Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə99/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   95   96   97   98   99   100   101   102   ...   162
1.10 Müqavilə Fiqhi
Həmçinin, İslamda müqavilə fiqhi hər əməliyyat üçün ayrıca müqavilə tələb edir. Bu xüsus da bəzi qərb maliyyə ekspertləri tərəfindən İslam Banklarının çatışmazlığı kimi qiymətləndirilir. Çünki, onlar hesab edir ki, bu hal daha çox xərcə səbəb olur.
1.11 Sukukun çatışmazlıqları
İslam qiymətli kağızları hesab olunan sukukların da müəyyən çatışmazlıqları mövcuddur. Obrazlı ifadə etsək, sukuk çox əziyyətli bir maliyyə alətidir. Çünki sukukun yaradılması həm hüquqi, həm də dini konsultasiyaları tələb edir ki, bu da çox xərcə səbəb olur. Məlumdur ki, əksər İslam maliyyə xidmətləri İslam Hüquq Sistemində yox, dünyəvi – hüquqi sistemdə göstərilir. Dünyəvi – hüquqi rejimdə isə mövcud qanunvericilik çərçivəsində İslam maliyyə xidmətlərinin göstərilməsi üçün boşluqların müəyyənləşdirilməsi və İslam maliyyə alətlərinin tətbiqi daha çox vaxt və pul aparır. Bunun üzərinə dini konsultasiya xərclərini də gəlsək, xərclər daha da artır. Ənənəvi istiqrazlarda isə belə problemlər mövcud deyil və xərclər daha azdır. Bundan başqa, sukuk üçün tələb olunan İslam maliyyəsi bilik və bacarıqları sukukun ərsəyə gəlməsini daha da qəlizləşdirir. Bütün bu səbəblərə görə sukuk əksər ənənəvi maliyyə institutları üçün az cəlbedicidir. Sukukun növbəti çatışmazlığı onun təkrar bazarda (secondary market) tranzaksiyası ilə əlaqəlidir. Belə ki, kitabın sukuka aid paraqrafında və bu paraqrafın əvvəlində izah edildiyi kimi, sukukların təkrar bazarda tranzaksiya olunmasında şəriətə görə müəyyən məhdudiyyətlər var. Yəni, yalnız pay bazisli sukukların (equity based) təkrar bazarda tranzaksiyası icazəlidir, borcu təmsil edən sukukların (debt based) təkrar bazarda tranzaksiyası isə haramdır və bu məqam AAOIFI – nın müvafiq standartında da öz əksini tapıb. Bütün bu məhdudiyyətlər isə sukuku investorlar üçün daha az cəlbedici edir. Malaziya bu sahədə pay və ya borc sukuku olmasından asılı olmayaraq bay’ al dayn alətinə, yəni borcun satılmasına icazə verərək sukuk üçün təkrar bazar imkanlarını yaradıb. Qeyd etmək lazımdır ki, bu praktika əksər alimlər, o cümlədən körfəz ölkələri və AAOIFI tərəfindən haram hesab edilir. İslam Konfransı Təşkilatının alt qurumlarından biri olan İslam Fiqh Akademiyası da riba və ğərar elementlərinin daxil olduğu bay’ al dayn alətini qadağan edir. Məlum olduğu kimi, borcu təmsil edən sukukların təkrar bazarda tranzaksiyası da özündə riba elementlərini cəm edir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin