblərin fərqli şərhləri, İslam maliyyə məhsullarının çatışmazlıqları və s. haqqında geniş və detallı məlumatlar veriləcək.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin