Bildirişlər
1. Peyğəmbərlərin təbliğ üsulu qorxu və ümid kimi iki əsasa malikdir.
2. Peyğəmbərlərin besət fəlsəfəsi xalq üçün ilahi höccəti tamamlamaq, bəhanəyə yer qoymamaqdır. Peyğəmbərlərin gəlişindən sonra kimsə deyə bilmir ki, rəhbərimiz, yol göstərənimiz yox idi, bilmirdik.
3. Peyğəmbərlər şəxsi xarakter, fiziki səciyyə, ötən tarixçə, ictimai-siyasi mövqe, ailə münasibəti, eləcə də, möcüzə baxımından elə bir mərhələdə olmalıdırlar ki, kimsə üçün bəhanə yeri qalmasın.
4. Allah yenilməz və hikmət sahibi olduğundan kimsənin Ona qarşı dəlili yoxdur.
166. ﴿ لَّـكِنِ اللّهُ يَشْهَدُ بِمَا أَنزَلَ إِلَيْكَ أَنزَلَهُ بِعِلْمِهِ وَالْمَلآئِكَةُ يَشْهَدُونَ وَكَفَى بِاللّهِ شَهِيدًا ﴾
“(Kafirlər bəhanə gətirirlər) Amma Allah sənə nazil etdiyi barədə şəhadət verir ki, Öz elmi ilə sənə nazil etdi. Mələklər də (sənin haqq olmağına.) Şəhadət verirlər. Allahın şahidliyi (sənin üçün) kafidir.
Dostları ilə paylaş: |