«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə55/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

AYƏ 177:


﴿ إِنَّ الَّذِينَ اشْتَرَوُاْ الْكُفْرَ بِالإِيمَانِ لَن يَضُرُّواْ اللّهَ شَيْئًا وَلهُمْ عَذَابٌ أَلِيمٌ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən küfrü imanı vermək bahasına (satın) alan kəslər, Allaha əsla bir ziyan vurmurlar onlar üçün ağrılı bir əzab vardır

TƏFSİR:


Quran ayələrində imanı küfrə dəyişmək, qazanc və ziyan kimi məsələlər dəfələrlə təkrar olunmuşdur. Bu şərif kitab dünyanı bir bazara, camaatı satıcıya, onda satılan əmtəəni əqidə və təfəkkürə, müştərini isə bəzən Allaha, bəzən isə Ondan başqasına təşbih edir. Bu bazarda əmtəəni satmaq icbaridir, lakin müştərini seçmək insanın öz ixtiyarındadır. Yəni, bizim ixtiyarımızda olan qüdrəti, əməli və əqidəni istifadəsiz saxlaya bilmərik. Lakin əqidə və əməllərimizi faydalı, yaxud ziyanlı yolda işlətmək bizim öz ixtiyarımızdadır. Quranda yalnız Allahla müamilə edən, əvəzində behişt və Allahın razılığını qazananlar tərif olunurlar, əvəzində isə düzgün seçməmələri və nəticədə azğınlığa düşmələri səbəbi ilə ümumiyyətlə qazanc əldə etməyən, yaxud ağır xəsarətlərə düçar olan, yaxud da xəsarət nəticəsində rüsvay olunanlar kəskin tənqid atəşinə tutulur. Bəzi ayələrdə (yuxarıdakı ayədə olduğu kimi) öz imanını küfrlə dəyişənlər təhqir olunur, bunun müqabilində də möminlərə təskinlik verilir və buyurulur ki, onların dindən çıxmaları Allaha və Onun yoluna heç bir zərər çatdıra bilməz.

AYƏ 178:


﴿ وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ ﴾

TƏRCÜMƏ:


«Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır

TƏFSİR:


Quran münafiqlər, kafirlər, zəif imanlı şəxslər barəsində «güman etməyin» kəlməsini dəfələrlə işlətmişdir. Səbəbi də odur ki, bu kimi şəxslər düzgün uzaqgörənlikdən və təhlildən, kamil əqldən və aşkar batindən məhrumdurlar. Onlar yaradılış aləmini əbəs və oyun-oyuncaq, dünyanı əbədi qalacaq yeri, izzət və başıucalığı kafirlərin ətrafına fırlanmaqda güman edir, ömrün uzun olmasını xeyir-bərəkət sayırlar ki, Quran ayələrində bu kimi puç və xam xəyallar açıqlanaraq ifşa edilmişdir.

Bəzən küfr əhli güclü maddi imkanlara, rifah və asayişə malik olmalarını özlərinin ləyaqətli olmasına əsas səbəb hesab edirlər. Halbuki, Allah-təala onlara, haqq qarşısında inadkarlıq etdiklərinə, büsbütün küfr və fəsada aludə olduqlarına görə möhlət verir ki, öz yaramaz əməllərində qərq olsunlar.

Tarixdən bildiyimiz kimi, məlun Yəzid İmam Hüseyni (ə) şəhid etdikdən sonra o Həzrətin (ə) əhli-əyalını Həzrət Zeynəbi Kubra (ə) ilə birlikdə əsir tutub Şama apardı. Yəzid öz məclisində tam qürurla Həzrəti Zeynəbə (ə) dedi: “Gördünüzmü, Allah bizimlədir?!” Zeynəbi Kubra onun cavabında həmin ayəni oxudu və buyurdu: “Mən səni alçaq və hər növ təhqirə layiq bilirəm. Ürəyin nə istəyirsə onu da et. Lakin Allaha and olsun, bunu bilməlisən ki, Allah nurunu heç vaxt söndürə bilməzsən.”

Bəli, Yezid kimi əyyaşlar üçün xaredici əzab hazırlanmışdır. Onların dünyadakı xəyali və puç izzətləri axirətdə xarlıq və zillətlə yanaşıdır.1

Bir sözlə, müqəssirlər iki cürdür: Onların bəzilərinin islaholunma qabiliyyətləri vardır. Allah-təala onları nəsihət ilə, acı və şirin hadisələrlə qarşılaşdıraraq ayıldır. Bəziləri isə hidayət olunmağa əsla layiq deyildir. Allah belə şəxsləri öz başlarına buraxır ki, onların bütün fəsad törədən qabiliyyətləri özünü büruzə versin. Buna görə də İmam Baqir (ə) həmin ayə ilə əlaqədar buyurmuşdur: «Ölüm kafirlər üçün bir nemətdir. Çünki qədər sağ qalsalar, bir o qədər artıq günah edərlər.»2

İNCƏ MƏTLƏBLƏR

1. İnsana möhlət verilməsi onun Allah dərgahında sevimli olmasına dəlil ola bilməz. Belə isə dünyanın bər-bəzəklərinə aldanmayın.

2. Nemətlər yalnız o zaman faydalı ola bilər ki, haqq yolunda, xeyir işlərdə, cəmiyyətin düzgün inkişafı üçün istifadə edilsin.

3. Ömrün uzun olması mühüm deyil. Əsas məsələ ondan necə bəhrələnməkdir. İmam Səccad (ə) «Məkarimül-əxlaq» duasında Allahdan istəyərək deyir:«Pərvərdigara, əgər mənim ömrüm şeytanın örüşünə çevrilsə, onu kəs!»1

4. Tələm-tələsik və dərhal mühakimə yürütməyin; işin axırını və axirəti də nəzərə alın.

5. Zalımların hakimiyyətdə olmaları və asayişdə yaşamaları onların haqq olmasına, Allahın onlardan razı olmasına dəlil deyil. Buna görə də onların müqabilində sükut etməyə heç bir əsas yoxdur.



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin