Ağayev Samir


Depozitlərin Sığortalanması Mexanizmləri



Yüklə 1,34 Mb.
səhifə95/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   91   92   93   94   95   96   97   98   ...   162
1.5 Depozitlərin Sığortalanması Mexanizmləri
İslam Banklarını depozitlər üçün sığorta sisteminin səmərəsiz olmasına görə də tənqid edirlər. Bu sahədə Malaziya, Türkiyə, Sudan və İordaniya müəyyən işlər görüblər. Malaziyada və Türkiyədə hətta investisiya depozitlərinin də sığortalanması fondunu yaradıblar. Amma bəzi İslam alimlərinin fikrinə görə yalnız cari hesabların (tələb depozitlərinin) sığortalanması şəriətə daha müvafiq olardı. Çünki, bu depozitlər borcu təmsil edir ki, İslam dini də borcun mütləq qaytarılmasını əmr edir. İnvestisiya depozitlərinin isə riskə məruz qalmasına və hətta investisiyanın tamamilə itirilməsinə qarşı sığorta mexanizminin yaradılması bəzən məqbul hesab edilmir. Baxmayaraq ki, investisiya hesablarının sığortalanması ciddi akademik müzakirə və mübahisə mövzusudur, lakin, yuxarıda da qeyd edildiyi kimi, Malaziya kimi bəzi ölkələr investisiya depozitlərinin sığortalanması mexanizmini də yaradıblar. Oradakı ekspertlər bunun cəmiyyət üçün də faydalı olduğunu iddia edir və bunu kitabın əvvəlində izah etdiyimiz fiqh üsulları üzrə məsləhət kriteriyasına əsaslandırdıqlarını deyirlər. İnvestisiya hesablarının sığortalanmasını məqbul hesab etməyənlər həm də düşünür ki, İnvestisiya hesabları üzrə sığorta mexanizminin yaranmasına sərf edilən səylərin və resursların Bankın fəaliyyətinin genişlənməsinə yönəldilməsi daha məqsədə uyğun olardı. Bu, məhz İordaniyada da belədir. Burada tələb depozitləri sığortalanır, lakin investisiya hesablarının sahibləri (investment account holders) bankın iflası halında təminatlı kreditorlar kimi deyil, səhmdarlar kimi çıxış edirlər. İordaniyada həm də depozitlərin sığortalanması mexanizmi məcburi xarakter daşımır. Buna görə də, Banklar bu mexanizmə qoşulmağa meylsizdir.

Sudan İslami depozitlərin sığortalanması mexanizmini təsis edən ilk dövlətdir. Sudanın depozitlərin sığortalanması mexanizmi İslami hüquqi çərçivədə təsis olunub və Takaful modelinə əsaslanır. Çünki, Sudanın maliyyə sistemi də tam İslami hüquqi çərçivəyə malikdir. Depozitlərin sığortalanması mexanizmi 1996 – cı ildə qəbul olunmuş qanun (Bank Deposit Security Fund Act 1996) üzərində qurulub.

İndoneziya isə 2005 – ci ildə ilk dəfə olaraq İslami depozitlərin sığortalanması mexanizmini təqdim etdi. Bu mexanizm 2004 – cü ildə qəbul olunmuş Depozitlərin Sığortalanması Korporasiyası Aktı (Indonesia Deposit Insurance Corporation Act 2004) üzərində qurulub. Türkiyədə olduğu kimi, İndoneziyada da ənənəvi və İslami depozitlərin sığortalanması proseduraları ənənəvi mexanizm altında həyata keçirilir. İslami depozitlərin sığortalanması mexanizmlərini təqdim edən digər dövlətlər Bosnia və Hersoqavina, İordaniya, Küveyt, Sinqapur və Birləşmiş Krallıqdır. Lakin, İordaniya istisna olmaqla bu dövlətlərdə İslam depozitləri ölkənin ümumi depozitlərin sığortalanmasının ənənəvi mexanizmi çərçivəsində qorunur. Bu fakt isə mühafizəkar dindar təbəqə tərəfindən məqbul hesab edilmir və ciddi mübahisələrə səbəb olur.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin