«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə12/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

AYƏ 37:


﴿فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقاً قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَـذَا قَالَتْ هُوَ مِنْ عِندِ اللّهِ إنَّ اللّهَ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ﴾

TƏRCÜMƏ:


«Beləliklə, Rəbbi onu gözəl (şəkildə) qəbul etdi bir yaxşı tərzdə yetişdirdi onun (tərbiyəsinin) məsuliyyətini (xalasının əri) Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi. (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandırDedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir.»

TƏFSİR:


Məryəmin qız olmasına baxmayaraq, Allah-təala onun anasının nəzərinə – oğlan əvəzində Beytül-müqəddəsdə xidmətçilik etməsinə razı oldu. Bu da Allah tərəfindən onun barəsində bir mərhəmət idi. Allah onun böyüyüb boya-başa çatmasını gözəl qərar verdi, tərbiyəsini gözəl şəkildə yerinə yetirdi, bütün hallarda onun işlərini islah etdi. Yəni Allah-təala Məryəmi (ə) Zəkəriyyanın (ə) əhli-beytinə qovuşdurdu, onu Həzrəti Məryəmin (ə) başçısı və hamisi qərar verdi ki, onun məsləhətlərinə zəmanət versin.

Zəkəriyya (ə) hər vaxt onun mehrabına daxil olurdusa, mövsümü olmasa da təzə meyvələr görür, «bunlar sənin üçün haradandır?» – deyə soruşurdu. Məryəm də onların behiştdən gəldiyini bildirirdi. Bu da Allah tərəfindən Məryəmin barəsində edilən böyük bir mərhəmət idi.

«Kəşşaf» təfsirində nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) quraqlıq və qıtlıq illərində bir gün çox acmışdı. Fatimə (ə) iki çörək götürdü və bir qədər ət xörəyi hazırlayıb atasına hədiyyə göndərdi və beləliklə də atasını sevindirdi. Peyğəmbər (s) o hədiyyəni götürüb Fatimənin (ə) evinə qayıtdı. Evə daxil olan zaman buyurdu: «Qızım, yaxına gəl!» Fatimə (ə) yaxına gəldikdə Peyğəmbər (s) tabağın üstündəki parçanı götürdü. Gördülər ki, həmin tabaq çörək və ətlə doludur. Fatimə (ə) bunu görərkən heyrətləndi və onların Allah tərəfindən göndərildiyini bildi.

Sonra soruşdu: «Bunlar haradandır?»

Fatimə (ə) ərz etdi: «Allah tərəfindəndir!»

Peyğəmbər (s) buyurdu: «Allaha həmd edirəm ki, səni (yəni, Fatiməni) Bəni-İsrailin qadınlarının xanımı (yəni, Məryəm) kimi qərar vermişdir.» Sonra Peyğəmbər (s), Həzrət Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), bütün Əhli-beyt o tabağın ətrafında oturub hamısı o təamdan doyunca yedilər. Hətta, doyduqdan sonra da yemək qalmışdı (sanki ona heç əl vurulmamış və azalmamışdı). Fatimə (ə) onu qonşuların arasında bölüşdürdü.1



Allah hər kəsə istəsə hesabsız ruzi verər. Çünki Allahın qüdrəti və mülkü sonsuzdur, onun tərəfindən olanlar bu mülkün azalmasına səbəb ola bilməz.

AYƏ 38-39:


﴿ هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء. فَنَادَتْهُ الْمَلآئِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللّهَ يُبَشِّرُكَ بِيَحْيَـى مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ ﴾

TƏRCÜMƏ:


38. «Zəkəriyya həmin vaxt, orada öz Rəbbini çağırdı dedi: « Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən

39. «Beləliklə, mələklər onu öz mehrabında namaz dua üçün durduğu halda səslədilər ki: «Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük rəhbər(i), (bütün batil işlərdən) çəkinən ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir

TƏFSİR:


«Hunalikə», yəni o məkanda. Zəkəriyya məscidin mehrabında, Məryəmin yanında oturduğu zaman, yaxud da Həzrət Zəkəriyya Məryəmin (ə) Allah yanındakı məqam və ləyaqətini görüb müşahidə etdiyi zaman öz həyat yoldaşının artıq doğuş dövrünün arxada qoymasını bildiyinə baxmayaraq, onun da öz həyat yoldaşı İyşadan bacısı Hənnənin qızı kimi bir övladı olmasını arzu etdi. Zəkəriyya dedi: “Pərvərdigara, mənə xeyir-bərəkətli, təqvalı və sağlam bir övlad əta et. Həqiqətən, Sən duaları qəbul edənsən.”

O, mehrabda dayanıb Allahla raz-niyaz etdiyi zaman mələklər onu səsləyərək dedilər: “Allah-təala sənə Yəhyanı müjdə verir. Bir halda ki o, Allahın kəlməsini (Həzrəti İsanı) təsdiq edir, o həm də seyyid və rəhbər, nəfs istəklərindən uzaq və saleh peyğəmbərlərdən biri olacaqdır.”

Allah-təala onun duasının qəbul olunmasını mələklər vasitəsi ilə xəbər verməkdən əlavə, pakizə övladın beş xüsusiyyətini də bəyan etdi:

1. O, İsanı təsdiq edib ona iman gətirəcək.

Həzrət Yəhya (ə) İsadan (ə) altı ay böyük idi və onun nübüvvətini təsdiq edirdi. Yəhya Həzrət İsanı təsdiq edən və onun haqq peyğəmbər olmasına şəhadət verən ilk şəxs idi. O demişdi ki, İsa (ə) Allahın ruhu və Onun kəlməsidir. Bu da Həzrəti İsanın möcüzələrindən biri idi və onun nübüvvətinin zahir olub yayılmasında ən güclü vasitə sayılırdı. Çünki camaat malik olduğu zöhd və doğruçuluğa görə Yəhyanın (ə) sözünü tez qəbul edirdilər. Bununla yanaşı, İsa (ə) və Yəhya (ə) kəlmələrinin mənası eynidir: hər ikisi «diri qalacaqsan» deməkdir.

2. O, öz qövmünün böyüyü idi, şərafət, elm, ibadət və gözəl əxlaqda da onların hamısından üstün sayılırdı.

3. Özünü inadkar nəfsin istəklərindən, dünyapərəstliyə aludə olmaqdan saxlamışdı.

4. O, şərafətli və yüksək mərtəbəli bir peyğəmbər olacaqdır.

Həzrət Yəhyanın (ə) nübüvvət məqamı da ona uşaqlıq zamanında əta edilmişdir. «Məryəm» surəsinin 12-ci ayəsində buyurulur: «Biz ona elə uşaqlıq çağında nübüvvət məqamını bağışladıq.» Bir çox mötəbər hədislərdə Həzrət İmam Cavadın (ə) yeddi yaşında, Həzrət Hadi (ə) və Həzrət Bəqiyyətullahın (ə) kiçik yaşlarda imamət məqamına çatmasını sübut etmək üçün həzrəti Yəhya (ə) və İsanın (ə) uşaqlıq çağlarında nübüvvət məqamına seçilməsini sübut gətirmişlər.

5. O, saleh şəxslərdən olan bir peyğəmbərdir.




Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin