BiRİNCİ FƏSİL



Yüklə 0,72 Mb.
səhifə1/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
  1   2   3   4   5   6   7   8   9   ...   107

Mütərcİmdən


Allah-Təala kainatın ən üstün məxluqu sayılan insan övladına yaranışının ilk günlərindən ən dəyərli və gözəl nemətlərini əta etmişdir. Doğrusu‚ ətrafımıza diqqətlə baxdıqda bizi saysız-hesabsız və olduqca rəngarəng, dəyərli nemətlərin əhatə etdiyini müşahidə edirik. Belə ki‚ həqiqətdə‚ bəşər övladı dünyada ona bəxş olunan bitib-tükənməyən nemətlərdən‚ məhz Tanrının və ağlın hökm etdiyi şəkildə bəhrələnərək‚ nəfsin istismarçı və daim pisliyə doğru çağıran‚ doymaq bilməyən istəklərini bir kənara atıb ilahi ibadətinə pənah gətirməklə‚ həm bu dünyadakı və həm də Axirətdəki Behiştini qazana bilər. Elə bu məqsədlə də‚ mərhəmətli Tanrı insanlara xəlq etdiyi nemətlərin qədrini bilmələri və hamılıqla insani duyğular əhatəsində bərabər şəkildə ilahi nemətlərdən bəhrələnmələri üçün peyğəmbərlər və övliyalar (Allahın salam və salavatı onların üzərinə olsun) göndərdi. Bəşəriyyəti daim azğınlıqdan çəkindirən‚ mənəvi saflığa və pak yola dəvət edən bu müqəddəs şəxsiyyətlər insanları Allaha ibadət etməyə və Onun əmrlərinə tabe olmağa səslədi. Allah-Təala ibadət məkanı kimi Öz peyğəmbərlərinə (ə) məbədlər‚ məscidlər tikməyi əmr etdi. Behiştə aparan yolu məscidlərə üz tutub Tanrıya ibadət etməkdə, təfriqə və ayrıseçkilikdən çəkinməkdə gördü. İnsanın Uca Tanrıya ibadət etməsi onun yaranış fəlsəfəsindən biri sayılır. Belə ki‚ Allah-Təala Qurani-kərimdə buyurur: «Mən‚ cinləri və insanları‚ yalnız Mənə ibadət etmələri üçün yaratdım!».1

Diqqət etmək lazımdır ki‚ milli-mənəvi dəyərlərimizdən biri olan məscidlər‚ düzgün istifadə edildiyi zaman‚ təkcə Axirətimiz üçün deyil‚ gündəlik həyatımız üçün bir çox inkarolunmaz faydalara malikdir. Əgər insanlar məsumların (ə) göstərişlərinə düzgün və məsuliyyətli şəkildə yanaşarlarsa‚ insani hisslərin aşılandığı bu müqəddəs məkanda bir-birləri ilə çox rahat formada ünsiyyət yarada və qaynayıb-qarışa bilərlər. Qardaşlıq prinsipi əsasında rəftar etməyin zərurətinin çatdırıldığı bu müqəddəs məkanda‚ insanlara bir-birlərinin qeydinə qalmaq‚ qəm-qüssəsini aradan qaldırmaq‚ cəmiyyətdə bir fərd kimi qarşı tərəfin hüquqlarına riayət etmək və sair ilahi tövsiyələr verilir. İmam Rza (ə) buyurur: «Məscidlərdə (Allah qorxusu ilə) qılınan camaat namazı insanların bir-birlərinə kömək əli uzatmalarına‚ ümumi mənafelər xatirinə həmkarlıq etmələrinə‚ çətinlikləri birgə aradan qaldırmalarına‚ dindarlıqda və Allaha sitayiş etməkdə‚ həmçinin bir çox günahların qarşısını almaqda yardım göstərmələrinə səbəb olur».2

Bəli‚ məscid barəsində məsumlardan (ə) bizə gəlib-çatan ğöstərişləri diqqətlə mütaliə etdikdə biz bir daha «Allahın evi» adlandırılan bu məkanın insanlara hansı hiss və duyğuları əks etdirdiyinin və hansı yüksək dəyərləri öyrətdiyinin şahidi oluruq.

İslam dininin məscidlərə yüksək dəyər verdiyini‚ məscidə getməyə təkid etdiyini rəvayətlərdə görə bilərik: «Daima məscidə gedən insan bu səkkiz xeyirdən birinə çatar. Qurani-kərimin möhkəm və aydın ayələrindən bəhrə aparar; faydalı dost tapar; yeni elmlər öyrənər; intzarını çəkdiyi rəhmətə qovuşar; Ona yol göstərən doğru sözlər öyrənər; Onu günahdan qoruyan oyüd-nəsihətlərə yetişər; günah işlətməkdən utanar; Allah qorxusu günahının qarşısını alar.»3

Əziz oxucu‚ bu kitabı tərcümə etməkdə məqsədimiz‚ daim ata-babalarımızın müqəddəs saydığı və and yerimiz olan məscidlər barəsində sizə daha ətraflı və geniş məlumat verməkdir. Bu kitabın əziz xalqımıza layiqli və mənəvi bir hədiyyə olacagına ümid edirik. Amin!


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin