Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi


Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar



Yüklə 25,82 Kb.
səhifə2/3
tarix07.01.2022
ölçüsü25,82 Kb.
#82633
1   2   3
Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar

kitabxanalarda həyata keçirilən kütləvi tədbirlər

Azərbaycanın əzəli torpağı olan Şuşa şəhərinin erməni işğalçı qüvvələri tərəfindən zəbt olunduğu gündən artıq 25 il keçir.

1992-ci il mayın 8-i Azərbaycan xalqı üçün ən ağır, ən üzüntülü gündür. Bu dərd, bu acı hər bir azərbaycanlının qəlbində dərin iz qoyub. Heç bir azərbaycanlı Şuşa , Qarabağ itkisi ilə barışa bilməz.

Azərbaycanın mədəniyyət və tarix incisi Şuşanın işğalının 25- ci ildönümü ilə əlaqədar kitabxanalarda ardıcıl kütləvi tədbirlər təşkil edilməlidir. Kitabxanalarda hər şeydən əvvəl hərbi-vətənpərvərlik hisslərini təbliğ edən , vətəni qorumaq, sevmək kimi güclü duyğuları aşılayan tədbirlər hazirlanmalıdır. Kitabxanaya daxil olan hər kəsin , hər bir oxucunun görə biləcəyi yerdə “ Bunları unutmaq olmaz “, “ Qan yaddaşımz “ və s.başlıqlar altında işğal altında olan rayonlarımızın adı , işğal tarixi diqqəti çəkən şəkildə yazılıb asılmalıdır. Kitabxanalarda Şuşanın işğalının 25 illiyi ilə əlaqədar anım mərasimləri, baş verən hadisələrin canlı şahidləri ilə görüşlər, ədəbi-bədii kompozisiya, kitab sərgisi, məruzə və mühazirələr, kitab müzakirəsi , dəyirmi masa,məlumat günləri , söhbət və s. tədbirlər təşkil olunmalıdır. Tədbirləri təxminən aşağıdakı başlıqlar altında keçirmək olar:

Şuşa bizi gözləyir “, “ Şuşa və onun tarixi keçmişi “, “ Şuşa qisas gününü gözləyir “, “ Şuşa Azərbaycanın mədəniyyət və tarix incisidir “, “ Şuşanın görkəmli yazıçı və şairləri “, “ Susanın dağları başı dumanlı “, “ Şuşasız 25 il “, “ Həsrətin mütləq sonu olacaq “, “ Qarabağın tacı Şuşa “, “ Musiqi beşiyimiz Şuşa “, “ Şuşa Qarabağ xanlığının paytaxtıdır “, “ Şuşasız Azərbaycan , Azərbaycansız Şuşa ola bilməz “ və s.



Kitabxanalarda İşğalın ildönümü ilə bağlı hadisələri oxuculara əyani çatdırmaq üçün əyani təbliğat vasitəsi olan kitab sərgilərinin təşkili vacibdir. Sərgiləri müxtəlif başlıqlar altında təşkil etmək olar. Məsələn :

Şuşasız 25 il “, “ Şuşa bizi gözləyir ”, “ Şuşa qisas gününü gözləyir “ və s. Sərgilərin təşkilində görkəmli şəxslərin Şuşa haqqında dedikləri sitatlardan və dövrü mətbuat materiallarından da istifadə etmək olar.



Şuşanın işğalının ildönümü ilə əlaqədar “ Şuşa qisas gününü gözləyir “, “ Şuşa Azərbaycanın tarixi mədəniyyət incisidir “, “ Şuşasız Azərbaycan , Azərbaycansız Şuşa ola bilməz “ və s. mövzularda məruzə və mühazirələr keçirmək olar.

Kitabxanalarda İşğalın ildönümünə həsr edilmiş “Şuşa Azərbaycanın mədəniyyət və tarix incisidir “, “ Şuşanın görkəmli yazıçı və şairləri” adlı məlumat günləri təşkil etmək olar. Bu tədbiri keçirməkdə məqsəd oxucuları Şuşa haqqında olan ədəbiyyatla tanış etmək və eyni zamanda təbliğ etməkdən ibarətdir.

Yuxarıda qeyd etdiklərimizlə bərabər kitabxanalarda işğalın ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiyaların keçirilməsi də məqsədəuyğundur. Tədbiri “ Ruhumuzun ünvanı Şuşa “, “ Şuşanın dağları başı dumanlı “, “ Bu gecə yuxuma girmişdi Şuşa “ və s. başlıqlar altında keçirmək olar. Tədbirdə mövzusu ilə bağlı bədii qiraət , səhnəciklər göstərilməlidir. Ədəbi-bədii kompozisiyanın məzmunlu və maraqlı olması üçün tədbirə ciddi hazırlaşmaq lazımdır.

Şuşanın işğalının ildönümü ilə əlaqədar kitabxanalarda sual-cavab gecələrinin keçirilməsi də yaxşı olar. Suallar elə tərtib edilməlidir ki, Şuşa haqqında oxucularda düzgün və geniş təsəvvür yaransın. Aşağıda bir nümunəni təqdim edirik :


Yüklə 25,82 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin