«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə4/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   2   3   4   5   6   7   8   9   ...   61

AYƏ 12:


﴿ قُل لِّلَّذِينَ كَفَرُواْ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ ﴾

TƏRCÜMƏ:


«Kafirlərə de: «Tezliklə (İslama) məğlub olacaqsınız (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir.»

TƏFSİR:


«Məcməul-bəyan» təfsirində, eləcə də Fəxr Razinin, Mərağinin və başqalarının təfsirində qeyd olunur ki, müsəlmanlar hicrətin ikinci ilində «Bədr» müharibəsində qələbə çalan zaman yəhudilərdən bir dəstəsi dedi: “Bu qələbə Məhəmmədin peyğəmbərlik iddiasının doğru olmasının bir nişanəsidir. Çünki Tövratda Onun qələbə çalacağı qabaqcadan deyilmişdir.” Yəhudilərdən bir qrupu isə belə dedi: “Çox da tələsməyin, bəlkə sonrakı müharibələrdə məğlubiyyətə uğradılar?!”

Hicrətin üçüncü ilində baş verən «Ühüd» müharibəsində müsəlmanlar məğlub olduqda həmin yəhudilər sevindilər. Yuxarıdakı ayə nazil olaraq buyurdu ki, tələsik mühakimə yürütməyin, çox yaxın gələcəkdə siz məğlub olacaqsınız.



İNCƏ MƏTLƏBLƏR

1. Quranın möcüzələrindən biri onun öncədən verdiyi xəbərlərin doğru çıxmasıdır. Belə ki, çox çəkmədən müsəlmanlar Mədinədə Bəni-Qureyzə və Bəni-Nəzir tayfalarını məğlub etdilər. Məkkə fəth olunan zaman müşriklərin kökü yer üzündən kəsildi.

2. Möminlərə ümid və təskinlik verilməsi və kafirlərin təhdid olunması düzgün rəhbərliyin və hədəfə olan imanın göstəricisidir.

3. Peyğəmbərlər bu dünyanın məğlubiyyəti və axirət aləminin xəsarəti barədə bir-birilə eyni nəzərə malik olmuşlar.


AYƏ 13:


﴿قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللّهِ وَأُخْرَى كَافِرَةٌ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَاللّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَن يَشَاء إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لَّأُوْلِي الأَبْصَارِ﴾

TƏRCÜMƏ:


«Həqiqətən, sizin üçün (Bədr döyüşündə) bir-birləri ilə qarşılaşan iki dəstədə (Allahın qüdrəti tovhidinə dair) nişanə var idi. Bir dəstə Allah yolunda döyüşürdü digər bir dəstə kafir idi ki, müsəlmanları öz gözləri ilə özlərindən iki qat artıq görürdülər ( elə buna görə məğlub oldular). Allah istədiyini Öz köməyi ilə qüvvətləndirir. Əlbəttə, bunda (bu işdə) bəsirət sahibləri üçün bir ibrət vardır.»

TƏFSİR:


«Məcməul-bəyan» təfsirində, eləcə də Mərağinin, Fəxr Razinin və digərlərinin təfsirlərində qeyd olunur ki, bu ayə «Bədr» müharibəsi ilə əlaqədar nazil olmuşdur. Bu müharibədə iki dəstə – müsəlmanlar və kafirlər bir-birinin qarşısında cəbhələşmişdilər. Müsəlmanların sayı 313 nəfər idi ki, onlardan da 78 nəfəri mühacir, 235 nəfəri isə ənsar olub. Ənsarın bayraqdarı Səd ibn Übadə imiş. Müsəlmanlar 70 dəvəyə, 2 ata, 6 zirehli paltara və 8 qılınca milik olublar. Lakin kafir ordusunun mindən artıq döyüşçüsü və 100 atı olmuşdur. Müsəlmanlar bu müharibədə 14 nəfəri mühacirdən, 8 nəfəri isə ənsardan olmaqla 22 şəhid verərək kafirlərə qələbə çalıblar. Kafirlərdən 70 nəfəri qətlə yetirildi, 70 nəfəri də əsir düşdü və onlar məğlubiyyətə uğradılar. Bu hadisədə bəsirət əhli üçün bir ibrət dərsi var. Çünki müsəlmanlar döyüş təchizatının son dərəcə zəif və döyüşçülərinin sayının az olmasına baxmayaraq, özlərindən üç qat artıq olan düşmən ordusuna qələbə çalmışdılar. Bu da göstərir ki, təkcə maddi amillər qələbəyə səbəb ola bilməz.

İNCƏ MƏTLƏBLƏR

1. «Bədr» müharibəsində müsəlmanların azsaylı qoşununun kafirlərin çoxsaylı qoşununa qələbə çalması Allah-təalanın yenilməz iradəsinin qələbə çalması sayılır. Bu haqqın batilə, imanın küfrə qələbəsinin ən mühüm və ən yaxşı nümunəsi hesab olunur.

2. Əgər Allah istəsə baxışlar, nəzərlər və fikirlər tamamilə əksinə dəyişilə bilər. Belə ki, adi gözlərlə bir qrup insan ikiqat artıq görünə bilər.

3. Müharibənin dəyəri onun hansı məqsədlə aparılmasına bağlıdır.

4. Allah Öz köməyi ilə istədiyi hər kəsi qüvvətləndirir. Lakin başqa bir ayədə Allahın insanlara kömək etməsi onların Allah dininə kömək etməsi ilə şərtlənir.

5. Müsəlman döyüşçülərinin yalnız bir, kafir döyüşçülərin isə müxtəlif hədəfləri və yolları var idi.

6. Nişanə və əlamət hamı üçündür, lakin nişanələrdən ibrət dərsi almaq xüsusi bəsirət və agahlıq tələb edir.

7. «Bədr» müharibəsi əvvəlcədən olan hazırlıqla baş verməmişdi. Əsas məqsəd mühacir müsəlmanlardan Məkkədə müsadirə olunan mal-dövlətin əvəzi olaraq kafirlərin mal-dövlətini müsadirə etmək idi. Lakin bu iş hərbi toqquşma ilə nəticələndi.



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin