AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə55/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   51   52   53   54   55   56   57   58   ...   151
Nurun Nura qovuşması
Təkrar edilən sünni və şiə hədislərindən deyilir ki, Əli və Fatimənin həqiqi evlənməyi Allah-Təala tərəfindən olubdur. Cəbrail bu Nurun-Nura qovuşması xəbərini Peyqəmbərə çatdıraraq və o Həzrətə elan etdi: «Mən Nurun-Nura qovuşub evlənməsinə məmur edilmişəm. Onlar Əli və Fatimədir. Bəli iki məsum (Əli və Fatimə) qəlblərinin qovuşması ilahi bir qovuşma idi». Bu bairədə Peyqəmbər belə demişdir: «Əli olmasaydı Adəmin vaxtından bəri Fatiməyə laiq ər tapılmayacaqdır». Peyqəmbər Fatiməni istəyən bütün şəxslərin qarşısında elan etdi: «Mən sizin kimi Allahın bəndəsiyəm. Sizlərdən arvad alır və sizlərə qız verirəm. Lakin Fatimənin evlənmək talehinin hökm Allahın əlindədir. Onun evlənmə mərasimi göylərdə icra olunacaq».

Bütün bu sözlər Əlinin qulağına çatdı. İlahi əmr də ona elan edildi. Lakin zahiri olarqa müsalman adəti ilə elcilik və evlənməmərasimi yerinə yetirməli idi. Buna görə də Əmirəl-möminin Peyqəmbərin evinə yola düşdü. Evə çatıb bir küncdə əyləşdi. Onun ürək istəkləri böyük Peyqəmbərə əyan olundu. Allahın Rəsulu buyurur: «Ya Əli, deyəsən nə isə demək istəyirsən? Fatiməni almaq istəyirsən. Əlbəttə bilməlisən ki, bir çoxları bu haqda mənə müraciət ediblər və mənfi cavab alıb tənə vurublar. Lakin sən narahat olma, mən bu saat Zəhranın yanına gedib sən tərəfdən onunla danışaram».

Peyqəmbər, qızı Fatimənin otağına daxil olub və Əlinin sifarişinin ona çatdırdı. Başqa elçilərin təklifinə etiraz əlaməti olaraq üzünü çevirən Fatimə bu dəfə bir söz demədi. Razılıq əlaməti olaraq susdu. Əziz Peyqəmbər təkbir deyərək Fatimənin yanından çıxdı. Qızının razı olduğunu elan etdi. Şəriət qanunu və Yaradanın hökmü ilə iki nurun evlənməyi həyata keçdi.

Müttəqilərin mövlasının üstün cəhətlərindən biri də artdı. Heç kəs bu həqiqəti inkar edə bilmədi. Həzrət Əli və Fatiməyi-Zəhranın evlənməyi Peyqəmbər böyük iftixarlarından sayırdılar.

Bu hədisdən belə nəticəyə gəlmək lazımdır ki, elçilik zamanı pis adətlərdən uzaq olub bu işi sədaqət, mehribançılıq və dostcasına yerinə yetirimək lazımdır. Elə etmək lazımdır ki, tərəflər bir-birini başa düşüb hörmətlə yanaşsınlar.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin