Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


İmam oturmuşdu. Uşaqlar cəld onun başına yığışdılar. Ağa Möhsün dedi: "Bəsicibazlıq eləməyin, bir az yavaş!" İmam buyurdu: "Eybi yoxdur!



Yüklə 8,06 Mb.
səhifə13/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   9   10   11   12   13   14   15   16   ...   43
İmam oturmuşdu. Uşaqlar cəld onun başına yığışdılar. Ağa Möhsün dedi: "Bəsicibazlıq eləməyin, bir az yavaş!" İmam buyurdu: "Eybi yoxdur! (Qeyd)2

Çəzzabə döyüşü


Komandirlər İmam Xomeyni ilə görüşdən sonra daha böyük bir əməliyyata hazırlaşmaq üçün cəbhəyə qayıtdılar. Lakin bu zaman Çəzzabədən pis xəbərlər gəldi. İslam döyüşçülərinin tezliklə böyük bir əməliyyat keçirəcəklərinə əmin olan düşmən onları qabaqlamağa çalışaraq Çəzzabədə geniş bir hücuma başlamışdı. İraqlıların məqsədi Bostan şəhərini, başqa sözlə desək, heysiyyətlərini qaytarmaq idi. Onlar bu məqsədə çatmaqdan ötrü əsas zərbəni aldıqları yolu seçmişdilər. Çəzzabənin şimalında yerləşən və bundan öncə iraqlılar üçün əhəmiyyətsiz olan Nəbəə təpələri onların hücum hədəfi oldu.

"İraqın 26 saylı zirehli briqadasının komandiri Tariq Feyzi Qüds yolu əməliyyatında mövqeyini tərk edib qaçmışdı. Onu edam etmək istəyəndə demişdi ki, mən Bostanı geri almağın yolunu bilirəm. O, əvvəlcə Çəzzabə və Nəbəəni, sonra da Bostanı ələ keçirmək istəyirdi".(Qeyd)1

İraq ordusu 1982-ci ilin 6 fevralında Çəzzabəyə doğru hücuma başladı, Nəbəə təpələrinin bəzi hissələrini ələ keçirdi və Mehdi Xadimüşşəriətin başçılıq etdiyi xorasanlı döyüşçülərin güclü müqaviməti ilə üzləşdi. Onlar ertəsi gün bütün təpələri ələ keçirib Bostana doğru irəliləməkdən ötrü Nəbəəyə mərmi və raket yağdırmağa başladılar.

"Atəş o qədər güclü idi ki, heç kim tərpənə bilmirdi. Döyüşçülər bir səngərdən o birinə çətinliklə keçirdilər. Mövqe komandiri Həsən Əlimərdani birinci gün günortadan sonra şəhid oldu. Düşmənin hücumu get-gedə güclənirdi. Hər batalyon bir gündən artıq davam gətirmirdi. Müharibənin əvvəlindən o günə qədər düşməndən elə atəş görməmişdik. Gözəl və işıqlı Nəbəə qumları barıt və partlayışlardan qara təpəyə çevrildi, üzərində bitmiş gözəl yaşıl ağaclar quruyub yandı, ayaqyalın gəzdiyimiz təpə isti və iti qəlpələrlə doldu. Düşmən təpələrin başını ələ keçirmişdi, yamacda da səngərimiz yox idi. 7 Fevralda Nəbəədə təxminən 300 şəhid və yaralı verdik".1(Qeyd)

Oraya qida məhsulları və silah-sursat çatdırmaq, habelə şəhid və yaralıları oradan çıxarmaq mümkün deyildi. Düşmən yüksəkliklərdən yolları görür, tankları və təcili yardım maşınlarını vururdu. Xoşbəxtlikdən, buludlu hava onlara havadan bombardman imkanı vermirdi. Hamı gözləyirdi ki, axşam olsun, maşınlar qaranlıqda yemək və silah-sursat gətirib şəhid və ya yaralıları aparsınlar. Lakin düşmən əl çəkmir və nəyin bahasına olursa-olsun, Bostanı almağa çalışırdı.

Komandir qərargahına biri o birindən sonra acı xəbərlər gəlirdi. Nəhayət, Nəbəə yüksəklikləri düşmənin əlinə keçdi və vəziyyət olduqca ağırlaşdı. Həsən Baqiri döyüş yerinə gedib vəziyyəti yaxından dəyərləndirmək qərarına gəldi.

"Qardaş hələ yaralı idi, kəllə sümüyü sınmışdı. Həkimlər ona operativ fəaliyyəti qadağan etmişdilər. O isə dözmədi. Bütün komandirlər onun qarşısını almağa çalışdılar, amma məhəl qoymayıb getdi. Bir neçə saatdan sonra qayıdıb oranın vəziyyətini açıqladı. Dedi ki, əgər bu yüksəklik iraqlıların əlində qalsa, çoxlu itki ilə bu cəbhəni boşaltmağa məcbur olacağıq və Qüds yolu əməliyyatının bütün əziyyətləri hədər gedəcək".2(Qeyd)

Həsən Baqiri düşmənin daha ağır hücumlara hazırlaşdığını bilirdi. O bilirdi ki, həmin gün düşmənin hərəsində 6 ədəd 108 topu olmaqla 18 artilleriyası eyni zamanda bizə doğru atəş açır. O, şəxsi heyətə təhlükəsiz sığınacaq düzəltməyin vacibliyini vurğuladı, göstəriş verdi ki, döyüş yerinə kisə göndərsinlər və yeni gedənlər qum kisələri ilə özlərinə səngər düzəltsinlər. Həmçinin Quruculuq cihadı təşkilatının mühəndislərindən yolun kənarında torpaq istehkam düzəltmələrini istədi. 8 Fevralda hələ hava işıqlanmamış korpusun yeni qüvvələri döyüş yerinə yollandılar və əvvəlkilər istirahət üçün piyada geri çəkildilər.

Ötən gecə düşmən də bekar oturmayıb mövqelərini bərkitmiş, canlı qüvvəsini və artilleriyasını artırmışdı. Hava işıqlanandan sonra düşmənin atəşləri başlandı. Atəş o qədər güclü idi ki, heç kim hərəkət edə bilmirdi. Qəlpələr qum kisələrinə dəyir, kisələr cırılır, qumlar tökülür və səngər sıradan çıxırdı. Döyüşçülər çarəsiz qalıb təxminən 200 metr geri çəkildilər.

"Güclü atəş altında birdən üstüaçıq bir SUV avtomobili peyda oldu. Bizə doğru gəlirdi. Təəccübləndik. Hətta düşmənin pulemyotu da bir an dayanmırdı. Bu səhnə yəqin ki onlara da qəribə gəldi. Yaxınlaşanda sükanın arxasında Həsən Baqirini gördük. Tez maşından endi, əyilmədən birbaş birinci istehkama gəldi. Məsud Pişbahar və Əlirza Rəzm Hüseyni də yanında idi. Onlar mövqeyi idarə etmək üçün ikinci istehkamda qaldılar. Həsən Baqiri şəhidlərə yaxınlaşdı, 15-16 yaşlı bir şəhidin yanında dayandı, gözləri doldu və dodaqaltı dua oxumağa başladı.

Döyüş yerinə gəlidiyinə görə narahat olduq. Batalyon komandirləri də etiraz etdilər. O, soyuqqanlılıqla səngərdə oturdu, oradakı komandirlərə düşmənlə mübarizə barədə məlumatlar verdi. Bölük komandirlərindən biri dedi: "Qardaş Baqiri, hansı şəxsi heyətlə vuruşaq?! Məndə heç kim qalmayıb". Təbəssümlə dedi: "Sizin bölüyə üç nəfər əlavə olundu".

Həsən Nəbəənin yaxşı göründüyü bir yerdə dayanıb dəstək atəşini düşmənin müşahidə və pulemyot səngərlərinə yönləndirdi. Atəş təsirli oldu və düşmənin atəşi azaldı. Onun gəlişi də şəxsi heyəti ruhlandırdı.

Həsən Baqiri oradakı batalyon komandiri ağa Pərviz Şərifi çağırıb dedi: "Düşmən işğal etdiyi təpədən bizim şimal bucağımızı təhlükə altında saxlayır. Ən yaxşı müdafiə hücumdur. Biz bu təpəni geri almalıyıq ki, ən azı Nəbəənin şimalından keçib yaralıları geri göndərə bilək".

O, bir manevr planı hazırladı, yerdə qumla Nəbəə təpəsinin və digər kiçik təpələrin maketini düzəltdi. İki cığır çəkib batalyon komandirinə dedi: "İki taqıma tapşır, bu cığırdan təpənin o biri tərəfinə keçsinlər və sakitcə oraya yerləşsinlər. Siz qarşıdan hücuma keçib döyüşə başlayanda onlar da arxadan hücum etsinlər".

Yaxşı plan idi. Batalyon komandiri həvəsləndi. Həsən Baqiri əlini onun çiyninə qoyub dedi: "Ən cəsur uşaqları seç, bu cığırdan təpənin şimalına keçib hücum etsinlər, ikinci taqım da düşmənin başını qarışdırsın. Əgər bunu etməyib eləcə istehkamın arxasında qalsanız, axşama qədər bütün şəxsi heyəti əldən verəcəksiniz".


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin