«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə56/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   53   54   55   56   57   58   59   60   61

AYƏ 179:


﴿مَّا كَانَ اللّهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَى مَآ أَنتُمْ عَلَيْهِ حَتَّىَ يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَمَا كَانَ اللّهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَكِنَّ اللّهَ يَجْتَبِي مِن رُّسُلِهِ مَن يَشَاء فَآمِنُواْ بِاللّهِ وَرُسُلِهِ وَإِن تُؤْمِنُواْ وَتَتَّقُواْ فَلَكُمْ أَجْرٌ عَظِيمٌ﴾

TƏRCÜMƏ:


«Allah (Peyğəmbərə vəhy nazil etmək ya müxtəlif imtahanlar vasitəsilə) xəbisi pakdan ayırana kimi möminləri sizin indi olduğunuz (mömininizlə münafiqinizin bir-birinə qarışmış olduğu) halda qoyan deyildir. (həmçinin) Allah (Özünün ənənəvi qanunlarına əsasən) sizi qeyb sirlərindən ( bir-birinizin batininizdən) xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən (onların arasından) istədiyini seçir ( ona peyğəmbərlik vəzifəsinin ehtiyacı qədər qeyb elmi öyrədir). Odur ki, (qəti şərti qanunlarının icrasında) Allaha Onun peyğəmbərlərinə iman gətirin. Əgər iman gətirsəniz təqvalı olsanız, sizin üçün böyük bir mükafat olacaqdır

TƏFSİR:


Bu ayə «Ühüd» müharibəsi ilə əlaqədar nazil olan axırıncı ayədir. Burada aşkar şəkildə qeyd olunur ki, dünya böyük bir imtahan, sınaq meydanıdır. Hər kəs iman iddiası etsə öz halına buraxılmaz, cəmiyyətdə adi şəkildə yaşamaz. Əksinə, məğlubiyyətlər və qələbələr onların batinlərində olanların aşkara çıxması üçündür. Məhz bu məğlubiyyət «Ühüd» müharibəsində münafiqlərin seçilib aşkara çıxmasına səbəb oldu.

Allah-təala qeyb elmini insan fərdlərinə agah etməz. Çünki əgər qeyb elmi vasitəsi ilə bütün yaxşı-pislər məlum olsaydı, insanlarda ümidlər sönər, ictimai əlaqələr qırılar, həyat hərc-mərcliyə düçar olardı. Deməli, bizim qeyb elminin sirlərindən agah olmamağımız yaxşıdır ki, həyat adi qaydasında cərəyan etsin, yaxşı-pis tədrici imtahanlar və sınaqlar vasitəsi ilə ayırd edilsin.



İNCƏ MƏTLƏBLƏR

1. Allah kafirləri öz hallarına buraxır, lakin möminləri yox.

2. Pakı napakdan seçmək ilahi qanunlardan biridir.

3. Həyat öz adi qaydasında cərəyan etməlidir; camaatın sirlərini qeyb elmi yolu ilə başa düşmək həyatı iflic vəziyyətə salar.

4. Həyat adi surətdə davam etməlidir, buna baxmayaraq Allah-təala bəzi şəxslərə qeyb elmi əta edir.

5. Allah qeyb elmini yalnız Onun tərəfindən gələn və risalət sahibi olan peyğəmbərlərə verir.

6. Peyğəmbərlərin hamısının dərcələri eyni deyildir.

7. Qeyb elmi Allah tərəfindən seçilən peyğəmbərlərə, özü də müəyyən həddə verilir və onlar da bu elmdən bütün sahələrdə deyil, yalnız bəzi hallarda istifadə edirdilər.


AYƏ 180:


﴿وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُمْ بَلْ هُوَ شَرٌّ لَّهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ﴾

TƏRCÜMƏ:


«Allahın Öz lütf rəhmətindən verdiyində (səmavi kitab elmi dünya malında) xəsislik edən kəslər, bu xəsisliyin onların xeyirlərinə olmasını güman etməsinlər. Əksinə, bu onlar üçün şərdir. Tezliklə xəsislik etdikləri şey (həmin elm malın zəncir surətindəki gerçək təcəssümü) Qiyamət günü boyunlarının boyunduruqu olacaqdır. Göylərin yerin mirası Allaha məxsusdur (hamı yox olacaq yalnız O qalacaqdır). Allah etdiklərinizdən xəbərdardır

TƏFSİR:

AĞIR ƏSARƏT ZƏNCİRİ


Bu ayədə paxılların Qiyamət günündə düçar olacaqları vəziyyət izah edilir. Onlar mal-dövləti, dünya sərvəti qazanıb onun qorunmasına çalışmış, Allah bəndələrinə infaq etməkdən imtina etmişlər. Bu ayədə insanın malik olduğu mal-dövlətin vacib hüququ olan zəkatdan söz açılmadığına baxmayaraq Əhli-beytin (ə) və təfsirçilərin nəzərində bu ayə zəkat verməkdən boyun qaçıranlar barəsində nazil olmuşdur.

Əvvəldə buyurulur: Paxıllıq edənlər və Allahın Öz fəzl və mərhəməti ilə onlara verdiyi şeyləri Onun yolunda xərcləməyənlər güman etməsinlər ki, bu iş onların xeyrinədir. Əksinə, bu iş tamamilə onların ziyanınadır. Onların təsəvvür etdiklərinin əksinə olaraq bu iş onların ziyanına tamam olur.

Sonra onların Qiyamətdəki vəziyyətləri belə vəsf edilir: Tezliklə, Qiyamət günündə paxıllıq etdikləri şeylər (mal-dövlətlər) zəncir kimi onların boynundan asılacaqdır.

Bu cümlədən məlum olur ki, vacib hüququ – xüms-zəkat verilməyən və cəmiyyət tərəfindən istifadə edilməyən mal-dövlət, eləcə də yalnız fərdi istəklər yolunda, bəzən isə dəlisov hərəkətlərlə puç və əbəs yerlərə işlədilən, yaxud müəyyən səbəblərə görə üst-üstə yığılan mal-dövlət Qiyamət günündə «əməllərin təcəssüm etməsi» qanununa əsasən, insanın digər çirkin və yaramaz əməlləri kimi təcəssüm tapacaqdır və qəti əzab surətinə düşəcəkdir.

Sonra digər bir mühüm məsələyə işarə edilir və buyurulur ki, istər bu mal-dövlət Allah yolunda və Onun bəndələri üçün xərclənsin, istərsə də xərclənməsin, labüd olaraq onun sahibindən ayrılmalıdır, Allah yerdə və göydə olanların, bütün şeylərin varisidir.

İndi ki belədir, yaxşı olar ki, onlardan ayrılmazdan öncə onun mənəvi bərəkətlərindən bəhrələnsin və nəticədə bu mal-dövlət həsrət və məsuliyyət zənciri olaraq sahibinin boynundan asılmasın.

Ayənin axırında buyurulur: «Allah sizin əməllərinizdən agahdır.»

Deməli, Allah həm paxıllıq etməyinizi, həm də Allah yolunda cəmiyyət üçün xərcləməyinizi bilir. Buna görə də hər kəsə münasib mükafat verəcəkdir.



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin