«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə51/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

AYƏ 164:


﴿لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran onlara (səmavi) kitabı, şəriət hökmlərini əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər

TƏFSİR:


«Minnət» kəlməsi etalon kimi qəbul edilən bir daş mənasına olan «mənn» kökündən alınmışdır. Buna əsasən hər növ ağır və qiymətli nemət minnət adlandırılır. Amma kiçik nemətləri daha böyük cilvələndirmək, qiymətli hesab etmək xoşagəlməz işdir. Buna əsasən böyük neməti bağışlamaq gözəl, kiçik nemətləri böyük cilvələndirmək isə xoşagəlməzdir.

İNCƏ MƏTLƏBLƏR

1. Peyğəmbərlərin göndərilməsi ən böyük ilahi nemət və asimani hədiyyədir.

2. Peyğəmbərlər camaatın özlərindən olmuşlar.1

3. İnsanların ruhunun və nəfsinin saflaşdırılması elm öyrənməkdən irəlidir, təzkiyə və təlim peyğəmbərlərin proqramlarının sərlövhəsində qərar tutmuşdur.

4. Besətin bütün insanlar üçün nəzərdə tutulduğuna baxmayaraq, yalnız möminlər bu böyük nemətin şükrünü yerinə yetirərək hidayət nurundan bəhrələnirlər.

5. İnsanların təkamülü və ruhlarının saflaşdırılması ilahi ayələr və peyğəmbərlərin məktəbi sayəsində olmalıdır (müəllimləri və tərbiyəçiləri ilahi ayələr və peyğəmbərlər olmayan hər hansı bir riyazət və tərkidünyalıq bir növ azğınlıq sayılır).

6. Peyğəmbərlərin besəti kimi böyük bir nemətin qədrini daha yaxşı bilmək üçün İslam ümmətinin İslamdan əvvəlki (cahiliyyət) dövrünə nəzər salmaq lazımdır.1

7. Çox qaranlıq və azğın mühitlərdə belə qurucu işlər görmək olar.

8. Peyğəmbərlərin məktəbində insanın təlim-tərbiyəsi ilə yanaşı, ruhi cəhətdən pərvəriş olunması və saflaşdırılmasının hər ikisi İslami görüş mehvərində bəyan edilir.

AYƏ 165:


﴿ أَوَلَمَّا أَصَابَتْكُم مُّصِيبَةٌ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّى هَـذَا قُلْ هُوَ مِنْ عِندِ أَنْفُسِكُمْ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾

TƏRCÜMƏ:


«Sizə bir müsibət üz verən zaman (Ühüd müharibəsində yetmiş nəfəriniz öldürülərkən) - ki, əlbəttə, onun iki qatını siz (onlara) vurmuşdunuz (Bədr müharibəsində onlardan yetmiş nəfəri öldürüb, yetmiş nəfərini əsir götürmüşdünüz) – “bu müsibət necə haradandır?” deyirsiniz?! De: “Bu sizin öz tərəfinizdəndir (çünki bu müharibədə Peyğəmbərin əmrindən çıxdınız).” Həqiqətən Allah hər bir şeyə qadirdir

TƏFSİR:


Müsəlmanlar «Ühüd» müharibəsində 70 nəfər şəhid verdikdən sonra məğlub olduqları zaman «nə üçün biz məğlubiyyətə uğradıq?» -deyə bir-birindən soruşurdular. Allah-təala buyurdu: Siz bu xəsarətin ikiqat artığını keçən il «Bədr» müharibəsində düşmənə vurmusunuz. Siz o zaman onlardan 70 nəfərini öldürüb 70 nəfərini də əsir tutmuşdunuz. Bundan əlavə, builki məğlubiyyət də məhz sizin təfriqəyə düşüb süstlüyə düçar olmağınız, rəhbərinizin göstərişlərinə itaət etməməyiniz ucbatından və öz tərəfinizdən olmuşdur.

İNCƏ MƏTLƏBLƏR

1. Yekun mühakimə yürüdərkən acılıqların və şirinliklərin hər ikisini eyni zamanda nəzərdə tutun (siz təkcə «Ühüd»dəki məğlubiyyəti nəzərə alır, «Bədr»dəki qələbəni unudursunuz).

2. Məğlubiyyətin amillərini araşdırarkən əvvəlcə özünüzdəki batini, ruhi və ideoloji amilləri araşdırıb təhlil edin, sonra isə başqa amilləri araşdırın.

3. Allah-təala hər bir işə qadirdir, lakin biz ondan istifadə etmək üçün lazımi ləyaqət və şəraitlərə malik olmalıyıq.

4. Sadəcə müsəlman olmağın qələbə üçün kifayət edəcəyini əsla güman etməyin ki, hər bir məğlubiyyətdə «niyə» və «nə üçün» sözlərindən istifadə edəsiniz. Bilmək lazımdır ki, iman gətirməkdən əlavə, Allahın dəyişməz qanun və nizamlarına da diqqət yetirmək lazımdır.


Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin