«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə5/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   2   3   4   5   6   7   8   9   ...   61

AYƏ 14:


﴿زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاء وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالأَنْعَامِ وَالْحَرْثِ ذَلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَاللّهُ عِندَهُ حُسْنُ الْمَآبِ﴾

TƏRCÜMƏ:


«Qadınlar övladlar, qızıl gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar əkin yerləri kimi istənilən arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır.»

TƏFSİR:


«Qənatir» sözü çoxlu mal-dövlət mənasında olan «qintar» kəlməsinin cəm formasıdır. Onun ardınca qeyd olan «müqəntərə» kəlməsi də (kökləri eynidir) bir növ əlavə təkid üçün gəlmişdir.

«Xəyl» at və ata minən süvari, «əl-müsəvvəmə» isə əlamətli, nişanəli şey mənasına gəlmişdir.

Gözəl bədən quruluşuna malik olduqlarına, yaxud təlim gördüklərinə görə bəzi atlar yorğunluq və çətinlik qarşısında müqavimətli olurlar. Onlara «xəylül-müsəvvəmə» deyilir.

Zinətverilmə bəzən bir şəxsin xəyallara qapılması, bəzən şeytani vəsvəsələrə uyması ilə, bəzən də insanın ətrafında olan yaltaq şəxslər tərəfindən baş verir. Yuxarıdakı ayədə qeyd olunan cilvənin nümunələrinin ayənin nazilolma zamanı ilə əlaqədar olmasına baxmayaraq, hər dövrdə özünə yeni-yeni nümunələr tapa bilər.


AYƏ 15:


﴿قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍ مِّن ذَلِكُمْ لِلَّذِينَ اتَّقَوْا عِندَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُّطَهَّرَةٌ وَرِضْوَانٌ مِّنَ اللّهِ وَاللّهُ بَصِيرٌ بِالْعِبَادِ﴾

TƏRCÜMƏ:


«De: Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi ruhi çirkinliklərdən) pak olan zövcələr Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir»

TƏFSİR:


Allah-təala əvvəlki ayədə dünyanı dəyərsiz hesab edir, insanları dünyaya məftun olmaqdan çəkindirir. Bu ayədə isə axirət aləminin çox yüksək və qiymətli olduğunu bəyan edir və insanları bu yola təşviq edir.

Müfəssirlər «əunəbbiukum» sözü ilə başlanan sual cümləsində «ində Rəbbihim» kəlməsini onun sonu hesab edir və deyirlər ki, cavab olaraq xəbər verilən şey «cənnatun təcri» kəlməsindən başlayır.

Buna əsasən ayənin mənası belə olur: Sizə əvvəldə qeyd olunanlardan, yəni dünya şəhvətlərindən, ləzzətlərdən və onun cilvələrindən daha yaxşı olan bir şeyi xəbər verimmi?!

«Lilləziynəttəqəv» – o kəslər üçün ki, haram işlərdən çəkinər, təqvalı olarlar.

«İndə Rəbbihim» – Pərvərdigarın yanında Cənnətun təcri min təhtihəl-ənhar − ağaclarının altından çaylar axan bağlar vardır.

«Xalidinə fiha» – onlar behiştdə həmişəlik olaraq qalacaqlar.

«Əzvacun mutəhhərəh» - yəni hər növ zahiri aludəliklərdən və batini çirkinliklərdən, xoşagəlməz əxlaq, sifət və rəftarlardan pak olan zövcələr vardır.

«Rizvanun minəllah» - bu behiştdən əlavə, onlar üçün Allahın razılığı da vardır.

«Vəllahu bəsirun bil-ibad» - Allah-təala bəndələrin bütün rəftar və əməllərinə agahdır.

AYƏ 16-17:


﴿ الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ. الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالأَسْحَارِ ﴾

TƏRCÜMƏ:


16. « Ey Rəbbimiz, həqiqətən biz iman gətirdik, belə isə günahlarımızı bağışla bizi odun əzabından qoru» deyən kəslər

17. «Həmin səbrlilər, etiqad, danışıq əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər səhərlər bağışlanma diləyənlərdirlər.»

TƏFSİR:


Bu ayələrdə, əvvəldəki ayədə qeyd olunan pərhizkar və təqvalı insanların bəzi səciyyəvi xüsusiyyətləri belə bəyan edilir: “Pərhizkar və təqvalı şəxslər onlardır ki, «Pərvərdigara, biz Sənə və Sənin Rəsuluna iman gətirdik. Bizim günahlarımızı əfv edib ört və bağışla. Bizi cəhənnəm odunun əzabından qoru»”-deyərlər.

Sonra Allah-təala onların digər gözəl xüsusiyyətlərini və ilahi bəndəyə məxsus olan insani keyfiyyətlərini də qeyd edərək onları tərifləyir və buyurur: “Pərhizkar insanlar – səbr edənlər, doğru danışanlar, təvazökarlıq göstərənlər, infaq edənlər və səhər vaxtları istiğfar edib Allahdan bağışlanmaq diləyənlərdir.” Başqa sözlə, onlar aşağıdakı xüsusiyyətlərə malikdirlər:

1. Dünya çətinlikləri və haram işlər müqabilində, eləcə də ibadətin çətinliyinə səbr edərlər.

2. Danışıqda və əməldə sədaqətlidirlər.

3. Heç bir qürur hissi keçirmədən, özünü yüksək tutmadan Allah dərgahında həqiqi mənada bəndəlik edərlər.

4. Allahın onlara ruzi olaraq verdiyi hər şeydən ehtiyaclılara, yoxsullara, fəqirlərə infaq edərlər.

5. Səhər çağları Allah-təaladan bağışlanmaq diləyərək Onunla raz-niyaz, münacat edərlər.

«Vəl-munfiqinə», yəni öz mal-dövlətlərini yaxşı işlərdə xərcləyən, həm vacib, həm də müstəhəb zəkatı verənlərdir.

«Vəl-mustəğfirinə bil-əshar» cümləsinin hansı məna ifadə etməsi barədə dörd nəzər irəli sürülmüşdür:

1. Səhər vaxtı namaz qılanlar (Qütadədən nəql olunur).

Bu mənanı İmam Rza (ə) öz atasından (ə), o da İmam Sadiqdən (ə) nəql etmişdir.1

2. Səhər çağı Allahdan bağışlanmaq istəyənlər (Ənəsin nəzəri).

3. Sübh namazını camaat namazı şəklində qılanlar (Zeyd ibn Əsləmin nəzəri).

4. Sübh açılana qədər namaz qılıb, sonra Allahdan bağışlanmaq istəyənlər (Həsənin nəzəri).

İmam Cəfər Sadiqdən (ə) nəql olunur ki, hər kəs səhər çağı yetmiş dəfə istiğfar etsə, bu ayə ona da şamil olar.2

Ənəs ibn Malik Peyğəmbəri-Əkrəmdən (s) nəql edir: “Allah-təala buyurur: «Mən yer əhlinə (günah əməllərinə görə) əzab nazil etmək istəyirəm, lakin məscid tikənləri, gecəni səhərə kimi ibadətlə keçirənləri səhər çağı istiğfar edənləri nəzərə alıb əzabı onlardan dəf edirəm.»

Bəzi rəvayətlərdə qeyd olunur ki, insan bir il müddətində müntəzəm olaraq Vətr namazının qunutunda yetmiş dəfə «əstəğfirullahə Rəbbi və ətubu iləyh» desə, bu ayə onun halına şamil olar.

Rəsuli-Əkrəmdən (s) nəql olunur: “Allah-təala buyurur: «Mən yer əhlinə əzab nazil etməyi iradə edirəm, lakin məscid abad edənlərə, Mənim yolumda bir-biri ilə dostluq edənlərə səhər çağı istiğfar edənlərə baxanda bəlanı onlardan dəf edirəm.»



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin