«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə50/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

AYƏ 161:


﴿ وَمَا كَانَ لِنَبِيٍّ أَن يَغُلَّ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ ﴾

TƏRCÜMƏ:


«(Həm səmavi şəriətlər həm sağlam ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə əldə edilmiş mallarda sairədə öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələcəkdir. Sonra hər bir şəxsə əldə etdiyi şeyin müqabilində tam kamil əvəz veriləcəkdir. Onlara zülm edilməyəcək, haqlarından kəsilməyəcəkdir

TƏFSİR:


Bəlkə də bu ayə qənimət əldə etmək məqsədi ilə «Ühüd»dəki keşikçi postlarını qoyub gedənlərə xitab edilir; onlar qənimətdən məhrum olacaqlarını güman edərək rəhbərlərinin «sizin payınız qorunur və Rəsuli-Əkrəmin (s) tərəfindən veriləcəkdir» – deyə verdiyi xəbərdarlıqları görməməzliyə vurmuşdular.

İNCƏ MƏTLƏBLƏR

1. Peyğəmbərlər əmanətdar şəxslərdir. Hər kəs əmanətdar insan tərbiyə etmək istəsə, onun özü xəyanətçi olmamalıdır (çox təəssüflə, Allah tərəfindən təyin olunmayan rəhbərlər arasında xəyanət edənlər çox da az deyildir).

2. Peyğəmbərin (s) səhabələrinin heç də hamısının kifayət qədər imanı yox idi. Hətta onların bəziləri Rəsuli-Əkrəmin (s) xəyanət etməsinə ehtimal verirdilər!!!

3. Heç kəs camaatın sui-zənnindən amanda deyildir.

4. Bu gün (bu dünyada) camaatın malının aparılması və onun başqa bir gündə (Qiyamət günündə) yenidən gətirilməsi çox ağır cəza növüdür; çünki belə bir şəxs Qiyamətdə peyğəmbərlərin, şəhidlərin və ümumiyyətlə bütün insanların hüzurunda xəyanət etdiyi malla birlikdə gətiriləcəkdir. Ğəşş (satışda mala başqa şey qatmaq), saxtakarlıq, xəyanət və s. bunların hamısı ayədə qeyd olunan «ğəllin» (xəyanətin) nümunələrindəndir.

5. Qiyamətin yad edilib xatırladılması xəyanətin qarşısını alan amillərdəndir.

6. Allah ədalətlidir; həm mükafatı kamil şəkildə verir, həm də bu barədə zərrə qədər belə ifrata varmır.

7. Pak insanları və ilahi övliyaları həmişə müdafiə etmək lazımdır.

8. Bir tərəfdən imanın zəifliyi, digər tərəfdən də dünya malına məhəbbət insanı Peyğəmbərə (s) qarşı sui-zənn etməyə vadar edir.

9. Qiyamət elə bir səhnədir ki, yaxşı əməl sahibləri öz yaxşı işləri ilə, xəyanətkarlar da öz xəyanət etdikləri şeylərlə birlikdə məhşərə gətiriləcəklər.


AYƏ 162:


﴿ أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللّهِ كَمَن بَاء بِسَخْطٍ مِّنَ اللّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ ﴾

TƏRCÜMƏ:


«Belə isə, heç Allahın razılığına tabe olan şəxs, (haqqa) Allahın qəzəbi ilə qayıtmış yeri Cəhənnəm olan şəxs kimidir?! Ora çox pis bir dönüş yeridir.»

TƏFSİR:


Bu ayənin təfsirində şiə və sünnilərin təfsir kitablarında qeyd olunur ki, Rəsuli-Əkrəm (s) «Ühüd» müharibəsinə doğru hərəkət etmək haqqında əmr verəndə müxaliflər müharibənin baş verəcəyinə əmin olmadıqlarını bəhanə edərək Mədinədə qaldılar. İmanları zəif olan bəzi müsəlmanlar da onlara qoşulub cəbhədə iştirak etmədilər. Bu ayə onların batinini təcəssüm etdirir. Əvvəldəki bir neçə ayədə (155-ci ayədə) oxuduq ki, Allah-təala cəbhədən qaçan, daha sonra peşman olan insanları bağışlayır. Amma ayənin nazilolma səbəbinə diqqət yetirdikdə məlum olur ki, Allah-təala yersiz bəhanələr gətirən münafiqləri heç vaxt bağışlamır.

İNCƏ MƏTLƏBLƏR

1. İslam cəmiyyətində cihadda iştirak edən mücahidlərlə cihaddan boyun qaçıranlar arasında fərq qoyulmalıdır. (Bu, ayənin nazilolma səbəbinə diqqət yetirməklə məlum olur.)

2. Həqiqi mücahidlərin əsas məqsədi Allahın razılığını qazanmaqdır.

3. Cihad meydanından qaçmaq Allahın qəzəbinə səbəb olan işlərdəndir.


AYƏ 163:


﴿ هُمْ دَرَجَاتٌ عِندَ اللّهِ واللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ ﴾

TƏRCÜMƏ:


«Onlar (möminlər kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) Allah onların etdiklərini görəndir

TƏFSİR:


Bəzi ayələrdə qeyd olunur ki, Allah yanında bəzi insanlar üçün müəyyən dərəcələr vardır: «Onlar üçün Rəbləri yanında dərəcələr vardır.» «Ənfal» surəsinin 4-cü və «Taha» surəsinin 75-ci ayəsində «onlar üçün yüksək dərəcələr də vardır» – deyə buyurulur. Amma bu ayədə mücahidlərin özləri «dərəcə» kimi qələmə verilir. Bəzən insan bir işin əvvəlində hərəkətin meyarı əsasında əməl edir. Lakin daha sonralar özü meyara çevrilir. Yaxud bəzi vaxtlar insan zikr dediyinə görə zakir adlanır, daha sonra zikr adlanır, insanlar ona nəzər salmaqla qəlblərində aramlıq hiss edirlər. Əvvəlcə haqqın mehvərinə dolanırlar, daha sonra özləri haqqın mehvəri olur.

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin